Biologiya Fakültəsi

Dos.Səmədov Ə.Ə


Biologiya elmləri namizədi, dosent.
İş telefonu: (+99412) 473-45-83

 

 

QISA BIOQRAFIK MƏLUMAT

15.01.1945-ci ildə Azərbaycan respublikası Saatlı rayonunun Məzrəli kəndində ziyalı ailəsində anadan olmuşdur.
1952-ci ildə Məzrəli kənd məktəbinin 1-ci sinfinə daxil olmuş və 1962 -ci ildə orta məktəbi bitirmişdir.
1969-1970-ci illərdə Moskva şəhərində hərbi xidmətdə olmuşdur.
Ailəlidir, 3 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1963-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Unversitetinin Biologiya fakultəsinə daxil olmuş
1968-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir.
1985- ci ildə Moskva şəhərində «Bəzi məməlilərdə gözün hərəki apparatının struktur təşkilinin müqayisəli -morfoloji xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1968-1969-cu illərdə Saatlı rayonunun Məzrəli kənd orta məktəbində müəllim işləmişdir.
1971-1974-cü illərdə Azərbaycan Dövlət Universitetində aspiranturada təhsilini davam etdirmişdir.
1975-1987-ci illərdə Az.E.A-nın Ə.İ. Qarayev adına fiziologiya institutunda elmi işçi vəzifəsində işləmişdir.
1988-ci ildən Bakı Dövlət Unversitetinin Genetika və darvinizm kafederasında müəllim vəzifəsində çalışır.
1991-1992 - Dövlət Unversitetinin Genetika və darvinizm kafederasında baş müəllim vəzifəsində çalışır.&
1993-cü ildən dosendir.
Apardığə dərslər: Sitologiya, Histologiya, Fərdi inkişafın biologiyası (Embriologiya) və Fərdi inkişafın genetikası.  34 məqalənin müəllifidir.

TƏDQİQAT SAHƏSİ

Biologiya, Sinir sistemi

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Morfoloqların I və II Zaqafqaziya beynəlxalq konfranslarında, Kişinyovda fizioloqların ümumittifaq XV qurultayında, Smolenskidə anatom, histoloq və embrioloqların XI qurultayında, Sankt-Peterburqda neyroendokrinoloqların VII ümumittifaq konfransında iştirak etmişdir

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2004, Səmədov.Ə.Ə., Komaçkova Z.Q . Resiprok çarpazlaşma zamanı nərə balıqlarının hibridlərinin tənzimləyici sistemlərinin histokimyəvi xarakteristikası. BDU-nun xəbərləri, №-4.
  • 2005, Səmədov. Ə.Ə., Komaçkova.Z.Q., Aclığın müxtəlif mərhələlərində hipotalamusun nüvələrində RNT-nin miqdarı Neyroendokrinoloqların VII ümumittifaq konfransı. Sankt-Peterburq, с.158.
  • 2005, Səmədov. Ə.Ə. Komaçkova. Z.Q., Funksional əhəmiyyəti ilə əlaqədar olaraq nərə balıqlarının xloridsekret ifraz etməsinin xarakteristikası. Elmi konf. mater: «Eksperimental biologiya və müasirlik» Bakı, s. -77.
  • 2005, Səmədov Ə.Ə, Komaçkova Z.Q. Aclıq zamanı orta beyində pələngvari maddənin miqdarında baş verən histoloji dəyişikliklər. Elmi konf. mater; «Eksperimental biologiya və müasirlik» , Bakı, s.82.
  • 2006, Səmədov Ə.Ə., Komaçkova Z.Q., Aclıq zamanı üçlü sinirdə pələngvari maddənin miqdarının dəyişilməsi. Respub. elmi- praktik konfr. materialları. (prof. M.Mustafayevin 100 illiyi) , s.59-60.
  • 2006, Səmədov Ə.Ə., Komaçkova Z.Q., Nərə balıqlarında hipotolomus və interrenol vəzilərin qarşılıqlı əlaqəsi. «Biologiyada elmi nailiyyətlər» Respublika elmi konfransının materialları., s.50-51.
  • 2007, Səmədov Ə.Ə., Susuzluq zamanı uzunsov beyində RNT-nin miqdarında baş verən bioloji dəyişikliklər Azərb. Respub. Təhsil. Nazirliyi. «Tətbiqi biologiyanın problemləri» Respublika elmi konfransının materialları., s.103.
  • 2008, Səmədov.Ə.Ə., Susuzluq zamanı üçlü sinirdə pələngvari maddənin miqdarının dəyişilməsi « Biologiyanın müasir problemləri» Respublika elmi konfransı. BDU, s.87.
Bookmark and Share