Biologiya Fakültəsi

Fərayət Ramazan qızı Əhmədova

 


Biologiya elmləri doktoru, dosent
Iş tel.: (+99412) 539 06 13; 539 10 91
E-mail: farayat@mail.ru

 

QISA BIOQRAFIK MƏLUMAT

24 aprel 1950-ci ildə anadan olmuşdur. Azərbaycanlıdır.
Evlidir, 2 övladı və bir nəvəsi vardır. Bakı şəhərində yaşayır.
Azərbaycan, rus dillərini sərbəst, inglis dilini lüğətlə bilir.

TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1976-cı ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin biologiya fakültəsini bitirib.
1991-ci ildə «Azərbaycan SSR-nin bəzi termal su mənbələrində Bacillus və Thermus cinsinə aid bakteriyaların yayılması» mövzusunda 03.00.07-Mikrobiologiya ixtisası üzrə Moskva K.A.Timiryazev adına kənd təsərrüfatı Akademiyasında namizədlik dissertasiyası müdafiyə etmişdir.
2008-ci ildə «Azərbaycanın termal sularının mikrobiotası və termofil mikroorqanizmlərin ekologiyası» mövzusunda AMEA-nın Botanika institunda 03.00.07-Mikrobiologiya ixtisası üzrə doktorluq dissertasiyası müdafiyə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1967-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Institutunda əmək fəaliyyətinə başlamışdır.
1971-1974-cü illərdə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin kadrlar şöbəsində inspektor, baş inspector.
1974-cü ildən BDU-nin Mikrobiologiya kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim, 1998-ci ildən həmin kafedrada dosent vəzifəsində çalışır.
Apardığı dərslər: «Sənaye mikrobiologiyası», «Mikroorqanizmlərin genetikası», Termotolerant mikroorqanizmlərin fiziologiyası», «Su mikrobiologiyası» kimi fənnlərdən mühazirələr oxuyur, «Böyük Ixtisas Təcrübəsi», «Mikrobiologiyadan laboratoriya» məşğələləri aparır.
Elmi əsərlərin sayı: 61 elmi məqalənin (o cümlədən tezisin), 2 kitabın (o cümlədən 1 monoqrafiyanın,1dərsliyin), 1 patentin (ixtiranın) müəllifidir.
1 elmlər namizədi yetişdirmişdir.
Əsas elmi yenilikləri:
Ilk dəfə Azərbaycan Respublikasının ərazisində Böyük və Kiçik Qafqazın, Talış dağlarının termal sularının müqayisəli mikrobiotası öyrənilmişdir.
Termofil bakteriyaların və mikroskopik göbələklərin becərilməsi üçün iqtisadi cəhətdən səmərəli olan 3 növ yeni qidalı mühitlər hazırlanmışdır.
Thermus ruber və T.thermophilus növləri arasında yüksək antoqonist xüsusiyyətə malik ştamların olması müəyyənləşdirilmişdir.
Thermus ruber- kb ştamının Escherichia coli-nin həm canlı, həm də ölü hüceyrələrinə yüksək bakteriolitik təsiri müşahidə olunmuşdur.

TƏDQİQAT SAHƏSİ

Ali bitkilərin rizofser və epifit mikrobiotasının öyrənilməsi;
Termofil mikroorqanizmlərin termal sularda yayılmasının öyrənilməsi;
Termofillərin morfoloji-kultural əlamətlərinin, fizioloji-biokimyəvi, ekoloji xüsusiyyətlərinin öyrənilməsi;
Neftlə çirklənmiş torpaqların mikrobiotasının öyrənilməsi;
Mikroorqanizmlərin antibiotik xüsusiyyətlərinini öyrənilməsi

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1985-ci ildə Qazaxıstan SSR-nin Atma-Ata şəhərində Ümumittifaq Mikrobioloqlar Cəmiyyətinin VII qurultayında;
  • 1989-cu ildə Qazaxıstan SSR-nin Alma-Ata şəhərində, II Ümumittifaq seminarında, “Antibiotiklərin aktual problemləri”;
  • 2007-ci ildə Bakıda Energetika, Ekologiya, Ekonomika Beynəlxalq konqresində.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Qasımova H.S., Əhmədova F.R., Qazıyeva A.I. Bəzi quru subtropik bitkilərin rizosferasından ayrılan dominant aktinomiset kulturalarının antibiotik fəallığı /Bakı Universitetinin xəbərləri, təbiət elmləri seriyası, 2004, №3, s. 73-77;
  • Əhmədova F.R. Azotun dövranında iştirak edən termofil bakteriyalar /AMEA-nın məruzələri, 2005, LXI cild, №1, s. 129-137;
  • Əhmədova F.R. Azərbaycanın bəzi termal sularında spor əmələ gətirən bakteriyaların yayılması /Moskva Peqaroji Universitetinin məqalələr top-lusu, təbiət elmləri seriyası, 2006, s. 432-434 (rus dilində);
  • Əhmədova F.R., Muxtarova Ş. Azərbaycanın Respublikasının termal sularında termofil aerob bakteriyalarının öyrənilməsi /Türkiyə, ZKÜ Bartın Orman fakültəsi, 2006, VIII cild, s. 46-50 (inglis dilində);
  • Əhmədova F.R. Azərbaycanın termal sularından ayrılan mikroor-qanizmlərin antibiotik xüsusiyyətinin öyrənilməsi /AMEA-nın xəbərləri, biologiya elmləri seriyası, 2007, №3-4, s. 147-150;
  • Əhmədova F.R. Böyük Qafqazın termal sularında mikroskopik göbələklər və onların növ tərkibinin öyrənilməsi /AMEA-nın məruzələri, 2007, LXIII cild, №1, s. 40-53;
  • Əhmədova F.R. Azərbaycanın Respublikasının termal sularında yayılmış Bacillus cinsli bakteriyaların bəzi fizioloji-biokimyəvi xüsusiyyətləri /Доклады Национальной АН Азербайджана, 2007, LXIII cild, №2, s. 79-83 ;
  • Əhmədova F.R. Azərbaycanın termal sularının termofil bakteriyaları /Moskva Dövlət Vilayət Universitetinin xəbərləri, təbiət elmləri seriyası, 2007, №2, s. 8-11 (rus dilində);
  • Əhmədova F.R. Azərbaycan şəraitində termofil mikroorqanizmlərin termal su mənbələrində öyrənilməsi (qısa icmal) /AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutu, I seksiya, 2007, XVII cild, s. 667-678;
  • Məcidov Ə.Ə., Qarayeva S.R., Əliyeva A.A., Əhmədova F.R. və.b. Mikroelementli gübrələrin alınması. /Azərbaycan Respublikası Patenti (ixtira) № I 20080094, 2008.

KİTABLAR

  1. Qasımova H.S., Əhmədova F.R. Mikrobiologiya (dərslik), Bakı, 1998
  2. Əhmədova F.R. Böyük və Kiçik Qafqazın bəzi termal sularında yayılmış bakteriyalar (monoqrafiya), Bakı, 2003, BDU-nun nəşriyyatı.
  3. Əhmədova F.R. Mikroorqanizimlerin təbiətdə yayılması. 2009( dərs vəsaiti)
  4. Qasımova H.S., Əhmədova F.R. Mikrobiologiya (dərslik), Bakı. 2009. ( 2-ci nəşr )
Bookmark and Share