Biologiya Fakültəsi

HESABAT

Kafedrada 2008-ci ildə verilən hesabatlar

İŞİN ADI: 30-günlük enukleasiya olunmuş heyvanların toxumalarında hemokoa­qulyasiya dəyişkənlikləri müəyyənləşdirmək.
İCRAÇILAR: prof.Ə.H.Əliyev, dos.V.M.Mədətova, b.e.n.S.İ.Məmmədova.

Məlum olan ədəbiyyatda müxtəlif əsas analizatorların canlı orqanizmin toxumalarında qanın laxtalanmasının II fazasına təsiri haqda çox az məlumat var. bizim apardığımız tədqiqatlar göstərir ki, epikuleasiyadan 10 gün sonra 30-günlük heyvanların toxumalarında (qara ciyər, dalaq, skelet əzələsi, ürək əzələsi, beyin, böyrəklər) müxtəlif dəyişkənliklər baş verir. Belə ki, tədqiqat apardığımız heyvanların toxumalarında normadan fərqli olaraq qanın laxtalanmasının II fazasının sürətlənməsini müşahidə etdik.
Məlumdur ki, epifiz və görmə analizatoru bir-birilə sıx əlaqədərdirlər, onların isə funksiyaların gündüz və gecənin dəyişməsindən asılıdır və bioritmlərin tənzimlənməsinə təsir göstərərək hemostanın, hemopoezin fəaliyyətini formalaşdırır. Apardığımız tədqiqatlar göstərir ki, toxumalarda enukleasiyadan sonra trombin vaxtı dəyişir. Bu bir daha sübut edir ki, görmə impulsları qanın laxtalanmasına təsir göstərərək, onun fəaliyyətini tənzim edir. Enukleasiya vaxtı isə bu dəyişkənliklər özünü biruzə verir.

İŞİN ADI: Ooxu analizatoru və epifizin postnatal ontogenezdə sirkad ritminin tənzimində rolu, şəkər yükü mühitində və fiziki işdən sonra.
İCRAÇILAR: b.e.n. F.Ə.Əliyeva

Ədəbiyyat məlumatlarına görə epifiz vəzi və analizatorlar baş beyin yarıkürələrinin fəaliyyəti üçün əsas məlumat mənbəyidir və analizatorlar, nəinki beyinin, həm də orqanizmin mühitdəki fəaliyyətinin nizamlanmasında yaxından iştirak edir. Hal-hazırda ozonoterapiyadan tibbin bütün sahələrində müalicə məqsədilə istifadə olunmasına baxmayaraq, ozonun kənd təsərrüfatı heyvan və quşlarına təsiri haqqında məlumatlar böyük maraq kəsb edir. Əsasən müalicə 2 istiqamətdə uzunmüddətli (2-4-5 saatdan 24 saata və həftələrlə) və qısamüddətli dəqiqələrlə aparılır. İndi elmə məlumdur ki, işıq və qaranlığın və ya gecə və gündüzün ritmi melatonin sintezinə təsir edir. onun səviyyəsində əmələ gələn ritmik dəyişikliklər heyvanlarda və ya sirkadia bioloji ritmi müəyyən edlir. 12 aylıq hər kq çəkisinə 3 qr olmaqla şəkər yükünün verilməsi şəkər miqdarının sirkad ritmində kəskin dəyişikliklərə səbəb olmuşdur. Belə ki, intakt heyvanlara nisbətən şəkər yükü almış heyvanlarda 2 saat müddətində maksimuma çatma, 2 saat müddətində isə bərpa olunaraq əvvəlki vəziyyətinə qayıtma prosesi baş verir. İntakt və hər kiloqramm çəkisinə 3 qr olmaqla şəkər yükü verilmiş heyvanlarda günün müxtəlif saatlarında qanda şəkərin səviyyəsini təyin edilmişdir. Alınan nəticələrdən görünür qoxu, eşitmə və müvazinət analizatoru pozulmuş və ozon mühitində saxlanmış heyvanlarda şəkər yükü verdikdən sonra bioloji ritmə uyğun ritmik dəyişikliklər müşahidə edilir. Maksimal konsentrasiya intakt heyvanlarda saat 1200-də 117 mq%, minimal 800-də – 102 mq% olur. Alınan nəticələrdən məlum olur ki, postnatal inkişaf dövründə epifiz və analizatorlar ozon qazı mühitində qlikemik reaksiyaların sirkad ritminin tənzimində yaxından iştirak edir.
Aparılan tədqiqatların nəticələrini yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olur ki, şəkər yükünün və ozonun təsiri yükün səviyyəsindən, yaşdan və analizatorların funksiyasının pozulmasının müddətlərindən asılı olaraq, sutka ərzində qanda şəkərin səviyyəsi müxtəlif dərəcədə dəyişikliyə məruz qalır.

İŞİN ADI: Ozonun laxtalanaya təsiri «Günün ritmindən asılı olaraq ozonun laxtalanma faktoruna təsir»
İCRAÇI: Dos., b.e.n.S.Ş.İbrahimova

Ozonoterapiya əsas aktual problemlərindən biri ozonun fizioloji effektlərinin orqanizmə təsiri üsullarının zəif yayılasıdır. Ədəbiyyatlardan belə nəticəyə gələk olar ki, ozonun orqanizmə olan xarakterik təsiri – oksigen metobolizminə təsiri kimi nəzərdə tutulur.
Oksigen metabolizminə təsiri 3 cürdür: 1) hemoqlobinin oksigenə nisbətinin azalması, 2) eritrositlərin membran mikroözlülüyünün azalması, 3) NO-sidazanın aktivasiya yolu ilə vazodislakasyiası.
Ozon O3 oksigenin allotrop forması olub, oksigendən daha qüvvətli oksidləşdirici, kəskin iyli qazdır. İnsan üçün aşağı konsentrasiyası (0,001-0,01 mq/m3) təhlükəsizdir. İlk dəfə ozondan antiseptik vasitə kimi A.Volf 1915-ci ildə etmişdir. Yüksək dərəcəli ozondan qansızmanı dayandıran vasitə kimi, aşağı dərəcəsindən isə epitelinin sağalmasında istifadə edirlər. Ozonla zəhərlənmə zamanı qan laxtalanmır, ağ ciyərlərdə qan axmalar baş verir.
Ədəbiyyatdan məlumdur ki, normal fizioloji şəraitində qanda və toxumalarda laxtalanma müddətinin sabitliyi neyro-hymoral yola tənzim olunur.Lakin, ozon şəraitində saclanmış heyvanların qanında və toxumalarda ozonun laxtalanma müddətinə təsiri öyrənilmədiyini nəzərə alaraq, elmi-tədqiqat işimizi bu istiqamətdə aparmışdıq.
Tədqiqat işi yaşlı heyvanlar üzərində aparılmışdır. Ozonun dozası 2402,4
MK Q/7 (343,2 MKQ/dəq) olmuşdur. Onun və toxumalarda laxtalanma müddətini E.P.İvanova və İ.İ.Danilina (1968) üsulu ilə təyin olunmuşdur.
Tədqiqat işi günün ritminə uyğun olaraq səhər saat 900 sonra, 915, 930, 1000, 1200, 1600, 2000, 2400, 400 aparılmışdır. Səhər saat 900 qanda və toxumalarda qanın laxtalanmasını təyin etdik. Laxtalanmanın müddəti təyin edilmişdir.
7-dəqiqə ozon verilmiş heyvanlarda normal heyvanlara nisbətən qanda və toxumalarda laxtalanma müddəti təyin edilmişdir. Epifizin funksional aktivliyi şəraitində onun ingibirə şəraitinə nisbətən laxtalanma müddəti azalır.
Əldə etdiyimiz nəticələrdən görürük ki, ozon qazı epifizin laxtalanma müd­dətinin neyro-hymoral tənzimində yaxından iştirak edir.

İŞİN ADI: Hipovolemik şok fonunda antioksidant tərkibli qan əvəzedicilərin transfuziyasından sonra heyvanların beyincik və uzunsov beynində lipidlərin perekisli oksidləşməsinin intensivliyinin öyrənilməsi.
İCRAÇILAR: b.e.n.R.Y.Babayeva, dos.Ş.A.Məhərrəmova, b.e.n.F.C.Za­ma­nova

Hipovolemik şok ağır patoloji hal olaraq ona məxsus spesifik əlamətlərlə səciyyələnir. Müəyyən olunmuşdur ki, hipovolemik şokun yaratdığı hipoksiya vaxtı lipidlərin perekisli oksidləşmə (LPO) məhsullarının artması Bilenkonun (1989) təcrübələrində nümayiş etdirilib. Müəllifin təcrübələrindən məlum olur ki, ağ siçovulların hipoksiyadan sonra baş beyin toxumasında LPO-nun məhsulları olan dien konyuqatı, hidroperekislər və malondialdehidlərinin miqdarı artır. Hipoksiya sinir toxumasında kəskin morfoloji, fiziki-kimyəvi dəyişikliklər yaradır, və bu şəraitdə sinirlərin keçiriciliyin pozulması sinir mərkəzlərinin oyanıcıqlığın aşağı düşməsi müşahidə olunmuşdur.
Tədqiqat Vistar xəttindən olan 8 aylıq ağ erkək siçovlullar üzərində aparılmışdır. Hipovolemik şok yaratmaq üçün siçovulların vidaci venasından qan buraxılır. Tədqiqatlarımız siçovulların uzunsov beyin və beyinciyində lipidlərin perekisli oksidləşməsi onun məhsullarından olan lipidlərin perekisli oksidləşməsini onun məhsullarından olan hidroperekislərin (HP) və malondialdehidlərin (MDA) miqdarının müəyyən olunması ilə təyin olunmuşdur. Belə ki intakt heyvanlarda uzunsov beyində HP-in miqdarı 1,9 nq ekV/mq lipidə. MDA-nın miqdarı isə 0,6 n mol/mq zülala bərabərdirsə, beyincikdə isə HP-nin miqdarı 3,0 nq ekV /mq, MDA-nın miqdarı isə 1,2 n mol/mq zülala bərabərdirsə, hipovolemik şokdan sonra uzunsov beyində HP-nin miqdarı 6,6 nq ekV/mq qədər, MDA-nın miqdarı isə 2,2 nq mol/mq qədər artır, beyincikdə də həmin tendensiya müşahidə olunur, belə ki, HP-in miqdarı 4,6 nq ekV/mq qədər, MDA-nın miqdarı isə 3,8 n mol/mq qədər artır. Müəyyən olunmuşdur ki, antioksidant tərkibli qanəvəzedicinin hipovolemik şok fonunda venadaxili yeridilməsindən sonra siçovulun beyinin öyrənilən strukturlarında lipidlərin perekisli oksidləşmə prosesinin intensivliyini aşağı salır.
Bu söylədiklərimizlə əlaqədar olaraq hipovolemik şok zamanı sinir sistemi toxumalarının funksional fəaliyyətinin pozulmasının xüsusiyyətlərinin tədqiqi və bu pozuntuların tənziminin mümkünlüyünün öyrənilməsi bir tərəfdən imkan verə bilər ki, hipovolemik şokun neyro-patoloji mexanizmini müəyyənləşdirmək, digər tərəfdən bu fasadların qarşısını ala bilən effektiv vasitələrin – antioksidant tərkibli qanəvəzedicilərin işlənməsinə kömək edə bilər

Bookmark and Share