Biologiya Fakültəsi

dos. Əfəndiyev P.M.


Biologiya elmləri namizədi, dosent
İş telefonu: (+99412) 539 04 41
E-mail: epunchan@ ramber.ru.

 

 

QISA BIOQRAFIK MƏLUMAT

1938-ci il avqustun 20-də Gürcüstan Respublikasının Bolnisi rayonun Kvemo-Bolnisi (keçmiş Kəpənəkçi) kəndində anadan olub.

1947-1954-cü illərdə Kvemo-Bolnisi (Kəpənəkçi) kənd 8 illik məktəbində,

1954-1957-ci illərdə Arıxlı kənd orta məktəbində oxuyub.

1957-1958-ci illərdə Kvemo-Bolnisi (Kəpənəkçi) kənd 8 illik məktəbində işləyib.

1958-1963-cü illərdə ADU-nun Biologiya fakültəsində təhsil alıb.

1963-1967-ci illərdə Azərbaycan Respublikası Canitar-Epidemioloji stansiyasında işləmişdir.

1967-2008-ci illərdən BDU-nun Biologiya fakültəsində işləyir.

Ailəlidir, üç övladı var.

TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

  • 1975-b.e.n «Vəlvələçay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti».
  • 1958-1963-cü illərdə tələbə. Biologiya fakültəsi. BDU.

ƏMƏK FƏALİYYƏTİ

  • 1967-1970-ci illər laborant, Botanika kafedrası. Biologiya fakültəsi. BDU.
  • 1970-1979-cu illərdə assistent. Botanika kafedrası. BDU.
  • 1979-1983-cü illərdə baş müəllim, Botanika kafedrası. BDU.
  • 1983-2008-ci illərdə dosent. Botanika kafedrası. BDU.
  • 67 elmi məqalə və tezisin, 3 metodiki göstərişin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.

TƏDQİQAT SAHƏSİ

  • Geobotanika, bitki morfologiyası, Azərbaycan florası.

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2004. Bakı. Azərbaycan: Böyük Qafqaz cənub hissəsi yüksəkdağlığının xalıları. Biologiyada inkişaf və müasirliyə həsr olunmuş konfrans.
  • 2004. Bakı. Azərbaycan: Böyük Qafqazın (Şəki-Zaqatala bölgəsi) cənub hissəsi yüksəkdağlığının subalp çəmən bitkiliyi. AMEA-nın Botanika İnstitutunun elmi əsərləri, XXI cild, konfrans.
  • 2005. Bakı. Azərbaycan: Müasir tipli dekorativ yaşıllığın qurulma prinsipləri və onun bioekoloji xüsusiyyətləri. Eksperimental biologiya və müasirliyə həsr olunmuş konfrans.
  • 2006. Bakı. Azərbaycan: Ətraf mühitin mühafızəsində istifadə olunan dekorativ bitkilərin bioekoloji xüsusiyyətləri.Ətraf mühitin mühafizəsində Botanika bağlarının roluna həsr olunmuş konfrans.
  • 2006. Bakı. Azərbaycan: Böyük qafqazın cənub hissəsində yayılan kol və yarımkol bitkiliyi. AMEA-nın Botanika İnstitutunun elmi əsərləri, konfrans.
  • 2007. Bakı. Azərbaycan:Böyük Qafqazda yayılan balverən bitkilər və onların bioekoloji xüsusiyyətləri. Tətbiqi biologiyanın problemlərinə həsr olunmuş konfrans.
  • 2007. Bakı. Azərbaycan: Böyük Qafqazın subalp həqiqi mezofıl çəmənlik formasiyası. Təbiət və cəmiyyət problemləri. Akademik Həsən Əliyevin 100 illimk yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. 2005. Müasir tipli dekorativ yaşıllığın qurulma prinsipləri.
  2. 2006. Ətraf mühitin mühafizəsində istifadə olunan dekorativ bitkilərin bioekoloji xüsusiyyətləri.
  3. 2007. Böyük Qafqazın subalp həqiqi mezofil çəmənlik formasiyası

KİTABLAR

  1. 2003. Vəlvələçay hövzəsinin bitki aləmi.
  2. 2005. Bitki morfologiyası.
Bookmark and Share