Biologiya Fakültəsi

Biologiya elmləri doktoru, professor Mustafayev Qara Teyfur o.

Qara Teyfur oğlu Mustafayev


Biologiya elmləri doktoru, professor,
"Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri
Telefonlar: +(994) 012 439-02-94 (iş), (050) 353-82-88

QISA BIOQRAFIK MƏLUMAT

25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub.
1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1954-1957-ci illərdə aspiranturada oxuyub.
1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb.
1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi,
1960-cı ildən indiyə qədər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışır. Bu müddətdə o baş müəllim, dosent, dekan müavini, dekan, professor vəzifələrində çalışıb,
1992-ci ildən "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiridir. Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunmuş, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilmiş və «Şöhrət Ordeni»nə layiq görülmüşdür. Ailəlidir, 3 övladı, 7 nəvəsi var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1954-cü il, ADU-nun biologiya fakültəsi

1958-ci il, biologiya elmləri namizədi, «Azərbaycanda Corvidae fəsiləsinə aid quşların ekologiyası»,
1985-ci il, biologiya elmləri doktoru, «Azərbaycan quru sahə ekosistemlərinin quşları»

ƏMƏK FƏALİYYƏTİ

1958-1960, AMEA-nın Zoologiya İnstitutu, elmi işçi;
1960-cı ildən 1992-ci ilə qədər Bakı Dövlət Universiteti, baş müəllim, dosent, dekan müavini, dekan, professor.
"Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri,
1992-ci ildən indiyə kimi
Apardığı dərslər: Ekologiya, Azərbaycan faunası, Onurğalı heyvanların ekologiyası, Onurğalılar zoologiyası, Ornitologiya və s.
Çoxlu sayda elmi və tədris-metodiki işin müəllifidir, o cümlədən:
600-dən çox məqalə 65 kitab, onlardan 15 monoqrafiya, 14 dərslik, 28 dərs vəsaiti, 5 telefilm və s.
9 elmlər namizədi və 2 elmlər doktoru yetişdirib.
18 yeni elmi konsepsiya irəli sürmüş, «biotik əlaqələr» adlı təbii qanun kəşf etmişdir.
30-dan çox tərifnamə, medal, fəxri fərman, diplomatlar, digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub.
Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür, Həsən Əliyev adına mükafata və «Şöhrət Ordeni»nə layiq görülüb.

TƏDQİQAT SAHƏSİ

Ornitologiya və ekologiya. Tədqiqatlarında bu elmin müxtəlif elm sahələri ilə inteqrasiyasına üstünlük verir.

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
  • 20-dən çox ölkədə keçirilmiş 60-dan çox Beynəlxalq və respublika səviyyəli konfrans və konqreslərdə iştirak etmiş, məruzələrlə çıxışlar etmişdir, o cümlədən:
  • 1962-1985-ci illər, Keçmiş SSRİ II-VIII Zoocoğrafi konfranslarda;
  • 1962-2005-ci illər, Keçmiş SSRİ Ornitoloji konfranslarda;
  • 1973-1985-ci illər, Keçmiş SSRİ III-VI herpetoloji konfranslarda;
  • 1978-ci ildə, Aşqabadda BTQI-nin XIV baş məclisində iştirak edib;
  • 1982-ci ildə, Moskvada XVIII Beynəlxalq Ornitoloji Konqresdə;
  • 1986-cı ildə, Moskvada keçmiş SSRİ ornitoloji cəmiyyətinin təsisçilərindən biri olub;
  • 2007-ci ildə, Stavropolda «Qafqazın quşları» adlı Beynəlxalq konfransda;
  • 2008-ci ildə, «Heydər Əliyev-85» adlı Beynəlxalq konfransda.
SEÇİLMİŞ ƏSƏRLƏRİ

Son 5 ildə çap olunmuş ən mühüm əsərləri bunlardır:

  1. Azərbaycanda ornitofaunanın taksonomik spektri. Bakı, BDU, 2004, 35s.
  2. Основные научные ошибки в орнитофауне. Вестник БГУ, 2005, №1
  3. Птицы Азербайджана. Баку, БГУ, 2005, 40с.
  4. Мониторинг Краснокнижных птиц Гобустана. Махачкала, 2006, с.259-262.
  5. Результаты прямого преследования млекопитающих человеком. «Прикладная биология». Баку, БГУ, 2007, с.211-214.
KİTABLAR
  • Экология в схемах. Истамбул, 1998, 215с. (соавтор Султанзаде Ф.)
    İnsanın ekologiyası. Bakı, 1999, 187s.
  • İnsanın uğurları və problemləri. Bakı, Qanun, 2004, 300s. (həmmüəlif Sultan-zadə F.V.);
  • Azərbaycanın quşları. Bakı, Çaşıoğlu, 2005, 410s. (həmmüəlif Məhərrəmova N.A.);
  • Azərbaycanın kolonial quşları. Bakı, MAM, 2006, 231s.(həmmüəllif Məmmədov A.T.)
  • İsmayıllı dövlət qoruğunun quşları. Bakı, Nasir, 2006, 208s. (həmmüəllif İsmayılova T.R.)
  • Həyat və poeziya. Bakı, MAM, 2006, 543s. (həmmüəllif Məmmədov A.T.) və s.
  • Ekologiyanın əsasları. Bakı, BDU, 2006, 536s. (Həmmüəlliflər Əliyeva R.Ə., Hacıyeva S.V.)
  • Ataların sözü – xalqın gözü. Bakı, «Təknur», 2008, 301s. (Həmmüəllif A.T.Məmmədov)
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR

5 (beş) Dövlət və Beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etmişdir. O cümlədən:
Şimal neft kəmərinin ətraf mühitə təsiri;
Qərb neft kəmərinin ətraf mühitə təsiri;
Bakı-Böyükkənd dəmir yolu ilə neft daşınmasının ətraf mühitə təsiri;
Ələt-Astara avtomobil magistralının ətraf mühitə təsiri;
Səngəçal terminalı sahəsində quşların nöqtəvi üsulla monitorinqi.

Bookmark and Share