Biologiya Fakültəsi

BİOKİMYA VƏ BİOTEXNOLOGİYA KAFEDRASI

Kafedranın müdiri: əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Quliyev Akif Ələkbər oğlu – biokimya sahəsində tanınmış alimdir.

 

Biokimya və biotexnologiya kafedrası 1972-ci ildə Bitki Fiziologiyası kafedrasından ayrılaraq yaradılmışdır. Kafedranın əsası qoyulandan kafedraya biologiya elmləri doktoru, prof. A.Ə.Quliyev rəhbərlik edir.
Kafedrada 3 tədris laboratoriyası fəaliyyət göstərir. Bunlardan ikisi böyük və kiçik ixtisas laboratoriyaları, üçüncüsü isə immunologiya laboratoriyasıdır.

 

Professor-müəllim heyəti:


Saat hesabı dərs keçən müəllimlər:

Əzizov İ.V. AMEA-nın müxbir üzvü, Biologiya elmləri doktoru.

Süleymanov S.Y. Biologiya elmləri doktoru.


Elmi istiqamət: Azərbaycan ənənəvi məhsullarındakı süd-turşusu bakterialarındakı bakteriosin maddələrinin ayrılması və onların tətbiqinin prespektivi.

 

Tədris edilən fənlər:

  • Biokimya
  • Enzimologiya
  • İmmunologiya
  • Bioenergetika
  • Hormonların biokimyası
  • Vitaminalogiya

Son 3 ildə əsas nəşrlər:

1. Quliyev A.Ə., Həsənov T.H., Güləhmədov  S.Q. Statik biokimya (dərslik). Bakı, BDU. 2004. 490s.

2. Quliyev A.Ə., Həsənov T.H., Güləhmədov  S.Q., Ömərova S.N. Biokimya və immunologiya üzrə praktikum (dərs vəsayiti). Bakı, BDU. 2005. 272s.

3. Məmmədov Z.M., Axundov R.M. İmmunologiyanın əsasları (dərslik). Bakı, BDU. 2005. 275s.

4. Qəmbərov X. Q., Tağızadə Z.A., Abdullayeva N.A. Biotexnalogiya (dərs vəsayiti). Bakı, BDU. 2005. 275s.

Qrantlar:

  • Elm və dünya NATO proqramları əsasında "süd turşusu bakteriyalarının xaric etdiyi, antibakterial peptidlərin xarakteristikası " proyektinin yaradılması. (Azərbaycan, Bolqarıstan, Yunanıstan və s.)
Bookmark and Share