Biologiya Fakültəsi

Elmi iş

Kafedrada bioloji sistemlərin xarici mühit amillərinə qarşı labilliyinin biofiziki və molekulyar mexanizminin tədqiqi sahəsində elmi işlər aparılır. Kafedranın əməkdaşları tərəfindən membran proseslərinin biofizikası üzrə aparılan elmi-tədqiqat işləri sahəsində alınan nəticələr Respublikamızla yanaşı Türkiyə, Rusiya, Almaniya, Belarus, Yaponiya, Pakistan, İsrail kimi ölkələrdə təşkil olunmuş konfranslarda dinlənilmişdir. Kafedrada hüceyrə biologiyası və fotobiotexnologiyası sahəsində aparılan çoxillik tədqiqatların nətilərinə əsaslanaraq Biotexnologiya elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Laboratoriyanın əməkdaşları Abşeronun şirin və duzlu suya malik göllərindən mikroyosunların fotosintetik fəal formalarının toplanması, onlardan biokütlə, biopereparat və fizioloji fəal maddələrin alınması problemi ilə məşğuldurlar.

Bookmark and Share