Biologiya Fakültəsi

b.e.n.müəl.Hümbətova S.E.

İş telefonu – (994 12) 4399402
e-mail: seva-zool@rambler.ru

QISA BIOQRAFIK MƏLUMAT

  • 27.11.1964-cü ildə Bakı şəhərində anadan olmusdur.
  • Orta təhsilini 1971-1981-ci illərdə 220 saylı məktəbdə almısdır.
  • Ailəlidir. 2 övladı var.

TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

  • 1981-1986 –cı illərdə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) biologiya fakultəsində, əyani şöbədə ali təhsil almışdır.
  • 2003-cü ildə „Cənubi Xəzərin Qobustan sahilinin quşları“ mövzüsunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

  • Əmək fəaliyyətinə AMEA-nın zoologiya institutunda başlamışdir (1986-1990).
  • 1990-1995 –ci illərdə Xətai r-nu 24 saylı orta məktəbdə biologiya müəllimi vəzifəsində calışmışdır.
  • 1995-ci ildən BDU-nun „Onurğalılar zoologiyası və bioekologiya“ kafedrasında calışır.
  • onurğalılar zoologiyası, ümumi ekologiya, müqayisəlı anatomiya, ornitologiya, etologiya fənlərini tədris edir
  • 37 elmi əsərin o cümlədən 2 monoqrafiya və 1 dərs vəsaitinin müəllifıdır.
  • Elmi yenilikləri əsasən Qobustan sahilinin ornitofaunasına aiddir.

TƏDQİQAT SAHƏSİ

  • Ornitologiya, quşların ekologiyası

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1986-cı ildə Leninqrad şəhərində keçirilən Ümumittifaq Ornitoloji konfransda iştirak etmişdır;
  • 2000-ci ildə Gurcüstanda keçirilmiş “Qafqazda biomüxtəlifliyin qorunması“na həsr edilmiş konfransda məruzə ilə çıxış etmişdır;
  • 2001 –ci ildə Türkiyənin Ankara Universitetində „Vəhşi aləmin bərpası və mühafizəsi“ mövzüsunda cimpoziumda iştirak etmişdir.
  • 2006 cı ildə Belçikanın Qent Universitetində 3 həftə ,
  • 2007-ci ildə 1 həftə ərzində „Tempus“ proqramı çərçivəsində mübadilə layihəsində,
  • 2007-ci ildə BP-nin həyata keçirdiyi „Azərbaycanda quşların neftlə çirklənməsi və bərpası“ mövzusunda treninqdə iştirak etmişdir.
  • 2008-ci ildə Polşanın Varşava Universitetində „Təhsildə keyfiyyətin qiymətləndirilməsi mövzüsunda“ treninq keçmişdir.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 1. Гумбатова С.Э., Карабейли Ф.З., Алиева С.М. – Орнитофауна экотонов Гобустанского побережья Азербайджана. «Проблемы сохранения и рационального использования биоразнообразия прикаспия и сопредельных регионов», Элиста,2004, стр.51-53.
  • Məmmədova S.Ə.,Hümbətova S.E., Qarabəyli F.Z. – Onurgalı heyvanların müqayisəli anatomiyası (dərs vəsaiti), Bakı, Çaşıoglu -2004, 202 s.
  • Hümbətova S.E., Ağayeva K., - Şirvan milli parkında yuvalayan quşların biologiyası, “Biologiyada elmi nailiyyətlər” mövzüsunda Respublika elmi konfransı, BDU- 2006
  • Hümbətova S.E., Nağıyeva Ş. – Varvara su anbarında nəsil verən quşların ekologiyası, “Biologiyada elmi nailiyyətlər” mövzüsunda Respublika elmi konfransı, BDU- 2006
  • Ağayeva K.,Hümbətova S. - Şirvan milli parkının yuvalayan quşları, “Tətbiqi Bioloğiyanın problemləri” Respublika elmi konfransının materialları(27-28 aprel), BDU- 2007, səh 224.
  • Hümbətova S.E., Nağıyeva Ş. – Xəzərin cənub-qərb sahilində su-bataqlıq quşlarının monitirinqi, “Tətbiqi Bioloğiyanın problemləri” Respublika elmi konfransının materialları(27-28 aprel), BDU- 2007, səh 228.
  • Hümbətova S.E., Fətullayeva G. – Xəzərin cənub-qərb sahilində və Sara adasında qağayıların müasir vəziyyəti, “Tətbiqi Bioloğiyanın problemləri” Respublika elmi konfransının materialları(27-28 aprel), BDU- 2007, səh 268.
  • Hümbətova S.E., Hacıyeva M., Əliyeva S. - Azərbaycanın cənub bölgələrində ov quşlarının müasir vəziyyətinə dair qeydlər, “Tətbiqi Bioloğiyanın problemləri” Respublika elmi konfransının materialları, BDU- 2007, səh 250.
  • Hümbətova S.E. Xəzərin Azərbaycan sektoru və onun sahilinin biomüxtəlifliyi - Azərbaycanda suyun ekologiyası və Xəzərin biomüxtəlifliyi (monoqrafiya), Bakı-2007, III fəsil, Səh 30-56.
  • Mustafayev Q .T. , Sultanzadə F.V., Hümbətiva S.E. – Biomüxtəlifliyin qorunması, Azərbaycanda suyun ekologiyası və Xəzərin biomüxtəlifliyi (monoqrafiya), Bakı-2007, III fəsil, Səh 56-78.
  • Hümbətova S.E., Fətullayeva G. – Xəzərin cənub-qərb sahilində və bəzi adalarda qağayılara dair aparılan müşahidələr, Biologiyanın müasir problemləri, Respublika elmi konfransının materialları, BDU- 2008, səh 245.
  • Hümbətova S.E., Hacıyeva M.- Azərbaycanın cənub bölgələrində ov quşlarının müasir vəziyyətinə dair qeydlər (2), “Tətbiqi Bioloğiyanın problemləri” Respublika elmi konfransının materialları,BDU- 2007, səh 253
  • Fətullayeva G. Hümbətova S.E.,– Xəzərin cənub-qərb sahilində və bəzi adalarda qağayılara (Laridae) dair müşahidələr , Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, Bakı- Elm 2008, səh 630-634
  • Hacıyeva M. Hümbətova S.E.,- Azərbaycanın cənub bölgələrində ov quşlarının müasir vəziyyətinin qiymətləndirmək məqsədilə keçirilən monitorinqin nəticələri, Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, Bakı- Elm 2008, səh 634- 637

DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR

  • Dövlət və Beynəlxalq proqramlar sırasında „EcoSfera“ sosial ekoloji mərkəzin üzvü və ekologiya üzrə koordinatoru kimi ekoloji maarifləndirmə sahəsində „İSAR-Azərbaycan“ təskilatının maliyyə dəstəyi ilə 4, „Soros“ Açıq Cəmiyyətinin yolu ilə 2, biomüxtəlifliyin qorunması sahəsində „BP“-nin dəstəyi ilə 2, „Dames&Moore“ –un yoiu ilə 1qrant layihəsində istirak etmişdir. Bundan əlavə Tempus proqramı çərçivəsində magistr pilləsi üzrə Ekoloji təhsil layihəsinin və Amerikanın CRDF təşkilatının dəstəyi ilə BDU-da yaradılan Ekoloji monitorinq laboratoriyasının işçi qrupunun üzvüdür. Azərbaycan Ornitoloji cəmiyyətinin üzvüdür.Cəmiyyətin biomüxtəlifliyin mühafizəsi və ornitofaunanın tədqiqi sahəsində apardığı 2 qrant layihəsi və Mühüm ornitoloji ərazilərin müəyyənləşdirilməsi metodlarına dair treninqində iştirak etmişdir.
Bookmark and Share