Biologiya Fakültəsi

BIOSTİMULYATORLAR LABORATORIYASI

Labaratoriya müdiri – Professor Əliyev Ə.H

Elmi işçilərin tərkibi :

1.Musayev A.M. – b.e.n. böyük elmi işçi
2. Miriyeva S. B – kiçik elmi işçi
3. İbrahimova S.Ş – b.e.n. böyük elmi işçi
4.İsayeva E.B.- b.e.n. baş laborant
5.Rizvanova X.L. - b.e.n. baş laborant

Elmi istiqamət – Ekstremal Şəraitdə fiziki - kimya proseslərin neyroendokrinoloji tənzimində ekoloji ritmlərin rolu

Alınan vacib elmi nəticələr :

Müəyyən edilmişdir ki, Şüalanmaya məruz qalmış heyvanlarda funksional (epifiz – ektomiya ) pozulmalar onu göstərir ki, canlı orqanizm ekstremal şəraitdə toxuma səviyyəsində homeo – homestazı tənzimləyə bilir

Alınan patentlər :

Musayev A.M. Əliyev Ə.H, Musayev, M.Ə.Yolçuliyev, Y.Y.Qapalı şəraitdə yetişdirilən quşların məhsuldarlığının artırılma üsulları Patent – ixtira 12.02.2007, ¹20070031

Son 3 ildə alınan vacib elmi nəticələr:

  • İntensiv becərilmə şəraitində Dunaliella (dəniz halofiti) hüceyrələri ağ işığa az tələbkarlığı və xermostat rejimində yüksək gündəlik çıxması, məhsuldarlığı ilə səciyyələnir (biotexnologiya ETL)
  • Chara gumnophulla hüceyrələrinin plazmalemmalarında K+-kanallarının Ca2+ionları vasitəsilə qapanması xaricə düzləndirən K+ionların fəallaşma diapazonunda (50-160 mv) hüceyrələrin hiperpolyarlaşmasını, daxilə düzləndirən K+-kanalların fəallaşma diapazonunda (160-300 mv) isə depolyarlaşmanı törədir (biofizika və molekulyar biologiya kafedrası)
  • İzolə edilmiş süd turşusu bakteriyalarından alınmış bakteriosinə bənzər inqibirləşdirici madellərin kation mübadilə xromotoqrafiya üsulu ilə qismən təmizlənmiş BBİM-in elektroforetik üsulla molekul çəkisi (MÇ) müəyyən edilmiş və məlum olmuşdur ki, bu fəal peptid komponentinin MÇ-çi 6,5-14,2 kDa arasındadır (biokimya və bioiexnologiya kafedrası)
  • Müəyyən edilmişdir ki, Nacl duzunun təsirindən sonra sistemə qlyükozanın əlavə edilməsi cücərtilərin kökləri tərəfindən O2-nin udulmasının kəskin azalmasına səbəb olur ki, bu da şoranlıq şəraitində köklərdə Krebtri effektinin meydana çıxmasını olan hüceyrələrdə Nacl duzunun təsiri zamanı sərf olunan ATP-nın tezliklə kompensasiya olunması aeorob qlikolizin güclənməsi hesabına baş verir (bitki fiziologiyası kafedrası)
  • Müəyyən edilmişdir ki, şüalanmaya məruz qalmış siçovulların funksional pozğunluqları (epifiz-ektomiya) onu göstərir canlı orqanizm eksterimal şəraitində toxuma səviyyəsində homeohomestazı tənzimləyə bilir (insan və heyvan fiziologiyası kafedrası)
  • Fakültənin professor-müəllim heyəti və elmi işçiləri tərəfindən 2007-ci ildə 184 elmi iş çap edilmişdir, onlardan 42 xarici ölkələrin elmi nəticələrində çapdan çıxmışdır.
    Son 3 ildə fakültə əməkdaşlarından 3 nəfəri doktorluq, 11 nəfəri namizədlik dissertasiyası müdafiə etmişdir.
Bookmark and Share