Biologiya Fakültəsi

dos. Hüseynova A.D.

biologiya elmlərsi namizədi, dosent

İş telefonu: (+99412) 539 04 41
E-mail: aygun_huseynova@bk.ru

 

QISA BIOQRAFIK MƏLUMAT

1966-ci ildə 23 may tarixində Bakı şəhərində anadan olmuşam.
1973 - 1983 illərdə Bakı şəhəri Sabail rayonun 6 saylı orta məktəbində, şagird.
1983 - 1988-cı ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsi əyani şöbəsində, tələbə.
1988 – 1990- cı illərdə Azərbaycan SSRın Elmlər Akademiyasının Botanika İnstitutuna Qeobotanika şöbəsində, baş laborant.
1990-ci ildən Bakı Dövlət Universitetinin Botanika kafedrasına laborant.
1992- ci ildən BDU-nin Botanika kafedrasında laboratoriya müdiri.
1994-ci ildə namizədlık dissertasiyasının müdafiyəsi.
2000-ci ildən həmin kafedra müəllim.
2006-ci ildən həmin kafedrada dosent.
Ailəliyəm. İki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1988, biologiya fakultəsı, Azərbaycan Dövlət Universiteti,
1994, biologiya elmləri namizədi - "Gobustanın səhra fitosenozlarında şorankələrin (Salsola dendroides Pall. və Salsola nodulosa (Moq.) İljin.) senopopulyasiyaları",
2006 – dosent, botanika kafedrası, biologiya fakultəsı, Bakı Dövlət Universiteti

ƏMƏK FƏALİYYƏTİ

Azərbaycan SSRın Elmlər Akademiyasının Botanika İnstitutu, Geobotanika şöbəsi;
1990-ci ildənBakı Dövlət Universiteti, Botanika kafedrası
Botanika kafedrası - "Ali bitkilərin sistematikası", "Bitki örtüyünün mühafizəsi", "Böyük ixtisas tərçübəsi", "Botanikanin əsasları"dərsləri aparır: - 28 məqalənin, 1 kitabın müəllifidir - İlk dəfə olaraq Gobustanın halofit səhralarında geniş yayılan tərəçiçəklilər (Chenopodiaceae) fəsiləsinin iki şorankə növünün - Salsola dendroides Pall. və Salsola nodulosa (Moq.) İljin. senopopulyasiyaları tədqiq edilmişdir.

TƏDQİQAT SAHƏSİ

Ali bitkilərin sistematikası; Bitki örtüyünün mühafizəsi; Geobotanika; Ekologiya

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • SSRİ-nin yüksək dağlıq flora və bitkiliyi üzrə X-cu ümumittifaq müşavirəsi", Rusiya, Novosibirsk, 1992
  • "IV-cu gənc botanikların konfransı", Rusiya, Sankt-Peterburq, 1993
  • "II-ci Balkan Botanika konqressi", Turkiya, İstanbul, 2000
  • ADPU-80 "Kimya-biologiya elmləri və təhsilin aktual problemləri". Respublika elmi konfrans, Azərbaycan, Bakı, 2001
  • "Biologiyanın müasir problemləri", konfransı, Azərbaycan, Bakı, 2001
  • "XVI Ulusal biologiya konqressi", Turkiya, Malatya, 2002
  • M. Axudovun 100 illik yubileyinə hərs olunmuş "Eksperimental biologiyanın inkişaf perspektivləri" konfransı, Azərbaycan, Bakı, 2002
  • "Müasir təbiətşünarlığın aktual problemləri" konfransı, Azərbaycan, Bakı, 2002
  • "Biologiyada inkişaf və müasirlik", elmi konfransı, Azərbaycan, Bakı, 2004
  • AMEA-nın Mərdəkan Dendrarisının 80 illiyinə hərs olunmuş "Ətraf mühitin mühafizəsində botanika bağlarının rolu" üzrə Beynəlxalq Konfrans, Azərbaycan, Bakı, 2006
  • "Yeni və istifadə olunmayan bitkilərin perspektivləri" üzrə VII Beynəlxalq simpozium, Rusiya, Puşşino, 2007
  • Akademik H. Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ekologiya: təbiət və cəmiyyət problemləri" üzrə Beynəlxalq elmi konfrans, Azərbaycan, Bakı, 2007
  • "Nadir və istafadə olunmayan bitkilərin introduksiyası" üzrə

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. Kür-Araz ovalığının bitkilik tipləri barədə. Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun elmi əsərləri kitabında. Bakı, 2004, cild XXV, səh. 279-282
  2. Gobustanda yayılan şorangələrin bəzi növlərinin (Salsola dendroides Pall., Salsola nodulosa (Moq.) Iljin) ortayaşlı generativ fərdlərinin xarakterik xüsusiyyətləri. "Biologiya inkişaf və müasirlik", elmi konfransın materialları. Bakı, 2004, səh 13-14
  3. Gobustanda yayılan gəngizin (Salsola nodulosa (Moq.) Iljin) grupların yaş dövrləri. SDU –nun “Elmi Xəbərləri”. Təbiət elmləri bölməsi, Sumqayıt, 2005, № 4, cild 5, səh 61-64
  4. Gobustanda yayılan garagan (Salsola dendroides Pall.) və gengizin (Salsola nodulosa (Moq.) Iljin) senopopulyasiyaların miqdarının analizi. Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun elmi əsərləri kitabında. Bakı, 2006, cild XXVI, səh 444-449
  5. Yaşıllaşdırmada istifadə olunan nərgizçiçəyikimilər (Amarillidaceae) fəsiləsinin bəzi növlərinin bioekologiya xüsusiyyətləri. AMEA-nın Mərdəkan Dendrarisının 80 illiyinə hərs olunmuş Beynəlxalq konfrans "Ətraf mühitin mühafizəsində botanika bağlarının rolu" materialları. Bakı, 2006, səh 194-198
  6. Gobustan səhra fitosenozlarında yayılan garagan (Salsola dendroides Pall.) senotik populyasiyalarının yaş spektorları. ADPU-in “Xəbərləri”. Təbiət elmləri seriyası, Bakı, 2006, № 2 dekabr, səh 133-137
  7. Yaşıllaşdırmada istifadə olunan nərgizçiçəyikimilər (Amarillidaceae) fəsiləsinin bəzi növlərinin becərilmə üsulları. "Yeni və istifadə olunmayan bitkilərin perspektivləri" üzrə VII beynəlxalq simpozium, Rusiya, Puşşino, 2007, səh 50-52
  8. Gobustanın səhra fitosenozlarında yayılan gəngizin (Salsola nodulosa (Moq.) Iljin) senopopulyasiyaların yaş spektorları. Akademik H. Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ekologiya: təbiət və cəmiyyət problemləri" üzrə Beynəlxalq elmi konfrans, Azərbaycan, Bakı, 2007, səh 370-371
  9. Gobustanın halofit səhraların perspektivləri və səmərəli istafadə olunması. "Nadir və istafadə olunmayan bitkilərin introduksiyası" üzrə VIII beynəlxalq simpozium, Rusiya, Miçurinsk, 2008, səh 175-177

KİTABLAR

  • "Систематика высших растений" tədris vəsaiti ("Ali bitkilərin sistematikası"), Bakı, "Çaşıoğlu", 2006
Bookmark and Share