Biologiya Fakültəsi

Zamanova Fəridə Cəlil qızı


Biologiya elmləri namizədi, baş müəllim
BDU ”İnsan və heyvan fiziologiyası” kafedrası
İş telefonu: (+99412) 539 03 59

QISA BIOQRAFIK MƏLUMAT

1953-ci il may ayının 1-də AR İsmayıllı şəhərində anadan olub.
1960-1970-ci ildə Bakı şəhəri 20 N-li məktəbi bitirib.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1995 - Biologiya elmləri namizədi, BDU və namizədlik dissertasiyasının möv­zu­su: «Fosfor üzvü tərkibli fazalon pestitsidinin təsiri ilə orqanizmin antioksidlərici statusunun dəyişmə xüsusiyyətləri».
1971-1977 - Biologiya fakültəsi, Bakı Dövlət Universiteti, tələbə. ƏMƏK FƏALİYYƏTİ 1970– dən hal-hazıra qədər: baş müəllim, Biologiya fakültəsində «İnsan və heyvan fiziologiyası» kafedrası, BDU.
Apardığı dərslər: «İnsan və heyvan fiziologiyası», «Ekologiya və əməyin fiziologiyası», «Həzm fiziologiyası», «Mərkəzi sinir sisteminin fiziologiyası».

TƏDQİQAT SAHƏSİ

Hipovolemik şok fonunda antioksidant tərkibli qanəvəzedicilərin transfuziyasından sonra heyvan­ların beyin toxumasında lipidlərin perekisli oksidləşmə intensivliyinin öyrənilməsi. BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2000, A.İ.Qarayevin 90 illiyinə həsr olunmuş «Biologiyanın müasir problemləri» mövzusunda elmi konfransın materialları, BDU, s. 35.
  • 2006, «Biologiyanın elmi nailiyyətləri» mövzusunda respublika elmi konfransının mate­rial­ları, Bakı, 28-29 aprel.
  • 2007, «Tətbiqi biologiyanın problemləri» mövzusunda respublika elmi konfransının materialları, Bakı, (27-28 aprel).
  • 2007, «Təbiətşünaslıq və humanizm». Müasir aləm, insan və təbiət.Elmi əsərlər toplusu. Tomsk, c.4, №3 (rus dilində).
  • 2007, «Ekologiya: təbiət və cəmiyyət problemləri» mövzusunda akademik H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans. Bakı.
  • 2008, Biologiyanın müasir problemlə­ri. Azərbaycan xalqının böyük oğlu, ulu öndər H.Ə.Əliye­vin ana­dan olmasının 85-ci ildö­nü­münə həsr olunmuş Respublika Elmi konfransının materialları, 25-26 aprel, BDU-2008
  • 2008, Təhsil üzrə Federal Agentliyi. Dağıstan Dövlət Universiteti. Rusiya elmlər Akademiyasının Dağıstan filialı. 30-31 oktyabr 2008-ci il. Beynəlxalq elmi konfrans: «Adaptasiyanın molekulyar mexanizmləri». Mahaçqala, (rus dilində).
  • 2008, MDB ölkələrinin fizioloqların II qurultayının əsərlər toplusu. Kişinyov, Moldova. 29-31 oktyabr. Moskva-Kişinyov. Təbabət-Sağlamlıq. (rus dilində).

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2007, S.B.Miriyeva F.Ə.Əliyeva F.C.Zamanova M.B.Qasımzadə. Yaşlı heyvanlarda ozon qazının qanın morfoloji göstəricilərinə təsiri. «Tətbiqi biologiyanın problemləri» mövzusunda Respublika elmi konfransının materialları. Bakı. s.53
  • 2008, S.B.Miriyeva, F.A.Əliyeva, S.B.Zamanova, M.B.Qasım-zadə, S.B.Quliyeva. İki gecə və iki gündüz ritmində sax­­lanmış bir aylıq bildirçin balalarında qanın morfoloji göstəricilərinin dəyişməsi. Biologiyanın müasir problemlə­ri. Azərbaycan xalqının böyük oğlu, ulu öndər H.Ə.Əliyevin ana­dan olmasının 85-ci ildö­nü­münə həsr olunmuş Respublika Elmi konfransının materialları, 25-26 aprel, 2008 BDU-s.46-47
Bookmark and Share