Beynəlxalq əlaqələr
Biologiya fakültəsi 2002–ci ildən başlayaraq bir sıra lahiyələrdə iştirak edərək, dünyanın bir sıra aparıcı elmi mərkəzləri və universitetləri ilə əməkdaşlıq edir. Həyata keçirilimiş layihələr çərçivəsində fakultənin tələbə və müəllim heyəti Avropanın nüfuzlu elmi mərkəzləri ilə təcrübə mübadiləsində olmuş, müştərək elmi araşdırmalara imza atmışlar.
Biologiya fakültəsi Türkiyə Respublikası, Gürcustan Respublikası, Rusiya Federasiyası, Çexiya Respublikası (Charles University in Prague), Almanya (Heidelberg university), Belçika, Fransa (Brest university, NANT), İtalya, İspanya, İngiltərə (University of Westminster) və s. ölkələrin aparıcı universitetləri və elmi mərkəzləri ilə sıx əməkdaşlıq edir.
Bilogiya fakültəsinin həyata keçirdiyi beynəlxalq layihələr:
09/2002-09/2004: Avropa Komissiyasının Tempus proqramı çərçivəsində MP_JEP-23070-2002 «Cənubi qafqazda biotibbi və baytarlıq təhsil üzrə milli mərkəzlərin yaradılması» layihəsi
09/2005-09/2007: Avropa Komissiyasının Tempus proqramı çərçivəsində JEP-25083-2004 «Master Sciences et Gestion de l’Environment» layihəsi
09/2007-2010: NATO-nun Elm Sülhün keşiyində proqramı çərçivəsində SfP- 982164 – «Süd turşusu bakteriyaların antimikrob və hipoallergen məhsullarının tədqiqi» layihəsi
09/2012-215: ERASMUS MUNDUS proqramı çərçivəsində “Təhsildə davamlı inkişaf naminə transavropa mobilliyi” layihəsi
01/2010- 12/2012: Avropa Komissiyasının Tempus proqramı çərçivəsində “Cənubi Qafqazda biotibbi elmlər sahəsində elektron və məsafəli təhsilin inkişafı” layihəsi
