Biologiya Fakültəsi

dos. Əfəndiyeva Ş.


Biologiya elmləri namizədi, dosent
İş telefonu: (+994 12) 539 04 41
e-mail: togrul-qafarli@yandex.ru

 

 

QISA BIOQRAFIK MƏLUMAT

1957-ci il martın 19-da Şəkidə anadan olub.
1964-1974-ci illərdə Bakı şəhəri 225 saylı orta məktəbdə oxuyub.
1975-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb.
1983-1986-cı illərdə ADU-nun Botanika kafedrasının aspirantı (qiyabi) olub.
1975-ci ildən Botanika kafedrasinda laborant,
1990-cı ildə laboratoriya müdiri,
1992-ci ildən müəllim,
2001-ci ildən baş müəllim,
2006-cı ildən Botanika kafedrasında dosent.
Ailəlidir, iki övladı var

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1981-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini bitirib,
1989-cu ildə “Abşeron yarımadasının və yaxın adaların su-sahil flora və bitkiliyi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

2006 – h/h dosent Botanika kafedrası, Biologiya fakültəsi, BDU,
1975-ci ildən Botanika kafedrası, Biologiya fakültəsi, BDU, üApardığı dərslər: „Bitki morfologiyası“, „Dərman bitkiləri“, „Bitki varidatı“, „Bitki embriologiyası və sitologiyası“, „Mədəni bitkilər“, „BSP“,
33 məqalənin və1 kitabın müəllifidir. ü Abşeron yarımadasının və yaxın adaların su-sahil flora və bitkiliyinin tam konspekti, 2 fəsilə, 7 cins, 18 yeni hidrofit bitki növləri təyin etmişdir

TƏDQİQAT SAHƏSİ

Morfologiya, sistematika, ekologiya, geobotanika

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1999 – Bakı, Azərbaycan; “Bakı və Sumqayit ətraf mühitinin ekoloji monitorinqi”, ekoloqların beynəlxalq simpoziumu,
  • 2001- Bakı, Azərbaycan; “Biologiyanın müasir problemləri”, elmi-praktik konfrans, ü2001- Bakı, Azərbaycan; “Su. Problemlər, axtarışlar”, beynəlxalq konfrans,
  • 2004 - Bakı, Azərbaycan; Akad. V.Hacıyevin anadan olmasınin 75, elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş elmi-praktik konfrans,
  • 2004 – Bakı, Azərbaycan; „Biologiyanın müasir inkişafi“ elmi-praktik konfrans,
  • 2006 - Bakı, Azərbaycan; „Ətraf mühitin mühafizəsində botanika bağlarının rolu“, beynəlxalq botanika konfransı,
  • 2007 - Bakı, Azərbaycan; Akad. H.Əliyevin 100 illik yubileynə həsr olunmuş „Ekologiya: təbiət və ictimai problemlər“, beynəlxalq elmi konfrans,
  • 2007 – Puşşina, Rusiya; „Yeni və istifadə olunmayan bitkilər və onlardan istifadənin perspektivləri, VII beynəlxalq simpozium,
  • 2008 – Miçurinsk, Rusiya; „Nadir istifadə olunmayan bitki növlərinin introduksiyası“, VII beynəlxalq elm-praktik konfrans.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2004 – „Abşeron yarımadasının və yaxın adaların su-sahil (hidrofit) bitkilərinin analizi“,
  • 2005 – „Abşeron yarımadasının və yaxın adaların su florasının konspekti,
  • 2006 – „Azərbaycanda bitən Tamarix (L.) cinsinin müqayisəli təhlili (morfoloji xüsusiyyətləri)“,
  • 2006 - „Azərbaycanda bitən Tamarix (L.) cinsinin müqayisəli təhlili (sistematik xüsusiyyətləri)“,
  • 2007 – “Xəzəryanı göllərin bioekoloji tədqiqi”,
  • 20007 – „Abşeron göllərinin bioekoloji tədqiqi”,
  • 2008 – „Abşeron göllərinin antropogen və kimyəvi təsirlər nəticəsində bioekologiyası“,
  • 2008 – „Abşeron florasında heterokarpiyanın meydana gəlməsi“.

KİTABLAR

  1. 2008 – “Bitki morfologiyası” (rus dilində) .
Bookmark and Share