Biologiya Fakültəsi

BİTKİ FİZİOLOGİYASI KAFEDRASI

Kafedra müdiri – Biologiya elmləri doktoru, professor Abdıyev Vilayət Bəşir oğlu

Bitki fiziologiyası kafedrası 1934-cü ildə yaradılmış və ilk müdiri prof. Dmitri Şutov olmuşdur. Sonrakı illərdə kafedra müdiri vəzifəsində prof. Mirmusa Ağamirov (1939-1949), akad. Müzəffər Abutalıbov (1949-1956), prof. Abdulla Tağızadə (1957-1978) çalışmışlar. 1979-cu ildən 2016-cı ilə qədər kafedraya dünyada tanınmış alim, Əməkdar elm xadimi, b.e.d., prof., ABŞ-ın İllinoys EA-nın həqiqi üzvü Neymət Abbasəli oğlu Qasımov rəhbərlik etmişdir..

2012-ci ildə prof.N.A.Qasımovun «Механизм действие солей на растительный организм» adlı monoqrafiyası Almaniyanın Lap Lambert Beynəlxalq nəşriyyatında çap edilmişdir. 2013-cü ildə prof.N.A.Qasımov tərəfindən bitkilərin duzadavamlılığı üzrə aparılan tədqiqatlara patent verilmişdir. Bitkilərin ekstremal şoranlığa davamlığının mexanizmlərinin tədqiqi sahəsində prof. N.A.Qasımov tərəfindən yeni orijinal bir konsepsiya – bitkilərdə «enerji aclığı» konsepsiyası irəli sürülmüşdür.

Görkəmli alim, AMEA-nın həqiqi üzvü Cəlal Əlirza oğlu Əliyev, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, b.e.d., prof. Ralfrid Həsənov, b.e.d., prof. Əmir Mərdanov, b.e.d. Zibeydə Əzizbəyova, b.e.d., prof. Ağaverdi Ağaverdiyev, b.e.d. İnna Qurbanova, AMEA-nın müxbir üzvü, b.e.d. Validə Əlizadə, b.e.d. Sevil Fətəliyeva və başqa görkəmli alimlər tələbəlik illərində bitki fiziologiyası kafedrasında ixtisaslaşmışlar.

1980-ci illərdən başlayaraq kafedranın beynəlxalq əlaqələri daha da genişlənmişdir. Belə ki, 1981-1982-ci illərdə ABŞ-ın Okloxoma (prof Q.Todd), İllinoys (prof. M.Starzik), Montana (prof. M.Çessin) universitetlərindən olan bitki fizioloqları dörd ay müddətində kafedrada elmi ezamiyyətdə olmuş, müəllim və tələbələrə mühazirələr oxumuşlar.

Uzun müddət ərzində prof. Sahib Hüseynov, dos. İbad Bünyatov, dos. Əlövsət Səmədov, dos. Zəmirə Əliyeva, b.e.d. Nailə Hüseynova, dos. Sabir Mustafayev, baş müəllim Sadıx Ömərov və b. kafedrada səmərəli elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşlar. Kafedra müdiri vəzifəsini isə Neymət Abbasəli oğlu Qasımov icra etmişdir.

Kafedranın professor-müəllim heyəti:

  1. Kafedra müdiri: b.e.d., prof. Vilayət Bəşir oğlu Abdıyev
  2. b.e.n., dos. Firuzə Kamil qızı Əliyeva
  3. b.e.n., dos. Sevinc Muxtar qızı İsmayılova-Abduyeva
  4. b.e.n., dos. Sevda Məmmədsəlim qızı Tahirli
  5. b.e.n., müəl. Möhübbət Hümbət oğlu Nəcəfli
  6. b.ü.f.d., müəl. Nigar Fazil qızı Alıyeva


Kafedranın tədris-köməkçi heyəti:

  1. Gulnarə Səfərqulu qızı Məmmədova
  2. Sevinc Cahangir qızı Mazanova
  3. Şəfəq Xanlar qızı Abdullayeva


Kafedranın elmi mövzusu:
Şoran torpaqlarda mədəni bitkilərin davamlılığının oksidləşdirici və ayırıcılarla artırılma yolları


Bakalavriatura səviyyəsində tədris olunan fənlər:

  • Bitki anatomiyası
  • Biometriya
  • Bitki fiziologiyası
  • Fotosintez


Magistratura
səviyyəsindətədrisolunanfənlər:

  • Bitki hüceyrələrinin fiziologiyası
  • Bitkilərdə avtotənzimlənmə
  • Bioenergetikanın əsasları
  • Bitkilərdə mineral qidalanma və su mübadiləsi
  • Bitkilərin tənəffüsü
  • Bİtkilərdə böyümə, inkişaf və davamlılığın fiziologiyası
  • Canlı sistemlərin metabolizmi, filogenezi və termodinamikası
  • İxtisasın metodları


Son üç ildə əsas nəşrlər:

  1. N.A.Qasımov. Bitki fiziologiyası. “Bakı Universiteti” nəşriyyatı, 2008. 483 s.
  2. N.A.Qasımov, N.Ş.Əliyeva, S.M.Tahirli, S.M.Abduyeva-İsmayılova. Bitki anatomiyası. “CBS” nəşriyyatı, 2010
  3. N.A.Qasımov, S.M.Abduyeva-İsmayılova.  Fotosintez. “CBS” nəşriyyatı, 2015.
Bookmark and Share