Biologiya Fakültəsi

Abdullayev Xanlar Dayan oğlu

Biologiya elmləri namizədi,

İş telefonu: (+99412) 539 10 91
e-mail: X.Abdullayev@mail.ru

 

QISA BIOQRAFIK MƏLUMAT

7 may 1941-ci ildə Azərbaycan Respublikası, Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olub.
1958-ci ildə Neftçala şəhər orta məktəbində təhsil alıb.
Ailəlidir. 2 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1965-ci ildə S.M.Kirov adına ADU-nun biologiya fakültəsini bitirib.
1971-ci ildə “Мühit duzluluğunun bitkilərdə çox zəif bioxemilüminessensiyanın intensivliyinə təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
2008-ci ildə “Stres amillərə qarşı hüceyrə sisteminin davamlılığının biofiziki cəhətləri (spontan və induksiya olunmuş lüminessensiyanın tədqiqi əsasında)” mövzusunda 03.00.02 biofizika ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1965-ci ildə S.M.Kirov adına ADU-da biofizika ixtisası üzrə aspirant ü 1969-1970-ci illərdə ADU-da elmi işçi
1977-halhazıra kimi BDU-nun biofizika və molekulyar biologiya kafedrasında müəllim, baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışıb.
Apardığı dərslər: biofizika
102 məqalə və tezisin müəllifidir.
4 elmlər namizədi yetişdirib.

TƏDQİQAT SAHƏSİ

Respublikada bitkilərdə bioxemilüminessensiya hadisəsini araşdıran ilk tədqiqatçılardandır

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1967, Bakı, Azərbaycan; Zaqafqaziya bitki fizioloqlarının I qurultayı.
  • 1969, Daşkənd; Bitkilərin duza davamlılığına aid Ümumittifaq müşavirəsində.
  • 1982, Moskva; I Ümumittifaq Biofizika qurultayı.
  • 1986, Bakı; BDU-da 1981-1985-ci illərdə aparılan elmi-tədqiqat işlərinə həsr olunmuş konfrans.
  • 1987, Varna, Bolqariya; Mineral qidalanma və fotosintezə aid simpozium.
  • 1994, Bakı; Ekologiyanın müasir problemləri və onun həll olunması yollarının I Beynəlxalq elmı texniki konfransı.
  • 1996, Bakı; Genetika və seleksiya problemləri respublika elmi konfransı.
  • 1996 və 1999, Bakı; Hüceyrə biofizikası I və II Respublika elmi konfransları.
  • 1998, Türkiyə; XIV Beynəlxalq biologiya konqresi.
  • 1998, Bakı; Azərbaycan Xalq Cümhirrətinin 80 illiyinə həsr olunmuş elmi konfrans.
  • 1999, İsparta, Türkiyə; XI Kükem-Boitexnoloji konqresi.
  • 1999, Moskva; Rusiya bitki fizioloqlarının IV qurultayı.
  • 2001, Türkiyə; XII Boitexnoloji konqresi.
  • 2002, Bakı; Bakı-Tbilisi-Ceyhun neft kəmərinin Beynəlxalq və regional əhəmiyyəti Beynəlxalq konfransı.
  • 2002, Malayta, Türkiyə; XVI Ulusal bioloji konqres.
  • 2002, Bakı; Eksperimental biologiyanın inkişaf perspektivləri Respublika elmi konfransı.
  • 2003, Şanaqqala, Türkiyə; XIII Boitexnoloji konqresi.
  • 2003, Minsk; Ksenobitkilər və cavan sistemlər II Beynəlxalq konfrans
  • 2004, Kanada; Fotosintez və post-genom dövri (era) konqresi.
  • 2005, Türkiye; XIV Boitexnoloji konqresi
  • 2006, Bakı; Biotexnologiyada elmi nailiyyətlər Respublika elmı konfransı.
  • 2007, Bakı; 9th Baku İnternational Congress “Energy, Ecology Economy”.
  • 2007, Bakı; Tədbiqi biologiyanın problemləri.
  • 2007, Moskva; “Новые и нетрадиционные растения и перспективы их использования” VII Beynəlxalq simpozium.
  • 2008, Moskva; «Актуальные проблемы биоэкологи» Международная научно-практическая конференция.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2005, Photoinhibition of Photosystem II in vivo during greening of the wheat seedlings, v.29, No 2, p.77-82, Turkish journal of botany.
  • 2005, Photoinhibition in vivo Photosystem II reactions development of the Photosystem wheat seedlings N. 84, п.9-14, Photosynthesis Research.
  • 2006, Исследование влияния полиеновых антибиотиков на клетки дрожжей Candida guilliermondii методом мсек-замедленной эмиссии света, cild 6, № 2, s.75-78, Bakı Universitetinin Xəbərləri.
  • 2007, Müxtəlif streslərin nəticəsində reaktiv molekulların formalaşması və onların təsir mexanizmi, №2, s.50-58, Bakı Universitetinin Xəbərləri.
  • 2007, Moskva; “Новые и нетрадиционные растения и перспективы их использования” VII Beynəlxalq simpozium, p.233-235, Пущино
  • 2007, Fiziki və kimyəvi amillərin huceyrə sisteminə təsirinin spontan və induksiya olunmuş lüminessensiya əsasında tədqıqı, № 5-6, s. 145-154, Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri (biologiya elmləri seriyası).
Bookmark and Share