Biologiya Fakültəsi

Kafedra haqqında qısa məlumt

Kafedraya ilk illər İ.A. Lebedev təyin edilmiş, daha sonra K.İ. Razdorski Botanika kafedrasına müdir secilmiş və 1924-cü ilə qədər işləmişdir. 1924-1930-cu illər Botanika kafedrasına M. B.Brjezitski rəhbərlik etmişdir. 1930-1946-ci illər kafedraya Azərbaycan Respublikası və SSRİ EA həqiqi üzvü A.A.Qrossheym, 1948-1966-cı illər kafedraya prof. M.Ə.Qasımov, 1966-1992-ci illərdə prof. C.Ə.Əliyev rəhbərlik etmişlər. 1992-ci ildən indiyədək kafedraya  AMEA-nın müxbir üzvü, b.e.d., prof. E.M.Qurbanov rəhbəlik edir.

Kafedrada aparılan elmi-tədqiqat işləri 2010, 2012, 2013, 2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının mühüm nəticələrinə daxil edilmişdir. Bakı Dövlət Universitetinin Botanika kafedrasının Türkiyə Respublikasının Riza Universiteti ilə elmi-texniki əməkdaşlıq etmək üçün razılaşma müqaviləsi hazırlanmışdır. Bundan əlavə, Botanika kafedrasının Çexiya Respublikasının Karlov adına Praqa Universitetinin Botanika kafedrası ilə elmi və tədris əlaqələri vardır.

Kafedrada herbari fondu fəaliyyət göstərir. Bu fondda XIX əsrin axırlarında təsadüf edilən herbari materialları qorunub saxlanılır. Bundan başqa, kafedrada Bitki morfologiyası, Ali bitkilərin sistematikası, İbtidai bitkilərin sistematikası, Mikologiya fənləri üzrə tədris və elmi laboratoriyalar fəaliyyət göstərir.

Bookmark and Share