Biologiya Fakültəsi

Dos. Axundzadə A.İ


Biologiya elmləri namizədi, dosent.
İş telefonu – (+99412) 539 05 28
e-mail: elnur 76.76@mail.ru

 

 

QISA BIOQRAFIK MƏLUMAT

1940-cı il sentyabrın 30-u Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub.
1958-ci ildə Bakı şəhərində 6 saylı orta məktəbi gümüş medalla bitirib.
Həmin ildə Azərbaycan Dövlət Universitetinə daxil olub,
1967-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
Ailəlidir. 2 övladı və 4 nəvəsi var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib.
1967-ci ildə “Radiasiyanın və kimyəvi faktorların mutagen təsirinin sitogenetik analizi” mövzusunda namizədlik dissertasiyasını Moskva şəhərində Ümumi Genetika İnstitutunda müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1966-cı ildə Azərbaycanın Elmi Akademiyasının Botanika institutunda kiçik elmi işçi vəzifəsində işə başlayıb.
1971-ci ildən BDU-nun genetik və darvinizm kafedrasında asistent vəzifəsində,
1977-ci ildən hal-hazıra kimi dosent vəzifəsində çalışır.
Ümumi sitologiya, ekoloji genetika, bitki genetikası, tətbiqi mutagenez, molekulyar genetika fənlərindən dərs deyir. Praktiki genetikadan və sitogenetikadan böyükixtisas təcrübəsi dərslərini aparır. ü 86 elmi işin müəllifidir.
İlk dəfə olaraq radiasiya və kimyəvi mutagenlərlə induksiya olunmuş mutasiya prosesində zeytun turşusunun gen mühafizəedici təsirini aşkar etmişdir.
ÜILKGI MK-nın “Fəxri fərmanı” ilə təltif edilmişdi.

TƏDQİQAT SAHƏSİ

Tətbiqi mutagenez, mutagenlər və genomun müdafiəsi.

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Eksperimental mutagenezin simpoziumunda (Moskva, 1965)
  • 12 və 14 Beynəlxalq genetik konqreslərdə (Tokio 1968, Moskva 1978)
  • hər il sistematik olaraq kimyəvi mutagenez simpoziumlarında (Moskva, 1970-1982)
  • Orqanizmlərin mutagen faktorlara həssaslığına həsr olunmuş simpoziumda (Vilnus, 1981)
  • Meyoz problemlərinə aid olan simpoziumda (Novasibirsk 1983)
  • Kənd təsərrüfat radiologiyadan Ümumi İttifaq konfransında (Obninsk, 1987)
  • N.İ.Vavilovun 100 illiyinə həsr olunmuş konfransda (Sankt-Peterburq, 1987)

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Ekoloji genetikadan metodik göstərişlər, Bakı 2002.
  • Süni noxud mutantlarının məhsuldar komponentlərinin əlaqəli dəyişkənliyinin öyrənilməsi – kənd təsərrüfatı istehsalatının ekoloji aspektlərinin intensivləşməsi, Penza. 2004.
  • Müxtəlif ekoloji-coğrafi zonalardan götürülən buğda növlərinin əsasında alınmış uzaq hibridlərin öyrənilməsi –“ BDU-nun Xəbərləri”, N2, 2005.
  • Radiasiya və kimyəvi mutagenez şəraitində zeytun turşusunun gen mühafizəedici təsiri. – “BDU-nun Xəbərləri”, N2, 2006.
  • Zeytun yağı və zeytun turşusu ilə mutasiya prosesinin korreksiyası. “Dərman və aromatik bitkilərin genetik ehtiyatları” beynəlxalq konfransın materialları, 2007.
  • Ali peşə təhsilinin magistratura pilləsi üçün Bitki genetikası üzrə proqram – Bakı, 2008.
  • Ali peşə təhsilinin magistratura pilləsi üçün Tətbiqi mutagenez üzrə proqram – Bakı, 2008.
Bookmark and Share