Biologiya Fakültəsi

Вiologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Quliyev Akif Ələkbər oğlu


Biologiya elmləri doktoru, əməkdar elm xadimi, biologiya fakültəsinin dekanı 
Tel.: (+99412) 537 24 43; 539 10 91
E-mail: biochem@mail.az

 

 

QISA BİOQRAFİK MƏLUMAT

20 mart 1942-ci il Gəncə şəhərində anadan olub. 1949-1959-cu illərdə Gəncə şəhər 4 nömrəli orta məktəbində təhsil almışdır.
1959-cu ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub,
1964-cü ildə həmin universiteti müvəffəqiyyətlə bitirərək aspiranturaya daxil olmuşdur.
A.Quliyev öz namizədlik dissertasiyasını Çexiyanın Praqa Universitetində yerinə yetirmişdir.
1964-1972-ci illərdə BDU-nun Bitki fiziologiyası kafedrasında assistent (1968), baş müəllim (1969), dosent (1972) vəzifələrində çalışmışdır.
1968-1973-cü illərdə BDU-nun Biologiya fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.
1972-ci ildən Biokimya və biotexnologiya kafedrasına rəhbərlik etməyə başlayır.
1988-ci ildə Biologiya fakültəsinin dekan vəzifəsinə seçilmişdir.
1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
1990-cı ildən BDU-nun professorudur.
1990-cı ildə BDU-nun 1-ci prorektoru vəzifəsinə təyin olunmuş,
1992-cı ilin mart ayından 1992-ci ilin oktyabr ayınadək rektor vəzifəsini icra etmişdir.
2010-cu ildən hal-hazıradək biologiya fakültəsinin dekanı vəzifəsində çalışır.
Ailəlidir. 2 övladı vardır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1964-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib.
1968-ci ildə “Qiş sortlu almaların yığım müddətindən və saxlanılma temperaturundan asılı olaraq fizioloji və biokimyəvi xarakteristikası” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1972-ci ildə dosent elmi adı almışdır.
1989-cu ildə “Meyvələrin yetişməsinin etilen produsentləri vasitəsilə stimullaşdırmasının fizioloji və biokimyəvi aspektləri” mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
1990-cı ildə professor elmi adı almışdır
2006-cı ildə BDU-da “İlin müəllimi” adına layiq görülmüşdür.
2011-ci ildə BDU-da “İlin dekanı” adına layiq görülmüşdür.
2011-ci ildə Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin «Şərəf və Vicdan» Avropa Ordeninə layiq görülüb.
2012-ci ildə Türk xalqının Araşdırmalar üzrə Beynəlxalq Elmlər Akademiyasının akademiki adına layiq görülüb.
2012-ci ildə Elmin və pedaqoji əməkdaşlığın inkişafına görə Praqanın Karlova Universitetinin qızıl medalı ilə təltif olunub

ƏMƏK FƏALİYYƏTİ

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biokimya və Biotexnologiya kafedrası.
1964-cü ildən hal-hazıradək BDU-nun Biokimya və Biotexnologiya kafedrasında çalışır.
Tədris etdiyi fənnlər: Biokimya, Statik Biokimya, Enzimologiya. 
150-dən çox məqalə, 3 şəhadətnamə, 5 dərslik və 1 monoqrafiya müəllifidir. 
15 namizədlik və 2 doktorluq dissertasiyasına rəhbərlik edib.

TƏDQİQAT SAHƏSİ

Meyvələrində yetişməsi və saxlanılmasının biokimyası və fiziologiyası.

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2007, Çexiyanın Praga şəhərində «Recent Advances in Food Analysis» beynəxalq simpoziumu
  • 2007-ci ildə TEMPUS proqramı ilə əlaqədar ətraf mühitin ekologiyası sahəsində magistrlərin hazırlanması planına uyğun olaraq dərs demiş müəllimlərin təkmilləşdirilməsi və təcrübə mübadiləsi məqsədi ilə Fransaya ezam olunmuşdur.
  • 2009-cu ildə elmi əməkdaşlıq çərçivəsində Çex Respublikasının Praqa şəhərinin  Kimya Texnologiyaları Universitetinə ezam olunmuşdur.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Ahmadova, A., Todorov, S.D., Choiset, Y., Rabesona, H., Mirhadi, Zadi, T., Kuliyev A., Franco, B.D.G.M., Chobert, J.-M., Heartle, T. (2012) Evaluation of antimicrobial activity, probiotic properties and safety of wild strain Enterococcus faecium AQ71 isoleted from Azerbaijan Motal cheese. Food control 2012, Accepted article.IF:2.656
  • Ahmadova, A., Dimov, S., Ivanov, I., Y., Chobert, J.-M., Kuliyev, A., heartle, T. (2011). Proteolytic activities and safety of use of Enterococci strains isolted from traditional Azerbaijani dairy products. Eur Food Res Technol, 233:131:-140.IF:1.566
  • El-ghaish, S., Ahmadova, A.,Hadji-Sfaxi, I., Eddine El mecherfi, K., Bazukyan, I., Choiset, Y., Rabesona, H., Sitohy, m., popov, Y.G., Kuliyev , A.A., Mozzi, F., Chobert, J.-M., Heartle, T. (2011) Potential use of lactic axid bacteria for reuction of allergenicity and for longer conservation of fermented foods. Trends in Food Sciences and Technology, 22:509-516.IF:3.672
  • Mirhadizadi T.N., Quliyev A.A.,Gulahmedov S.G., Abdullayev N.A., Koshkizade. Charakterization of a bacteriosin-like inhibitory substance (BLIS) produced by enterococcus faecum Q1(2010). Bakı Dövlət Universiteti xəbərləri, təbiət elmləri seriyası, no.2, s.70-76
  • Gyulakhmedov S.G., Batdorj B., Dalgalarrondo M., Chobert J.M., Kuliyev A., Haertle T. Characterisation of bacteriocin-like inhibitory substances (BLIS) from lactic acid bacteria isolated from traditional Azerbaijani cheeses. Eur. Food. Res. Technol. 2006. vol. 224. pp.229-235.
  • Gyulakhmedov S.G., Omarov Y.A., Mamedov Z.M., Kuliev A.A.. Isolation and Study of Active ATP-dependent Phosphofructokinase from Apple Fruits Malus domestica Borkh. Applied Biochemistry and Microbiology, 2006, Vol. 42, No. 5, pp. 468–471.
  • Omarov Y.A. Gulakhmedov S.G., Guliyev A.A. The determination of the activity of ATP-dependent phosphofructokinase in apple fruits. Transcaucasian Journal of Biomedical sciences. 2006, Tbilisi, Georgia. p.1-12.
  • Gyulakhmedov S.G., Dalgalarrondo M., Chobert J.M., Guliyev A., N.Abdullayeva, Huseynova N.F., Haertle T. L.B.Buchneri S2-AS a BLIS-producing strain isolated from traditional Azerbaijani cheeses. 3-rd International Symposium on Recent Advances in Food Analysis. 2007. Prague. Czech Republic. P.329.
  • Гюльахмедов С.Г., Абдуллаева Н.Ф., Гусейнова Н.Ф., Кулиев А.А., Иванова И.В., Дальгарандо М., Шоберт Ж.М., Хартле Т. Выделение и характеристика бактериоцино-подобных ингибиторных веществ молочнокислых бактерий изолированных из Азербайджанских сыров. Журнал Прикладная Биохимия и Микробиология. 2008. Т.6., с. 275-283.

KİTABLAR

  1. «Практикум по биохимии и молекулярной биологии», Баку, 1993 (учебное пособие)
  2. «Физиологические и биохимические аспекты стимулирования созревания плодов с помощью продуцентов этилена», Баку, 1999 (монография).
  3. «Bioloji kimya» (statika), Bakı, 2004 (dərslik)
  4. «Biokimya və immunologiyadan praktikum», Bakı, 2005 (dərs vəsaiti).
  5. «Enzimologiyanın əsasları», Bakı, 2010 (dərslik)

DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR

  • 09/2002-09/2004: Avropa Komissiyasının Tempus proqramı çərçivəsində BDU-da Layihənin (MP_JEP-23070-2002 «Establishment Of National Centers Of Excellence In Biomedical and Veterinary Education In The Southern Caucasus») Koordinatoru.
  • 09/2005-09/2007: Avropa Komissiyasının Tempus proqramı çərçivəsində BDU-da Layihə (JEP-25083-2004 «Master Sciences et Gestion de l’Environment») Koordinatoru.
  • 09/2007-2010: NATO-nun Elm Sülhün keşiyində proqramı çərçivəsində BDU-da Layihə (SfP- 982164 – «Study of antimicrobial and hypoallergenic products of LAB») Kodirektoru.
  • 09/2007-2010: NATO-nun Elm Sülhün keşiyində proqramı çərçivəsində BDU-da Layihə (SfP- 982164 – «Study of antimicrobial and hypoallergenic products of LAB») Kodirektoru.
  • 2013-2016: Avropa Birliyinin Tempus proqramı çərçivəsində olan “Təbiət və tibbi elmlər sahəsində Hematologiya fənninin proqramlarının təkmilləşdirilməsi” layihəsinin BDU Koordinatorudur.
  • 2013-2016: Avropa Birliyinin Tempus proqramı çərçivəsində olan “Azərbaycan, İsrayıl və Qazaxıstanda ekosistemlərin monitorinqi sahəsində təhsilin gücləndirilməsi” adlı lahiyənin BDU Koordinatorudur.
  • 2013-2016: Avropa Birliyinin Tempus proqramı çərçivəsində olan “Biologiya və Tibbdə virtual laboratoriyaların inkişaf etdirilməsi məqsədilə innovativ mərkəzlərin yaradılması” layihəsinin BDU Koordinatorudur.
  • 2013-2016: Avropa Birliyinin Tempus proqramı çərçivəsində olan “Beynəlxalq mübadilə vasitəsilə təhsildə islahatlar” layihəsinin BDU Koordinatorudur.
Bookmark and Share