Biologiya Fakültəsi

BİOLOGİYA FAKÜLTƏSİ

Biologiya fakültəsi 1934-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərir. Fakültənin ilk dekanı ixtisasca bitki fizioloqu olan professor D.A.Şutov olmuşdur (1934-1935).
Akademik A.İ.Qarayevin, akad. A.A.Qrossheym, akad. M.H.Abutalıbovun, AMEA-nın müxbir üzvü Y.Ə.Əbdürrəhmanovun, professor T.D.Qayıbovun, prof. A.X.Tağızadənin, prof. M.Ə.Qasımovun, M.A.Axundovun, prof. V.N.Rusanovun, prof. T.H.Məmmədovun, prof. A.M.Ələkbərovun, dos. K.M.Qənbərovun, prof. H.S.Qasımovanın, prof. Q.T.Mustafayevin, prof. A.Ş.İbrahimovun, prof. A.Ə.Quliyevin, prof. C.Ə.Əliyevin, prof. F.Q.Ağamalıyevin, prof.Ə.H.Əliyevin, prof.R.Ə.Quliyevin, prof. M.Ş.Babayevin, prof.E.M.Qurbanovun, dos. X.D.Abdullayevin milli kadrların hazırlanmasında xüsusi xidmətləri olmuşdur.
Fakültə kafedralarının elmi istiqamətləri aşağıdakılardır:
1. İnsan və heyvan fiziologiyası – epifiz-hipotalamus, sensor və visseral sistemlərinin əlaqəsi və tənzimlənməsi;
2. Biokimya və biotexnologiya – Azərbaycan ənənəvi məhsullarındakı süd-turşusu bakterialarındakı bakteriosin maddələrinin ayrılması və onların tətbiqinin prespektivi.
3. Botanika – Azərbaycanın bəzi botaniki-coğrafi rayonlarının florası, bitkiliyi və onun biomüxtəlifliyi;
4. Mikrobiologiya – müxtəlif fizioloji qrup mikroorqanizmlərin fizioloji-biokimyəvi aspektlərinin tədqiqi;
5. Bitki fiziologiyası – şoranlıq şəraitində bitkilərin metabolizminin xüsusiyyətləri;
6. Onurğalılar zoologiyası – Azərbaycan quru və su onurğasızlarının faunası, biologiyası və ekologiyası;
7.Onurğasızlar zoologiyası – Azərbaycanın müxtəlif quru və su onurğasızlarının faunası, biologiyası və ekologiyası;
8. Genetika və Təkamül təlimi – canlı orqanizmlərdə fiziki-kimyəvi amillərin təsirinin mutagen və antimutagen effektinin tədqiqi;
9. Biofizika və molekulyar biologiya – hüceyrə davamlılğının biofiziki mexanizmləri

Fakültənin elmi-tədqiqat laboratoriyalarının əsas elmi istiqamətləri aşağıdakılardan ibarətdir:
1. Biotexnologiya – Xəzər dənizinin sahil zona sularından yaşıl mikroyosunların ayrılması və onların biotexnoloji məqsədlər üçün istifadə edilməsi;
2. Biostimulyatorlar – ekstremal şəraitdə fiziki-kimyəvi proseslərin neyroendikrinoloji tənzimində ekoloji ritmlərin rolu.

Fakültədə təhsil əyani və qiyabi formalarda, azərbaycan və rus dillərində aparılır.
Fakültədə 1000-dən çox tələbə və magistrant təhsil alır, onların təlim-tərbiyəsi ilə 86 nəfərdən ibarət olan professor-müəllim heyəti məşgul olur, onlardan 1 nəfəri akademik, 1 nəfər AMEA-nın müxbir üzvü, 19 nəfər elmlər doktoru, professor, 62 nəfəri elmlər namizədi, dosent, baş müəllim və müəllimdir.

Bakalavr pilləsində aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:

  • 050505 - Biologiya
  • 050110 - Biologiya müəllimliyi
  • 050709 - Su bioehtiyyatları və akvabitkilər


Biologiya ixtisası üzrə magistratura pilləsində aşağıdakı ixtisaslaşmalar üzrə kadrlar hazırlanır:

  • Botanika
  • Mikologiya
  • Onurğasızlar zoologiyası
  • Entomologiya
  • Mikrobiologiya
  • Sənaye mikrobiologiyası
  • İnsan və heyvan fiziologiyası
  • Bitki fiziologiyası
  • Biokimya
  • Biotexnologiya
  • Nanobiotexnologiya
  • Genetika
  • Bitkilərin genetikası və seleksiyası
  • Biofizika
  • Molekulyar biologiya
  • Onurğalılar zoologiyası
  • İxtiologiya
  • Ətraf mühitin idarə edilməsi və bioloji monitorinq

Fakültənin beynəlxalq əlaqələri

Biologiya fakültəsinin geniş beynəlxalq əlaqələri vardır. Belə ki, Rusiyanın Bax adına Biokimya İnstitutu, Gürcüstanın Tiflis Dövlət Universiteti, İspaniyanın Corunya Universiteti, Fransanın Nant İnstitutu bunlara misal ola bilər. Biokimya və biotexnologiya kafedrasının və Fransanın Nant İnstitutunun birgə doktorantı Əhmədova Aynur akkreditasiya müddətində öz elmi-tədqiqat işini yerinə yetirib həm Nant İnstitutunun, həm də BDU-nun nəzdində fəaliyyət göstərən birdəfəlik Müdafiə Şurasında müvəffəqiyyətlə müdafiə edib biologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcisini almışdır. Adı çəkilən kafedranın digər doktorantı – Hüseynova Nigar və dosenti – Güləhmədov Sahib Fransanın Nant İnstitutuna elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məqsədilə ezam olunmuşlar.
Akkreditasiya müddətində Bakı Dövlət Universiteti və Çexiyanın Karlova Universiteti, eləcə də Bakı Dövlət Universiteti və Çexiyanın Kimya Texnologiyaları İnstitutu arasında magistr mübadiləsi və elmi əməkdaşlıq haqqında razılaşma imzalanmışdır.
Bundan əlavə,  Biologiya fakültəsi və Çexiyanın Brno şəhərinin Mendel adına Dövlət Universiteti arasında müqavilə imzalanmışdır.

Fakültənin beynəlxalq proqramlarda iştirakı

BDU-nun Biologiya fakültəsi 2012-ci ilin sentyabr ayından etibarən (2012-2015) müəllim və tələbələrə mübadilələrdə iştirak etmək imkanı qazandıran Avropa Birliyinin Erasmus Mundus proqramının “Təhsildə davamlı inkişaf naminə transavropa mobilliyi” layihəsində iştirak edir. Bu layihədə Avropa universitetlərindən Portuqaliyanın Lissabon Universiteti, İspaniyanın Alikante Universiteti və Korunya Universiteti və İtaliyanın Pavia Universiteti və Milan Texnikli Universiteti iştirak edir. Bu layihə çərçivəsində biologiya fakültəsinin 2 doktorantı, 3 magistrantı və 1 bakalavr tələbəsi Avropanın qeyd olunan universitetlərində təhsillərini davam etdirmişlər. Bundan başqa, bu layihə çərçivəsində İspaniyanın Korunya və Alikante universitetlərinin 3 tələbəsi fakültəmizdə təhsil alıb və elmi işləri üzərində çalışmış. Həmçinin, Korunya Universitetinin professoru Julio Parapar təlimlərdə iştirak etmək məqsədilə 1 ay müddətində universitetimizə səfər edib (02.03.2014 – 02.04.2014) və ingilis bölməsinin tələbələri üçün mühazirə və laboratoriya dərslərini aparmışdır.
Bundan başqa, Biologiya fakültəsi 2013-cü ildə Avropa Birliyinin Tempus proqramının 4 layihəsini qazanmağa müvəffəq olmuşdur. Belə ki, bu layihələrdən biri olan “Təbiət və tibbi elmlər sahəsində Hematologiya fənninin proqramlarının təkmilləşdirilməsi” layihəsidir (2013-2016). Layihədə Avropa universitetlərindən İngiltərənin, İtaliya və İspaniya universitetləri iştirak edir.
İkinci Tempus layihəsi -  “Azərbaycan, İsrayıl və Qazaxıstanda ekosistemlərin monitorinqi sahəsində təhsilin gücləndirilməsi” adlı layihədir (2013-2016). Layihədə Avropa universitetlərindən Almaniyanın Berlin Texniki Universiteti, Hollandiyanın Tvente universiteti və Estoniyanın Texnologiya universiteti iştirak edir.
Üçüncü Tempus layihəsi – “Biologiya və Tibbdə virtual laboratoriyaların inkişaf etdirilməsi məqsədilə innovativ mərkəzlərin yaradılması” layihəsidir (2013-2016). Layihədə Avropa universitetlərindən İngiltərə, Fransa və Sloveniya universitetləri iştirak edir.
Dördüncü Tempus layihəsi – “Beynəlxalq mübadilə vasitəsilə təhsildə islahatlar” layihəsidir (2013-2016). Layihədə Avropa universitetlərindən Posrtuqaliyanın Lissabon Universiteti, İspaniyanın Korunya Universiteti, Almaniyanın Paderborn Universiteti, Hollandiyanın Texniki universiteti iştirak edir.

Fakültənin görkəmli məzunları

Fakültənin müxtəlif illərdə bitirən və elmin yüksək zirvələrinə çatmış məzunlar:

  • Akademik Qarayev Abdulla İsmayıl oğlu – İnsan və heyvan fiziologiyası sahəsində dünyada tanınmış alimdir.
  • Akademik Əliyev Cəlal Əlirza otlu – Bitkilərin fiziologiyası və biokimyası sahəsində dünyada tanınmış alimdir.
  • Akademik Əsədov Səttar Məcid oğlu – Helmintologiya sahəsində dünyada tanınmış alimdir.
  • Akademik Həsənov Hüseyn Heydər oğlu – İnsan və heyvan fiziologiyası sahəsində tanınmış alimdir.
  • Akademik Ələkbərov Orxan Kazım oğlu – Genetika sahəsində tanınmış alimdir.
  • AMEA-nın müxbir üzvü, professor – Əbdürəhmanov Yusif oğlu – İxtiologiya sahəsində tanınmış alimdir.
  • AMEA-nın müxbir üzvü Hacıyev Dəmir Vahid oğlu – Zoologiya polintologiya sahəsində tanınmış alimdir.
  • AMEA-nın müxbir üzvü Sultanov Qadir Məmməd oğlu – Politolongiya sahəsində tanınmış alimdir.
  • AMEA-nın müxbir üzvü Qasımov Rafiq Yunis oğlu – Balıqların fiziologiyası sahəsində tanınmış alimdir.
  • AMEA-nın müxbir üzvü Əzizov İbrahim Vahab oğlu – Bitki fiziologiyası sahəsində tanınmış alimdir.
  • AMEA-nın müxbir üzvü Qurbanov Elşad Məcnun oğlu – Botanika sahəsində tanınmış alimdir.
  • Əməkdar elm xadimi, professor – Axundov Mirəli Abdulla oğlu – Genetika və biologiyanın tarixi sahəsində tanınmış alimdir.
  • Əməkdar elm xadimi, professor Qasımova Həbibə Süleyman qızı – Torpaq mikrobiologiyası sahəsində tanınmış alimdir.
  • Əməkdar elm xadimi, professor Qasımov Neymət Abbasəli oğlu – Bitki fiziologiyası sahəsində tanınmış alimdir.
  • Professor Məmmədov Tofiq Hüseyn oğlu – Biofizika sahəsində tanınmış alimdir.
  • Professor Həsənov Ralfirid Əhəd oğlu – Fotosintez sahəsində tanınmış alimdir.

 

 

 

Bookmark and Share