Biologiya Fakültəsi

BİOFİZİKA VƏ MOLEKULYAR BİOLOGİYA KAFEDRASI

Kafedra müdiri - b.e.d., prof. Həsənov Rafiq Əhəd oğlu – Biofizika sahəsində tanınmış alimdir.

Kafedra 1976-cı ildə yaradılmışdır. Kafedranın yaradıcısı və ilk müdiri professor Tofiq Hüseyn oğlu Məmmədov olmuşdur. O, kafedraya ömrünün sonuna – 1993-cü ilə kimi rəhbərlik etmişdir.
1993-2011-ci illərdə kafedraya biologiya elmləri doktoru, professor Xanlar Dayyan oğlu Abdullayev rəhbərlik etmiş; 2011-ci ildən hal-hazıra kimi  isə kafedraya biologiya elmləri doktoru, professor Həsənov Rafiq Əhəd oğlu başçılıq edir.

Hazırda kafedrada bir professor (Xəlilov R.İ.), 4 dosent (Abdullayev X.D., Zeynalova N.M., Musayev N.A., Köçərli N.K.), 1 nəfər 0,5 şt. baş müəllim (Əli-zadə Q.İ.), 3 nəfər 0,5 şt. müəllim (Əliyeva F.K., Həsənova G.L.), 3 baş laborant (Əliyeva İ.B., Ocaqverdiyeva S.Y., Çıraqova S.R.) və 1 laborant (Nəcəfəliyeva Ş.Ə.) çalışır. Kafedranın formalaşmasında və inkişafında ayrı-ayrı illərdə prof. T.H.Məmmədov, akad. C.Ə.Əliyev, prof. R.Ə.Həsənov, prof. X.M.Qasımov və digər alimlərin böyük rolu olmuşdur. Canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsasları istiqamətində stresə qarşı bitkilərin davamlılığının hüceyrə və molekulyar mexanizmi problemi üzrə elmi-tədqiqat işləri yerinə yetirilir.

Professor – müəllim heyəti :

  1. Prof. Abdullayev X.D.
  2. Prof. Xəlilov R.İ
  3. Prof. Musayev N.A.
  4. Dos. Zeynalova N.M
  5. Dos. Köçərli N.K
  6. B.e.n. müəllim.Əlizadə Q.T


Saat hesbı qaydada dərs aparanlar:
1. AMEA - nın müxbir üzvü – Hüseynova İ.M
2. Dos. Məmmədov Ə.Ç


Elmi istiqamət :Hüceyrə davamlılığının biofiziki mexanizmləri .


Tədris olunan əsas fənlər :

1. Biofizika
2. Molekulyar biologiya
3. Membranalogiya
4. Bioinformatika
5. Bioloji proseslərin riyazi modelləşdirilməsi

Son üç ildə əsas nəşrlər :

1. R.İ.Xəlilov və b.Tibbi və bioloji fizika (dərslik) , Bakı, 2006, 470 səh
2. X.D.Abdullayev, Z.M. Mahmudov və b. Photoinhibition invivo of Photosyasustem of Wheat Scedlings Photosynthesis Research, 2005, v 84,914

Bookmark and Share