Biologiya Fakültəsi

HESABATLAR

İŞİN ADI: Bitkilərin böyümə və inkişaf proseslərinin biokimyəvi əsaslarına böyümə requlyatorların təsiri
İCRAÇI: Biokimya və biotexnologiya kafedrasının müdiri, professor, b.e.d. QULİYEV A.Ə. Müəyyənləşdirilmişdir ki, auksin (β-indolil) alma meyvələrinin inkişafının ilk mərhələlərində dekarboksilləşdirici malatdehidrogenazanın (MDH) biosintezini və aktivliyini zəiflədir, qlükoza-6-fosfatdehidrogenazanınkını isə stimulə edir. Meyvələr yetişmə mərhələsinə daxil olduqda isə onların həssaslığı bu fitohormona zəifləyir və onun MDH fermentinin biosintezinə və fəallığına təsiri aradan qalxır. Aparılan tədqiqatlar belə bir fikir söyləməyə imkan verir ki, şirəli meyvələrin inkişafının müxtəlif mərhələlərində NADFH yaradan fermentlərin biosintez və aktivliyi müxtəlif fitohormonlarla müxtəlif cür tənzimlənməyə məruz qalırlar.

İŞİN ADI: Bəzi buğda nümunələrində kleykovinanın müəyyən edilməsi
İCRAÇI: Biokimya və biotexnologiya kafedrasının dosenti, b.e.n. NƏSİBOV A.A. Klekovinanın keyfiyyəti onun rəngi, elastikliyi, uzunluğu və dartılma qüvvəsi ilə xarakterizə olunur. Keyfiyyətli kleykovina almaq üçün nişasta və qabıq, xəmirdən yuyulub çıxarılmalıdır. Kleykovinanın tam təmiz yuyulmasını bilmək üçün yod məhlulundan istifadə edilir. Uzunluğuna görə kleykovina qısa 8 sm, orta 8-15 sm və uzun – 15 sm qədər olur. Müəyyən olunmşdur ki, kleykovinanın dartılma qüvvəsi 0.4 sm/dəq-dən 15 sm/dəq-yə qədər dəyişir. Xəmirdə kleykovinanın miqdarı nə qədər çox olsa, undan hazırlanan çörək bir o qədər keyfiyyətli olar. Səmərəli üsul yuyulmanın düzğün aparılmasına yəni nişasta və kəpəyin tam təmizlənməsinə, kleykovina yəni zülalla zəngin unun alınmasına səbəb olmuşdur.

İŞİN ADI: Bitkilərin xarici m ühitin ekstremal təsirlərinə uyğunlaşmasında əsas NADFH-əmələ gətirən fermentlərinin rolunun öyrənilməsi
İCRAÇI: Biokimya və biotexnologiya kafedrasının dosenti, b.e.n. MƏMMƏDOV Z.M. Müəyyənləşdirilmişdir ki, almaların subepidermal toxumalarından hazırlanmış disklərin inkubasiyası mühitinə NaCl və Na2SO4 duzlarını əlavə etdikdə onların qlükoza-6-fosfatdehidrogenaza fermentinin aktivliyi yüksəlir. Eyni hal həmçinin dekarboksilləşdirici malatdehidrogenaza fermentində də müşahidə olunur. Görünür duzların almalara neqativ təsirinin aradan qaldırılmasında əsas NADPH-əmələgətirən fermentlər mühüm rol oynayırlar.

İŞİN ADI: Şüalandırılmış cücərmiş arpa toxumalarından radiotoksinlərin ayrılması.
İCRAÇI: Biokimya və biotexnologiya kafedrasının dosenti, b.e.n. TAĞI-ZADƏ Z.A. Şüalandırılmış orqanizmlərin hüceyrələrində şüalanmanın təsiri altında əsas radiobioloji, effektlər əmələ gətirmək xüsusiyyətinə malik olan maddələr əmələ gəlir. Bu maddələr radiotoksinlərdir. Ola blsin ki, qibberellinə oxşar maddələrin (QOM) əmələ gəlməsinin aşağı düşmə səbəblərindən biri şüalanma zamanı arpa toxumlarının rüşeymində və α-amilazanın sintezində şüalanmanın təsiri altında radiotoksinlərin əmələ gəlməsi ola bilər. Bu fəaliyyətinin yoxlanılması üçün 40 kq ilə şüalandırılmış toxumların rüşeymində radiotoksinlərin yayılmasına və onların rüşeymdə QOM əmələ gəlməsinin təsirinə və α-amilazanın sintezinə yönəldilmiş eksprimentlər aparılır. Alınmış nəticələrdən məlum olmuşdur ki, radiotoksinlərin şüalandırılmamış toxumlara əlavə olunması demək olar ki, arpa toxumlarının şüalanması zamanı və sonra oxşar effekt göstərilmişdir.

İŞİN ADI: Bakteriosin təbiətli maddələrin xassələrinin öyrənilməsi.
İCRAÇI: Biokimya və biotexnologiya kafedrasının dosenti, b.e.n. GÜLƏHMƏDOV S.Q. Fermentləşdirilmiş məhsullardan izolə edilmiş STB-lərin ayrılmış bakteriosinəbənzər maddələrrin fəallığına müxtəlif fizik-kimyəvi amillərin təsiri öyrənilmişdir. Rekultivasiya üçün nəzərdə tutulan qidalı mühitin pH ilə mühitdə toplanan bakteriosinin miqdarı arasında maraqlı qanunauyğunluluq aşkar edilmişdir. Məlum olmuşdur ki, pH-ın neytral qiymətlərində mühitdə olan bakteriosin fəallığı real fəallığı əks etdirmir. Ondan əhəmiyyətli dərəcədə az fəallıq müşahidə edilir. Bu fenomen pH-ın neytral qiymətlərində ekskresiya olunan bakteriosin molekullarının produsentin hüceyrə səthinə absorbsiyası ilə izah edilmişdir. pH-ın turş (2-3) və qələvi (8-9) mühitində müşahidə edilən fəallıq xeyli yüksək olmuşdur.

İŞİN ADI: Lələk lüvə bitkisinin tərkibində olan bioloji fəal maddələrin fitokimyəvi tədqiqi.
İCRAÇI: Biokimya və biotexnologiya kafedrasının baş müəllimi, b.e.n. CƏFƏROV Z.R. Məlum oldu ki, bitkinin kökləri, gövdəsi, yarpaqları və toxumalarında quru çəkiyə görə kumarinlər 0.49-1.15, flavonoidlər – 0.52-1.06, qlikozidlər – 0.17-0.61, aşi maddələri 1.44-2.91, alkoloidlər 0.066-0.085 piyli yablar 4.71-24.71% təşkil edir. Piyli yağların yiziki-kimyəvi göstəricilirəi müəyyən edildi. İlk dəfə olaraq lipid tərkibi öyrənildi. Bu tərkibdə karbohidratlar, triasilqliserollar, sərbəst yağ turşuları və sərbəst steroidlar indentifikasiya edildi.

İŞİN ADI: Alma meyvələrində NADF-asılı izositratdehidrogezanın ferment preparatının alınması və onun fiziki-kimyəvi xassələrinin öyrənilməsi
İCRAÇI: Biokimya və biotexnologiya kafedrasının müəllimi S.N.ÖMƏROVA Alma meyvələrinin subepidermal toxumasından NADF-asılı izositratdehidrogenaza (NADF-İDH) fermentinin preparatı alınıb. Tədqiqatlar nəticəsində biz elə bir mühitin seçilməsinə nail olmuşuq ki, həmin mühitin istifadəsilə alma meyvələrindən NADF-İDH fermentinin fəal preparatının alınması mümkün olmuşdur. Bu mühitin tərkibində tris-HCl buferi, EDTA, MgCl2 kimi klassik maddələrlə yanaşı effektiv adsorbent qismində PVP-nin PEQ-lə kompleksi, reduksiyaedici qismində isə - 2-merkaptoetanol istifadə olunub. Fermentin fəallığı spektrofotometrik üsulla 340 nm-də udma qabiliyyətinə əsasən təyin olunurdu. Ferment preparatı alındıqdan sonra onun bəzi fiziki-kimyəvi xassələri öyrənilmişdir. Müəyyən olunub ki, fermentin optimal pH 8.2-ə bərabərdir. Mg və Mn ionları NADF-İDH fermentini aktivləşdirirlər, Zn və Ca ionlarının aşağı qatılıqları fermenti aktivləşdirir, yüksək qatılıqları isə ingibirləşdirirlər. Ferment üçün Mixaelis-Menten kinetikası xarakterikdir. Substart və koferment üçün Km qiymətləri müvafiq olaraq, 5.8 mkM və 2.3 mkM təşkil edir. QTF, ATF və UTF kimi nukleotidtrifoafatlar Mg ionları ilə kompleksdə NADF-İDH fermentinin fəallığına ingibirləşdirici təsir göstərirlər, müvafiq nukleotiddifosfatlar isə fermenti aktivləşdirirlər.

İŞİN ADI: Spontan qatıqdan ayrılmış süd turuşusu bakteriyalarından antibakterial maddələrinin alınması.
İCRAÇI: Biokimya və biotexnologiya kafedrasının baş müəllimi b.e.n. ABDULLAYEVA N.A. Spotan qatıqdan süd turşusu bakteriyaları ayrılmış və onların morfofizioloji və mikrobioloji analizi həyata keçirilmişdir. STB-lərin skrininqi onların antimikrob fəallıqlarına və proteolitik fəallığına əsaslanmışdır. İlkin təcrübələrdə məlum olmuşdur ki, S5 ştammında proteolitik fəallıq mövcuddur. Bu fəallıq S5 ştammının starter-kultura kimi tətbiqini mümkün edir. Lakin bunun üçün ştammın identifikasiyası və proteolitik aktivliyin xüsusiyyətləri tədqiq edilməlidir. Təcrübələrimiz davam edir.

İŞİN ADI: Kulturada böyümə və inkişaf proseslərinin fizii oloji və biokimyəvi əsaslarının öyrənilməsi
İCRAÇI: Biokimya və biotexnologiya kafedrasının müəllimi b.e.n. Əliməmmədzadə İ.M. Müxtəlif üzüm sortları ilə işlədikdə müəyyən olundu ki, hər bir sort texnoloji mərhələnin dəyişkənliyinə özünəməxsus reaksiya verir. İn vitro-da klonal çoxaldılmanın tətbiq olunan sxeminə görə bəzit sortlarında (Ağ Şanı, Riş baba). Mərhələ-1-də rizogenezin induksiyası baş verdiyi üçün eksperimentlər elə Mərhələ-1-dən alınan bitkilər üzərində aparılmışdır. Bu zaman induktor kimi ferul turşusundan istifadə olunmuşdur. Burada məqsəd İST (indolil sirkə turşusu)-oksidazanın ingibirə olunması hesabına endogen İST «pulunun» qoruyub saxlanılmasıdır. Ayrı-ayrı genotiplərin bu «pul»a ehtiyacı müxtəlif dərəcədir.

Bookmark and Share