Biologiya Fakültəsi

Dos.Komaçkova Zemfira Qurban qızı


Biologiya elmlərinin namizədi, dosent.
İş telefonu: (+99412) 539 05 28

 

QISA BIOQRAFIK MƏLUMAT

27 avqust 1941-ci il tarixdə Bakı şəhərində anadan olub. Subaydır.

 

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1948-1958-ci illərdə Bakı şəhər 175 saylı orta məktəbində oxuyub.
1958-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin bioloji fakültəsində təhsil alıb.
1965-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin Genetika və Darvinizm kafedrasının aspirantı vəzifəsində çalışıb.
Namizədlik dissertasiyasını Leninqrad şəhərində İ.M.Seçenov adına Evolyusiyalı Fiziologiya və Biokimya İnstitutunda neyroendokrinoloji laboratoriyasında yerinə yetirib.
1972-ci ildə “Volqa və Kür nərə balığı körpələrinin hipotalamo-hipofizar neyrosekretor sistemi(HHNS), hipofizin tireotrop hüceyrələrinin və qalxanabənzər vəzisinin morfofunksional xarateristikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

ƏMƏK FƏALİYYƏTİ

1962-1964-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Histologiya kafedrasında çalışıb.
1964-cü ildən bu günə qədər Bakı Dövlət Unversitetinin Biologiya fakültəsinin “Genetika və Darvinizm” kafedrasında çalışır
1985-ci ildən – dosent vəzifəsində.
“Histologiya”, “Fərdi inkişaf biologiyası”,”Fərdi inkişaf genetikası” kurslar üzrə mühazirə oxuyur,məşğələləri aparır
64 elmi məqalə, metodik göstəriş əsərlərinin müəllifidir.
“Nərə balığı körpələrin ayrı-ayrı populyasiyalarının müxtəlif təsirlərinə(o cümlədən – duzla yüklənmə, neft, deprivasiya, günlük ritmlər) hipotalamo-hipofizar neyrosekretor sistemi və qalxanvari vəzisinin cavabı” mövzusunda ilk tədqiqatlarını aparıb.

TƏDQİQAT SAHƏSİ

Neyroendokrinologiya,histo-fiziologiya.

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Neyrosekresiya üzrə Vİİ-ci Beynəlxalq Simpozium,1976.
  • Neyroendokrinologiya üzrə İİ,İİİ,İV,V,Vİ-cı Ümumittifaq konfransları,1974-2002.
  • Neyroendokrinologiya üzrə Vİİ-ci Beynəlxalq konfransı, 2005.
  • Su toksikologiyası üzrə Ümumittifaq konfransı,1975. 5.Morfologiya üzrəİ,İİ,İİİ-cü Qafqaz konfransları.
  • ”Orqanizmin Endokrin sistemi və ətraf mühitin zərərli amilləri”üzrə İİ,İİİ,İV-cü Ümumittifaq konfransları.1983,1987,1991.
  • Professor Gerbilskinin 90 və100 yaşı olduğuna həsr olunmuş simpoziumları,1990,2000.
  • Ə.İ.Qarayevin 90 yaşı olduğuna həsr olunmuş konfrans,2000.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • ”Resiprok cütləşdirmə zamanı nərə balıq hibridlərin requlyator sistemlərinin histokimyavi xarakteristikası”. Bakı Dövlət Universitetinin xəbərləri, 2004,N4,səh.54-58(rus dilində)
  • ”Preoptik-hipofizar neyrosekretor sisteminin günlük ritmlərindən asılı olan dəyişikliklərinin dinamikası” Neyroendokrinologiya üzrə Vİİ-ci Beynəlxalq konfransı, 2005,Sankt-Peterburq,səh.91-92(rus dilində)
  • ”Ətraf mühit şəraitinin dəyişilməsi zamanı nərə balıqların osmorequlyator orqanları” Biol.elmi nailiyyətlər.Resp.Elmi. konfransı,2006,səh.50(rus dilində)
  • ”Günlük ritmlərindən asılı olaraq nərə balıqların qalxanvari vəzisinin vəziyyəti” Resp.Elmi konf,2008, səh.104(rus dilində)
Bookmark and Share