Biologiya Fakültəsi

Biologiya elmləri doktoru, prof. Ağamalıyev Fərzəli Qayıbqulu oğlu

Fərzəli Qayıbqulu  Ağamalıyev


b.e.d. , professor, kafedra müdiri
İş telefonu: (+99412) 538 20 83, (+99412) 539 10 91

 

QISA BIOQRAFIK MƏLUMAT

1936-cı il, fevralin 5-də Ermənistan Respublikasının Sisian rayonunun Comərd kəndində anadan olub. Evlidir. 4 övladi var. Azərbaycan, rus və türk dillərini bilir.

TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakultəsini bitirib
ü 1968-ci ildə “Cənubi Xəzərin qərb sahillərinin bentik infuzorları” mövzusu üzrə Biologiya elmləri namizədi elmi dərəcəsi almışdır
ü 1977-ci ildə “Xəzər dənizinin infuzorları” mövzusu üzrə Biologiya elmləri doktoru elmi dərəcəsi almışdır

ƏMƏK FƏALİYYƏTİ

1962-1978-ci illərdə Azərbaycan Milli Akademiyasının Zoologiya İnstitutunda çalışmış, 1979-cu ildən bu günə kimi isə Bakı Dövlət Universitetinin Onurğasızlar zoologiyası kafedrasınin müdiridir.
Onurğasızlar zoologiyası, Protozoologiya, Yerli fauna, Zoologiyadan seçilmiş fəsillər fənləri üzrə dərslər aparır
130 elmi məqalənin, 1 monoqrafiyanın, 4 kitabın müəllifidir,
Azərbaycanda ilk dəfə Xəzər dənizinin infuzorlarını öyrənmişdir, elm üçün 30 infuzor növüaçmış, Xəzər dənizi üçün 450 növ qeyd etmişdir.
4 namizədlik dissertasiyasının rəhbəri olmuşdur.

TƏDQİQAT SAHƏSİ

Protozoologiya, Xəzər dənizinin sərbəst yaşayan infuzorlarının faunası və ekologiyası

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1969, Protozooloqların III Beynəlxalq konqresi. Leninqrad.
  • 1970, Hidrobioloqlların II Beynəlxalq qurultayı. Kişinyov.
  • 1981, Hidrobioloqlların IV Beynəlxalq qurultayı. Kiyev. ü 1982, Protozooloqlar cəmiyyətinin III qurultayı. Vilnüs.
  • 1991, Xəzər problemi üzrə I Beynəlxalq konfrans. Bakı.
  • 1998, Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş elmi konfrans. Bakı.
  • 2003, Azərb. Zooloqlar cəmiyyətinin I qurultayı, Bakı.
  • 2003, Azərb. ETBI-nun 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans. Həştərxan.
  • 2005, «Enerji, Ekologiya, Iqtisadiyyat» Beynəlxalq Konqresi. Bakı.
  • 2007, Təbiət və cəmiyyət problemləri Beynəlxalq elmi konfransı. Bakı.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2004, Новые данные по фауне инфузорий микробентоса Северного Апшеронского залива и прилегающих островов Каспийского моря. Зоол.Ж., том 83, №1, s. 5-12.
  • 2004, Antropogen çirkab sularının bioloji təmizlənməsi. Bakı Dövlət Universitetinin xəbərləri. Təbiət elmləri seriyası. N1, s. 48-52.
  • 2004, Выяснение роли прилежащих тел (Corpora allata) в регуляции количественных фотопериодических реакций у моноволтинной расы тутового шелкоприяда «Юбилейная» . Bakı Dövlət Universitetinin xəbərləri. Təbiət elmləri seriyası. N3, s. 78-84.
  • 2005, Sumqayıt təmizləyici qurğularında infuzorların faunası və inkişafı APU-nun “Xəbərləri”, N4, s. 195-197. 2005, Fauna and Ecology of the Caspian sea İnfuzoria. İntern. Congress “Energy, Ecology, Ekolomy”. Baku, p. 321-323.
  • 2004, Инфузории микробентоса опрененных заливов (лимонов) Каспийского моря. Bakı Dövlət Universitetinin xəbərləri. Təbiət elmləri seriyası. N4, s. 58-61.
  • 2006, Xəzərin Abşeron sahillərinin bioloji örtüyündə mikro və makrofaunanın öyrənilməsi. Zoologiya İnstutunun əsərləri, XXVIII cild, “Elm” s. 60-66.
  • 2007, Инфузории обрастаний опресненных заливов Каспийского моря. BDU-nun xəbərləri, № 3, s. 42-46. 2008, Xəzərin Şimali Abşeron körfəzinin biosenozları, I məlumat. Azərb.Zool.əsərləri I cild (məqalələr toplusu) Bakı, “Elm”, s. 395-400.

KİTABLAR

  1. 1983, “Xəzər dənizinin infuzorları” (Monoqrafiya).
  2. 1988, “Su, metal, bioloji örtülmə”. Bakı, “Azərnəşr”, 148 s.
  3. 2002, “Onurğasızların müqayisəli anatomiyasının əsasları” Bakı, “Təhsil”, ABU, 256 s.
  4. 2003, “Onurğasızlar zoologiyası”(metodik vəsait) Bakı, “Təhsil”, ABU, 196 s.
  5. 2004, “Onurğasızlar zoologiyasından praktikum” Bakı, “Maarif”, 204 s.
Bookmark and Share