Biologiya Fakültəsi

k/t.e.d.,professor Quliyev Rauf Ələkbər o.

 

QULIYEV RAUF ƏLƏKBƏR
Kənd təsərrüfatı elmləri doktoru, professor
«Genetika və darvinizm» kafedrasının müdiri.
İş telefonu: (+99412) 539 05 28

 

 

 

QISA BIOQRAFIK MƏLUMAT

5 yanvar 1938-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ailəlidir - iki oğlu və üç nəvəsi var.
1962–ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1967-ci ildə «Lənkaran paxlasının biomorfoloji və təsərrüfat əlamətin dəyişkənliyi» mövzusunda namizədlik dissertasiya işini müdafiə etmişdir.
1988-ci ildən Ukraynanın Xarkov şəhərində Bitkiçilik, genetika və seleksiya elmi tədqiqat institutunda «Pambıq hibridlərində və təkrarən təsir edilmiş mutantlarda mutasiya dəyişkənliyi» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan Genetika və Seleksiya Elmi Tədqiqat İnstitutuna kiçik elmi işçi vəzifəsinə təyin olunmuşdur.
1967-ci ildə müsabiqə əsasında Bakı Dövlət Universitetin Genetika və darvinizm kafedrasına assistent vəzifəsinə seçilmişdir.
1967 ci ildən bu kafedrada assistent, baş müəllim, dosent, professor vəzifəsində çalışır.
1988-ci ildən BDU-nun Genetika və darvinizm kafedrasına müdir seçilmiş və bu günədək həmin kafedraya rəhbərlik edir.
Apardığı dərslər: Genetika; Təkamül təlimi; Bitkilərin genetikası; Bitkilərin seleksiyası.
97 məqalə, 1 monoqrafiya, 2 kitab və 1 müəlliflik şəadətnaməsinin müəllifidir.
1 doktor və 5 elmlər namizədi hazırlayıb.
6 pambıq sortunun müəllifidir - bunlardan biri «Ağdaş-3» 1982-ci ildən bu günədək Respublikanın pambıq sahələrində əsas yer tutur.
1981-ci və 1987-ci illərdə keçmiş SSRİ Xalq Təsərrüfatı Sərqisinin iştirakçısı kimi Baş Komitənin bürünc və gümüş medalları ilə təltif edilmişdir.
Genetika və seleksiya sahəsindəki nailiyətlərinə görə «SSRİ ixtiraçısı» medalı və SSRİ Elmləri Akademiyasının Rəyasət Heyyətinin qərarı ilə N.İ. Vavilov adına medali lə təltif olunmuşdur.
Azərbaycanq Respublikası «Təhsil Cəmiyyətinin» Təhsil sahələri üzrə nailiyyətlərinə görə təsis etdiyi mükafata layiq görülüb və diplom alıb.

TƏDQİQAT SAHƏSİ

Tətbiqi mutagenez.

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1973-1990-cı illər ərzində tədbiqi mutagenez sahəsində hər il Moskvada keçirilən konfranslarda müntəzəm iştirak etmiş və elmi məruzələr ilə çıxışlar etmişdir.
  • Türkiyənin Qəhraman marac şəhərində 1999-cu ildə keçirilən «Türk dünyasının pambıqçılığının inkişafı» adlı simpoziumda məruzə ilə çıxış etmişdir.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2003, Некоторые сведения о геноме человека. Вестник БГУ, № 3, стр. 60-65
  • 2005, Селекция парниковых сортов томата на устойчивость микрогамет к высоким и низким температурам. Вестник БГУ, № 3, стр. 37-45.
  • 2005, Mikroqametlərin yüksək və aşağı temperaturun təsirinə davamlılığına görə pomidorun istixana sortlarının seleksiyası. BDU. «Xəbərlər», bioloji seriya, № 3, səh. 37-45.
  • 2006, Генозащитное действие маслиновой кислоты при радиационном и химическом мутагенезе. Вестник БГУ, № 2, стр. 64-71
  • 2007, Quraqlıq şəraiti üçün taxıl sortlarının kəmiyyət üsulları ilə seçilməsinin qanunauyğunluqları. BDU «Xəbərlər»-i jurnalı, təbiət elmləri seriyası, № 4, səh. 57-62.

KİTABLAR

  1. Genetikanın əsasları ilə bitkilərin seleksiyası , 18 ç.v., 1994, BDU nəşriyyatı;
  2. «Pambığın mutasion seleksiyasında genotipin rolu»-monoqrafiya 19 ç.v., 1994, BDU-nun nəşriyatı.
  3. «Genetika» dərslik. 25 ç.v.,2002 il, BDU nəşriyyatı.
Bookmark and Share