Biologiya Fakültəsi

BİOLOGİYA FAKÜLTƏSİ














BAKI DÖVLƏT UNİVERSİTETİ

BİOLOGİYA FAKÜLTƏSİ

 

Fakültə haqqında qısa məlumat

1919-cu ildən fəaliyyət göstərən Tibb fakültəsinin əsasında 1934-cü ildə yaradılıb. Fakültədə tədris əyani və qiyabi təhsilalma formaları üzrə Azərbaycan, rus və ingilis dillərində aparılır. Fakültədə 4 ixtisas üzrə bakalavr ("Biologiya", "Biologiya müəllimliyi", "Su bioehtiyatları və akvakultura", "Biotexnologiya"), 20 ixtisaslaşma üzrə magistr hazırlanır, 9 ixtisas üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə kadr hazırlığı aparılır. Fakültə nəzdində 3 ixtisas üzrə (Biokimya, Biofizika, Genetika) Dissertasiya Şurası fəaliyət göstərir.

Fakültənin strukturu

Fakültə nəzdində 5 kafedra fəaliyyət göstərir

Fakültə rəhbərliyi (dekan və dekan müavinləri)

Dekan: Məmmədova Afət

Tədris işləri üzrə dekan müavini: Ömərova Səbinə N

Elm və innovasiyalar üzrə dekan müavini:Zülfüqarova Pərvin

Sosial məsələlər  və tələbələrlə iş üzrə dekan müavini: Baxşəliyeva Natavan

 

Fakültənin professor-müəllim heyəti haqqındaməlumat (akademik, müxbir üzv, elmlər doktoru, fəlsəfə doktoru, professor, dosent və s. elmi adlara, dərəcələrə, təltiflərə malik olan fakültə əməkdaşları)

Fakültədə 1 nəfər AMEA-nın müxbir üzvü, 17 elmlər doktoru (o cümlədən, 15 professor), 61 nəfər fəlsəfə doktoru (o cümlədən 36 dosent), 2 nəfər elmi dərəcəsi olmayan müəllim çalışır. Təltiflərə malik olan fakültə əməkdaşları:

Elşad Qurbanov - Əməkdar Elm Xadimi

Ralfrid Həsənov - "Şöhrət" ordeni

Afət Məmmədova- Əməkdar müəllim

Məcnun Babayev- Əməkdar müəllim, 3-cü dərəcəli Əmək ordeni

Sevinc Məmmədov - "Tərəqqi" medalı

38 nəfər BDU-nun "100-illik" Medalı ilə təltif olunub

Fakültədə təhsilalanların sayı

Bakalavriat

Cəmi:       Qadın:       Kişi:

I kurs:          315         269           46

II kurs:         273         243           30

III kurs:        247         227           20

IV kurs:        243         207           36

V kurs:           18

_______

1096

Magistratura

Cəmi:       Qadın:             Kişi:

I kurs          45             42                  3

II kurs         55             53                  2

 

Doktorantura–fəlsəfə doktoru

Cəmi:            Qadın:             Kişi:

I kurs      5                   5                       -

II kurs     2                   2                        -

III kurs    5                   5                        -

IV kurs    4                  4                        -

 

Doktorantura–elmlər doktoru

Cəmi:        Qadın:          Kişi:

I kurs          5             4                      1

II kurs          -            -                       -

III kurs         1            -                      1

IV kurs         2            -                      2

 

 

Fakültə üzrə ixtisaslar və ixtisaslaşmalar

Bakalavriat səviyyəsində 5 ixtisas üzrə kadr hazırlığı aparılır:

050501 - Biologiya

050502 - Biotexnologiya

050102 - Biologiya müəllimliyi

050708 - Su bioehtiyatları və akvakultura

050705 - Bitki mühafizəsi

Magistratura səviyyəsində 2 ixtisasda 20 ixtisaslaşma üzrə kadr hazırlığı aparılır:

060505 - Biologiya:

İnsan və heyvan fiziologiyası

Bitki fiziologiyası

Bitkilərin genetikası və seleksiyası

Genetika

Biokimya

Nanobiotexnologiya

Biofizika

Molekulyar biologiya

Mikologiya

Botanika

Ətraf mühitin idarə edilməsi və bioloji monitorinq

Biotexnologiya

Sənaye mikrobiologiyası

Mikrobiologiya

Onurğalılar zoologiyası

İxtiologiya

Onurğasızlar zoologiyası

Entomologiya

060709 - Su bioehtiyatları və akvabitkilər istiqaməti:

Su bioehtiyatları

Akvabitkilər

 

Doktorantura –fəlsəfə doktoru

2406.02 - Biokimya

2406.01 - Biofizika

2422.01 - Biotexnologiya (o cümlədən, Bionanotexnologiyalar)

2414.01 - Mikrobiologiya

2401.01 - Zoologiya

2411.01-İnsan və heyvan fiziologiyası

2409.01 - Genetika

2411.02 - Bitki fiziologiyası

2417.01 - Botanika

 

Doktorantura –elmlər doktoru

2406.02 - Biokimya

2406.01 - Biofizika

2422.01 - Biotexnologiya (o cümlədən, Bionanotexnologiyalar)

2414.01 - Mikrobiologiya

2401.01 - Zoologiya

2411.01-İnsan və heyvan fiziologiyası

2409.01 - Genetika

2411.02 - Bitki fiziologiyası

2417.01 - Botanika

 

 

Bookmark and Share