Biologiya Fakültəsi

KAFEDRANIN XƏBƏRLƏRİ

Son 5 ildə kafedranın aspirant və dissertantlarından Zaman Mahmud oğlu Mahmudov (2004), Samirə Tofiq qızı Hümmətova (2005), Eldəniz Rəhim oğlu İsmayılov (2007) 03.00.02-Biofizika ixtisası üzrə biologiya elmləri namizədi, Xanlar Dayyan oğlu Abdullayev (2008) 03.00.02-Biofizika ixtisası biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişlər. Zaman Mahmud oğlu Mahmudov – fotosintezin fotokimyəvi sistemlərinin formalaşması zamanı fotosistem II–nin in vivo fotoingibirləşməsi. Samirə Tofiq qızı Hümmətova Maya göbələyi hüceyrələrinə membran modifikatorlarının təsirinin flüoressensiya zondları üsulu ilə tədqiqi. Eldəniz Rəhim oğlu İsmayılov – İon keçiriciliyi modifikatorlarının təsiri zamanı plazmalemmanın elektrogenezi. Xanlar Dayyan oğlu Abdullayev - Stress amillərə qarşı hüceyrə sisteminin davamlılığının biofiziki cəhətləri (spontan və induksiya olunmuş lüminissensiyanın tədqiqi əsasında). Prof. R.İ.Xəlilov Almaniyanın Saarbruken şəhərində yerləşən Saarland Universitetinin Biofizika və Mərkəzi İzotop laboratoriyasına birgə elmi-tədqiqat işləri aparmaq üçün 3 aylıq dəvət alaraq orada elmi-tədqiqat işləri aparmışdır.

Bookmark and Share