Biologiya Fakültəsi

ELMİ İŞ

Kafedranın elmi istiqamətinin əsas problemi «Orqanizmin inkişafının və həyat fəaliyyətinin biokimyəvi, fizioloji və ekoloji əsasları»dır. 2006-cı ildə Biokimya və biotexnologiya kafedrasında elmi işlər 2 əsas mövzu - «Bitki orqanizmlərinin böyümə və inkişaf proseslərinin fizioloji və biokimyəvi aspektlərinin öyrənilməsi» və «İzolə olunmuş fəal süd turşusu bakteriyalarının antibakterisid xassəli komponentlərinin biokimyəvi və molekulyar xassələrinin öyrənilməsi» daxilində həyata keçirilmişdir. Bütün elmi işlərə kafedra müdiri professor A.Ə.Quliyev rəhbərlik edir.
İŞ 1: Bitkilərin böyümə və inkişaf proseslərinin biokimyəvi əsaslarına böyümə requlyatorların təsiri.
İŞ 2: Bəzi buğda nümunələrində kleykovinanın müəyyən edilməsi.
İŞ 3: Bitkilərin xarici m ühitin ekstremal təsirlərinə uyğunlaşmasında əsas NADFH-əmələ gətirən fermentlərinin rolunun öyrənilməsi.
İŞ 4: Şüalandırılmış cücərmiş arpa toxumalarından radiotoksinlərin ayrılması.
İŞ 5: Lələk lüvə bitkisinin tərkibində olan bioloji fəal maddələrin fitokimyəvi tədqiqi.
İŞ 6: Alma meyvələrində NADF-asılı izositratdehidrogezanın ferment preparatının alınması və onun fiziki-kimyəvi xassələrinin öyrənilməsi
İŞ 7: Bakteriosin təbiətli maddələrin xassələrinin öyrənilməsi.
İŞ 8: Spontan qatıqdan ayrılmış süd turuşusu bakteriyalarından antibakterial maddələrinin alınması.
İŞ 9: Kulturada böyümə və inkişaf proseslərinin fizii oloji və biokimyəvi əsaslarının öyrənilməsi.

Bookmark and Share