Biologiya Fakültəsi

BOTANIKA KAFEDRASI

Kafedra müdiri - AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, pofessor Elşad Məcnun oğlu Qurbanov- Botanika sahəsində tanınmış alimdir.

Kafedranın tarixi. XX əsrin əvvəllərində Şərq ölkələri arasında  ilk  yaranan  Universitet  Azərbaycan Dövlət  Universitetidir. Təbiət elmləri fakültəsində birincilər sırasında Botanika  kafedrası yaranmışdır. Bu kafedrada  Bitki morfologiyası və anatomiyası, İbtidai və Ali bitkilərin  sistematikası, Bitki fiziologiyası və Bitki  coğrafiyası  fənləri tədris olunurdu. Kafedraya ilk illər İ.A. Lebedev təyin edilmiş, daha sonra bitki anatomu  olan K.İ.Razdorski Botanika kafedrasına müdir secilmiş və 1924-cü ilə qədər işləmişdir. 1924-1930-cu illər Botanika kafedrasına M. B.Brjezitski rəhbərlik etmişdir. Bu illər ərzində 1925-ci ildə Saratov şəhərindən professor  D.A.Şutov,  1927-ci ildə Tiflis şəhərindən A.A.Qrossheym dəvət olunmuş  və gənc kadrlar  İ.İ.Karyagin, M.Ə.Qasımov, Q.F.Axundov  tədris işlərinə cəlb olunmuşlar.    1930-1946-ci illər kafedraya Azərbaycan Respublikası  və SSRİ EA  həqiqi üzvü A.A.Qrossheym, 1948-1966-cı illər kafedraya prof. M.Ə.Qasımov, 1966-1992-ci illərdə prof. C.Ə.Əliyev rəhbərlik etmişlər. 1992-ci ildən indiyədək kafedraya  AMEA-nın müxbir üzvü, b.e.d., prof. E.M.Qurbanov rəhbəlik edir.

Kafedrada aparılan elmi-tədqiqat işləri 2010, 2012, 2013, 2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının mühüm nəticələrinə daxil edilmişdir. Bakı Dövlət Universitetinin Botanika kafedrasının Türkiyə Respublikasının Riza Universiteti ilə elmi-texniki əməkdaşlıq etmək üçün razılaşma müqaviləsi hazırlanmışdır. Bundan əlavə, Botanika kafedrasının Çexiya Respublikasının Karlov adına Praqa Universitetinin Botanika kafedrası ilə elmi və tədris əlaqələri vardır. Kafedra müdiri, AMEA-nın müxbir üzvü, prof. E.M.Qurbanov hər il bu universitetdə elmi məzuniyyətdə olur, təəssüratları haqqında kafedrada keçirilən seminarlarda  məlumat verir.

Kafedrada herbari fondu  fəaliyyət göstərir. Bu fondda XIX əsrin axırlarında təsadüf edilən herbari materialları qorunub saxlanılır. Kafedranın herbari fondu formalaşan zaman akad. A.A.Qrossheym müxtəlif təşkilatlardan-A.Şelkovnikov adına Herbarium Florae Areschensis  (prov. Yelizabethpol), Гербарий Сельско-Хозяйственный и Торгово-Промышленный Музей, Сектор по борьбе с сорняками Всесоюзного Института Защиты Растений toplanmış herbari materiallarını sistemləşdirmiş, Azərbaycan florasının qiymətli bitkiləri ilə fondu daha da zənginləşdirmişdir. Əsası akad. A.A.Qrossheym tərəfindən qoyulmuş bu fondda respublikanın heç bir universitet və elmi-tədqiqat institutunda rast gəlinməyən bitki növləri mövcuddur. Herbari fondunda həmçinin mənfur qonşularımız tərəfindən işğal olunmuş torpaqlarımızdan yığılmış, nadir və nəsli kəsilməkdə olan növlər qorunub saxlanılır. Əbəs yerə, bu fond respublika botanikləri tərəfindən “Qızıl fond” adlandırılmır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə respublika ərazisində mövcud olan maddi və mədəni-irsi sərvətlərimiz xüsusi qorunur. Kafedrada mövcud olan “Qızıl fond”un da qorunması, dünyaya tanıdılması üçün universitet rəhbərliyinin xüsusi təşəbbüsü ilə həmin herbari fondu müasir tələblərə cavab verən formaya uyğun təmir edilmişdir. Hal-hazırda qarşımızda duran vəzifə Herbari fondunda olan qədim herbari nüsxələrinin üzünün çıxarılması, Dünya Herbari Fonduna göndərilməsi və flora zənginliyinə görə dünyada seçilən doğma Azərbaycanımızı planetin bütün ölkələrinə tanıtmaqdan ibarətdir.

Kafedranın professor-müəllim heyəti:

Kafedra müdiri: AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Məcnun oğlu Qurbanov

  1. b.e.d., prof. Afət Oqtay qızı Məmmədova
  2. b.e.n., dos. Musa Telman oğlu Cabbarov
  3. b.e.n., dos.Pünhan Mustafa oğlu Əfəndiyev
  4. b.e.n., dos. Sevil Abutalıb qızı Əliyeva
  5. b.e.n., dos. Şəhla Məmməd qızı Əfəndiyeva
  6. b.e.n., dos. Zemfira Abdul qızı Abdulova
  7. b.e.n., dos. Lalə Nemət qızı Mehdiyeva
  8. b.e.n., dos. Zülfiyyə Cəlal qızı Məmmədova
  9. b.e.n., dos. əvəzi Asim Rafiq oğlu Səfərov
  10. b.ü.f.d., müəl. Vazeh Sədi oğlu Baxşiyev

 

Kafedranın elmi mövzusu: Azərbaycanda flora və bitki örtüyünün biomüxtəlifliyinin öyrənilməsi.


Bakalavriatura səviyyəsində tədris olunan fənlər:

  • Bitkilərin morfologiyası
  • İbtidai bitkilərin sistematikası
  • Ali bitkilərin sistematikası
  • Mikologiya
  • Azərbaycan florası
  • Bitkilərin ekologiyası
  • Botanika
  • Akvakulturalar
  • Dərman əhəmiyyətli su bitkiləri
  • Su bitkiləri
  • Axar çay hövzələrinin su bitkiləri
  • Yosunların yetişdirilməsi

Magistratura səviyyəsində tədris olunan fənlər:

Botanika ixtisaslaşması üzrə:

  • Bitki örtüyünün mühafizəsi
  • İxtisasın metodları
  • Bitkilərin coğrafiyası və yerli flora
  • Aqrofitosenologiya
  • Dekorativ gülçülük və bağçılıq
  • Mədəni bitkilərin mənşəyi
  • Geobotanika
  • Bitki varidatı

Mikologiya ixtisaslaşması üzrə:

  • Ümumi mikologiya
  • İxtisasın metodları
  • Tətbiqi mikologiya və göbələklərin müasir təsnifatı
  • Texniki mikologiya
  • Fitopatologiya
  • Göbələklərin fiziologiyası və yırtıcı göbələklər
  • Qeyri-müəyyən göbələklər
  • Tərəvəz bitkilərinin xəstəlikləri

Ətraf mühitin idarə edilməsi və bioloji monitorinq ixtisaslaşması üzrə:

  • Ekologiyanın qlobal problemləri
  • İxtisasın metodları
  • Bitkilərin coğrafiyası və  yerli flora
  • Bitki örtüyünün mühafizəsi
  • Meşə ekosistemlərinin mühafizəsi və idarə edilməsi
  • Davamlı inkişaf
  • Geobotanika
  • Tətbiqi ekologiyanın əsasları
  • Bioindikasiya və ekoloji nəzarət

Son üç ildə əsas nəşrlər:

  1. 2017-ci il-  E.M.Qurbanov, M.T.Cabbarov Geobotanika dərsliyi
  2. 2018-ci il- Е.М. Qurbanov “Bitki morfologiyası” dərsliyi

 

Bookmark and Share