Biologiya Fakültəsi

dos. Muradova E.Ə.


Tel: (+99412) 539 10 91, 514 14 18
E-mail: emuradova@yahoo.com

 

 

QISA BIOQRAFIK MƏLUMAT

Anadan olduğu tarix - May 23, 1950
ü Doğulduğu yer - Azərbaycan Respublikası, Tər-tər rayonu .

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1956-1967 - Orta məktəb, Azərbaycan Respublikası, Tər-tər rayonu
1967-1973 - Azərbaycan Dövlət Universiteti, Biologiya fakultəsi
1990 - (PhD), Biologiya elmləri namizədi, “Azərbaycanın şimal-şərq zonasında tərəvəz bitkilərinin sorucu zərərvericiləri (Tetranychidae, Acariformes; Aphididae, Homoptera), onların entofaqları və akarifaqları”.
Doktorluq dissertasiyasının mövzusu – “Demokratik ekoloji təhsilin prinsipləri”.

ƏMƏK FƏALİYYƏTİ

1970 - 1973 - Azərbaycan Milli Akademiyasının Zoologiya İnstitutu.
1973 – dən bu günə kimi - Bakı Dövlət Universiteti, Biologiya fakültəsi, Onurğasızlar zoologiyası kafedrası, dosent
1997- dən bu günə kimi Azərbaycan Beynəlxalq Universitetində prorektor, Tibbi biologiya fakültəsinin dekanı.
Tədris etdiyi fənnlər: Onurğasızlar zoologiyası, Entomologiya və bitki mühafizəsi, Akaralogiya, Kənd təsərrüfatı entomologiyası, Torpaq zoologiyası, Zoologiyadan seçilmiş fəsillər, Böyük ixtisas təcrübəsi .
Azərbaycanda tərəvəz bitkilərinin Tetranixid gənələrini tədqiq etmişdir. İlk dəfə müəyyən etmişdir ki, şimal-şərqi Azərbaycan regionunda spesifik şəraitdə, tərəvəz bitkilərinin sorucu zərərvericilərinin 11 növü var. Bunlara (Acariformea, Tetranychidae – 5 növ, Homoptera, Aphididae – 6 növ) T.turkistani, P.ulmi, A.gossypi, A.Fabae, M.peresicae Br.brassicae kimi növlər aiddir. Müəyyən etmi.dir ki, Azərbaycanın bu zonalarında F.ulmi dağətəyi və düzəngah yerlərdə meyvə bağlarının və tərəvəz bitkilərinin əsas zərərvericiləridir. Bu həşəratların 6 növü tərəvəz və 15 növü ot bitkilərində qeydə alınmışdır.
40 məqalənin və 1 monoqrafiyanın müəllifidir.
Mükafatları - Bakı Dövlət Universitetinin Fəxri fərmanı.
Vektor Beynəlxalq elm mərkəzi mükafat komisiyasının qərarı ilə “Azərbaycanın tanınmış xanımları Beynəlxalq layihəsinin Beynəlxalq diploma ilə təltif edilmişdir.

TƏDQİQAT SAHƏSİ

Eksperimental entomologiya, Tetranixid gənələrin növ tərkibinin və biologiyasının öyrənilməsi, ekoloji təhsilin metodologiyası

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Amerika Birləşmiş Ştatlarının Minesota, Çikaqo, Ayrova Universitetlərində elmi ezamiyyət, Türkiyədə beynəlxalq konfrans.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2004, “Onurğasızlar zoologiyası fənninin proqramı”, BDU, Bakı.
  • 2004, “Tibbi biologiya fakultəsi tələbələri üçün Tibbi biologiya fənni üzrə proqram”
  • 2005, E. Ə. Muradova, İ.S.Əhmədov “Ekoloji təhsil strategiyası və onun inkişafının əsas istiqamətləri” Təhsil, mədəniyyət, incəsənət Jurnalı, AzTU-nun nəşriyyatı, s.1-15
  • 2006, E. Ə. Muradova. Ekoloji təhsil strategiyasının inkişafında müasir tendensiyalar,
  • 2006, “Torpaq zoologiyası kursunun proqramı”. Bakı. ü 2006, “Akarologiya” kursunun proqramı. BDU.Bakı.
  • 2007, E. Ə. Muradova. Orta təhsilin modernləşdirilməsi kontekstində ekoloji təhsil konsepsiyası. Ekologiya:Təbiət və Cəmiyyət problemləri, Beynəlxalq elmi konfrans, 8-9 noyabr.
  • Azərbaycan Beynəlxalq Universiteti,
  • 2008, E. Ə. Muradova. Ağcabədi rayonunda Tetranixid gənələrin öyrənilməsi. Konfrans materialları, BDU.
  • 2008, Entomologiya və bitki mühafizəsi proqramı, Azərbaycan Respublikası. Təhsil nazirliyi. ABU, Bakı.

KİTABLAR

  1. Demokratik ekoloji təhsilin prinsipləri” (monoqrafiya), Bakı, 2009
  2. “Onurğasızların müqayisəli anatomiyasının əsasları” Bakı-2002
  3. “Onurğasızlar zoologiyası”(metodik vəsait), Bakı-2003
  4. “Biologiya. Kəşflər və araşdırmalar. “Müəllim” nəşiriyyatı. Bakı-2005
  5. “Bioloji terminlər lüğəti”. “MBM” nəşriyyatı. Bakı-2005
  6. “Onurğasızlar zoologiyası praktikum”, Bakı - 2004
  7. V.A.Dogel “Onurğasızlar zoologiyası” kitabının latın qrafikinə çevrilməs . Bakı, 2006
Bookmark and Share