Biologiya Fakültəsi

Elmi nailiyyətlər


Fakültənin əsas elmi nailiyyətləri (son 5 ildə)

2017-ci il üzrə:

  1. “Biotexnologiya” ETL-nin müdiri Ralfrid Həsənov, a.e.i. Rüfət Ağalarov, k.e.i. Şaiq Mehdiyev və Günel Mehdiyeva 6-8 oktyabr 2017-ci il tarixində keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak etmişlər. Sərgi stendində Chlorella mikroyosunlarlın fasiləsiz becərilməsi üçün moderləşdirilmiş laboratoriya multikultivator qurğusu nümayiş etdirilmişdir.
  2. “Biotexnologiya” ETL-nin aparıcı elmi işçisi Rüfət Ağalarov Birinci Respublika İnnovasiya Müsabiqəsində “Haemotococcus pluvialis mikroyosunundan astaksantinin alınması. Səmərəli elm tutumlu istehsal və istehlak modelləri”adlı layihəsi ilə iştirak etmiş, III yerə layiq görülmüşdür.
  3. "Məişət qızdırıcısı" patentinə sifariş 2015-ci ildə göndərilmiş, 2017-ci ildə  32122№-li patent verilmişdirş Patentin müəllifi a.e.i. Rüfət Ağalarovdur.



2018-ci il üzrə:

  1. “Biotexnologiya” ETL-in kiçik elmi işçisi Günel Mehdiyevanın elmi rəhbərliyi altında Gənc İstedadlar Liseyinin 11-ci sinif şagirdi Axundov R.R. 16 fevral 2018-ci ildə keçirilmiş “Sabahın alimləri” VII Beynəlxalq Respublika müsabiqəsinin qalibi olmuşdur.

 

2019-cu il üzrə:

  1. “Biotexnologiya” ETL-in aparıcı elmi işçisi Rüfət Ağalarovun elmi rəhbərliyi altında “Gənc istedadlar” liseyinin şagirdləri S. Abdulazadə və L. İsmayılova Sabahın Alimləri respublika müsabiqəsində “İmmobilizasiya olunmuş Saccharomyces vinii ilə maya şirəsinin vinifikasiyasının sürətlənməsi” layihəsi ilə II yerə layiq görülmüşlər.
  2. “Biomühəndislik” ETL-inin əməkdaşları Rüfət Ağalarov, Şaiq Mehdiyev və Günel Mehdiyeva 3 layihə ilə “İdeyadan biznesə - İ2B” innovativ startap müsabiqəsində iştirak etdilər.
  3. Fakültənin elmi işçiləri Rüfət Ağalarov və Günel Mehdiyeva Bakı Ekspo mərkəzində keçirilən XIII Təhsil sərgisində universiteti təmsil etmişlər.


2020-ci il üzrə:

  1. “Biomühəndislik” ETL-in aparıcı elmi işçisiRüfət Ağalarov Üçüncü Respublika İnnovasiya Müsabiqəsində “The Secret of longevity” adlı layihəsi ilə I Yerə layiq görülmüşdür.
  2. Fakültə əməkdaşları tərəfindən cəmi 5 layihə AR Prezidenti yanında Elmin İnkişaf Fonduna müsabiqədə iştirak etmək üçün təqdim olunmuşdur.



Ümumiyyətlə son 5 il ərzində Biotexnologiyanın imkanlarının bioenerji, şoran torpaqlarda mədəni bitkilərin davamlılığının oksidləşdirici və ayırıcılarla artırılma yolları, stress-davamlılıq reaksiyalarının biofiziki və nanomiqyaslı mexanizmləri, ətraf mühitin ekstremal təsiri şəraitində bitkilərdə baş verən fizioloji və biokimyəvi dəyişikliklərin öyrənilməsi, Azərbaycan florasında rast gələn bitkilərin növ tərkibinin və bitki birliklərinin öyrənilməsi, Böyük Qafqazın Şimali-Qərb ərazisində (Qəbələ, Oğuz, İsmayıllı) onurğasız heyvanların faunası və ekologiyası, Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş Xəzər şirbitinin (Barbus brochycephalus caspius berg) süni artırılması texnologiyasının hazırlanması, canlı orqanizmlərdə müxtəlif amillərin təsiri nəticəsində genetik sistemdə baş verən dəyişkənliklərin öyrənilməsi, Azərbaycan Respublikasının əhalisində irsi xəstəliklərin yayılma tezliyinin öyrənilməsi, qida və ekoloji təhlükəsizlik sistemlərinin yaradılması, fermentləşdirilmiş məhsullardan texnogen xassəli STB  ştamlarının izolə edilməsi və onların probiotik xassələrinin öyrənilməsi, mikroorqanizmlərdə gümüş nanohissəciklərin əmələ gəlməsinə mühit turşuluğunun və becərilmə şəraitinin təsirinin öyrənilməsi, bioritmlərin və fizioloji proseslərin neyro-endokrinoloji tənzimi mexanizminlərinin tədqiqinə dair elmi tədqiqatlardan əldə edilmiş nəticələr Respublika və xarici elmi nəşrlərdə öz əksini tapmışdır.

5 il ərzində cəmi 11 Fəlsəfə doktorluq və 2 elmlər doktorluq dissertasiyası müdafiə edilmişdir.

Bookmark and Share