Biologiya Fakültəsi

B.e.n. müəllim. Əlizadə Q.T


Biologiya elmləri namizədi, dossent
İş telefonu: (+99412) 539 10 91
e-mail: qalizadeh @ mail.ru

 

 

QISA BIOQRAFIK MƏLUMAT

1954-cü il fevralın 4-də Bakıda anadan olub;
1961-1971 cü illərdə 53 və 225 saylı Bakı şəhər orta məktəblərində oxuyub;
1971-1976-cı ildəBakı Dövlət Universitetinin kimya fakültəsini bitirib;
1978-1984-cü illərdə Elmlər Akademiyasının biologiya tədqiqat mərkəzində işləyib;
1984-1989-cu illərdə «VODQEO» mərkəzində işləyib;
1989-cu ildən Biologiya fakültəsində, Biotexnologiya ETL-də işləyir;
2003-cü ildən Biologiya fakültəsinin «biofizika və molekulyar biologiya» kafedrasında işləyir;
Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1971-1976, tələbə, Kimya fakültəsi, BDU.
1985 - biologiya elmlər namizədi, «Xlorella hüceyrələrində ionların işıqdan asılı daşınması»

ƏMƏK FƏALİYYƏTİ

1977, baş laborant AMEA-nın Batanika Institutu;
1978-1984, elmi işçi, AMEA-nın Fizika institutu;
1984-1989, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, «VODQEO» mərkəzində;
1989-1994, böyük elmi işçi, Biotexnologiya ETL;
1994-2004, aparıcı elmi işçi, Biotexnologiya ETL;
2004 – hh baş müəllim, Biologiya fakültəsinin «biofizika və molekulyar biologiya» kafedrası.
Apardığı dərslər: «Molekulyar biologiya», «biofizikanın tədqiqat metodları», «Molekulyar biofizika», «Biofizika».
70 tezis və məqalə, 1 dərs vəsaitinin müəllifdir.
Bir elmlər namizədi yetişdirib.

TƏDQİQAT SAHƏSİ

Hüceyrə biofizikası və fotobiotexnologiyası - ətraf mühit amilləri, müxtəlif diapozonlu elektromaqnit şüaları və ozonun ardıcıl, qarşılıqlı təsirlərinə qarşı birhüceyrəli sistemlərin davamlılığı və müasir biotexnologiyanın fotobioenergetik problemləri.

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1984, Riqa, Latviya, «Mikroorqanizmlər – bioloji aktiv maddələrin produsentləri»,
  • 1984, Lvov, Ukrayna, «Bitkilərin fotoenergenik problemləri və məhsuldarlığın artırılması»,
  • 1998, Samsun, Türkiyə, XIV Beynəlxalq Biologiya konqresi, ü 1999, Kükem, Türkiyə, Biotexnoloji Dergisi-Biotexnoloji Konqresi,
  • 1999, Kutahya, Türkiyə, Ətraf mühitin qarunmasına dair I beynəlxalq simpozium,
  • 2007, Moskva, Rusiya, VII Beynəlxalq simpozium «Yeni və qeyri ənənəvi bitkilər və onlardan istifadə imkanları»,
  • 2007, Minsk, Belorusiya, V Beynəlxalq elmi konfrans «Bitkilərin böyümə, inkişaf və məhsuldarlığının tənzimlənməsi»,
  • 2008, Miçurinsk, Rusiya, VII Beynəlxalq elmi-metodik konfrans «Qeyri ənənəvi və nadir bitkilərin introduksiyası».

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2003, Dunaliella salina IPPAS D-294 hüceyrələrinin UB-C şüalarının təsirindən davamlılığının bəzi aspektləri //Bakı Universitetinin xəbərləri, təbiət elmləri ser., №1, səh. 88-94
  • 2003, UB-C şüalanması zamanı sintetik antioksidləşdiricilərlə modifikasiya olunmuş Synechococcus sp. PCC 7942 hüceyrələrinin fotosintetik aktivliyi //AMEA-nın məruzələri, №1-2, səh. 211-217
  • 2003, Intensiv becərilmə şəraitində xroniki UB-C şüalarının təsiri zamanı Synechococcus sp. PCC 7942 hüceyrələrinin sintetik antioksidləşdiricilərlə müdafiəsi //AMEA-nın məruzələri, №3-4, səh. 172-178
  • 2004, Termofil göy-yaşıl A-1 ştammının hemostat becərilmə rejimində məhsuldarlığı //Bakı Universitetinin xəbərləri, təbiət elmləri ser., №1, səh. 53-59
  • 2004, Synechococcus sp. PCC 7942 göy-yaşıl yosunlarının neft fraksiyaları ilə çirklənməsi şəraitindəinkişafı və fotosintezin ilkin işıq mərhələlərinin aktivliyi //Ekologiya, Fəlsəfə, mədəniyyət. Elmi məqalələr məcmuəsi, səh. 137-143
  • 2005, Fotoreaktorlarda güclü qarışdırma zamanı yosunların bioməhsuldarlığı //Ekologiya, Fəlsəfə, mədəniyyət. Elmi məqalələr məcmuəsi, səh. 18-22
  • 2005, Oksazolidin və morfolinlərin N-törəmələrinin sintezi //Tətbiqi kimya jurnalı, T.78, vıp.8, Sankt-Peterburq, səh. 1324-1329
  • 2005, Intensiv becərilmə şəraitində Dunaliella salina hüceyrələrinin hərəkətinin tənzimlənməsi //Bilgi dərgisi Kimya, biologiya,Tibb, №1(23), səh. 70-75
  • 2007, Dunaliella salina hüceyrələrinin fotoreseptor piqmentləri və görünən işıq oblastında səmtləşməsi //AMEA-nın Botanika institunun elmi əsərləri, T.27, səh. 211-215
  • 2008, UB-B və UB-C şüalarının ardıcıl təsirinə məruz qalmış Dunaliella hüceyrələrinin funksional halı //AMEA-nın Botanika institunun elmi əsərləri, T.28, səh. 338-340

KİTABLAR

Bookmark and Share