Biologiya Fakültəsi

İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI KAFEDRASI

Kafedra müdiri: biologiya elmləri doktoru, prof.Əliyev Əli Həsən o. - İnsan və fiziologiyası sahəsində tanınmış alimdir.


Insan və heyvan fiziologiya kafedrası 1919-ci ilin 10 oktyabr ayında yaradılmışdır. O vaxt cəmi iki fakültəsi-tarix-fiziologiyası və tibb fakültəsi olmuşdur. Professor V.İ.Razumovski BDU-nun ilk rektoru olmuşdur və tibb fakültəsi nəzdində “Normal anatomiya” və “Operatib cərrahlıq və topoqrafik anatomiya” kafedralarını yaradaraq, həmin kafedralarda rəhbərlik etmişdir. Ilk dəfə 1919-cu ildə İ.P.Pavlovun şagirdlərindən biri olan İ.S.Sitoviçin iştirakı ilə BDU-da “Fiziologiya” kafedrasının əsası qoyulmuşdur. 1920-ci il oktyabrın 29-da isə tibb fakültəsinə və təbiət elmlərinə xidmət edən “Fiziologiya” kafedrası təşkil olunmuşdur. 1924-cü ildən başlayaraq universitetinin “Fiziologiya” kafedrasına akademik İ.P.Pavlovun yaxın tələbəsi P.Y.Rostovtsev rəhbərlik etmişdir. 1934-cü ildə BDU-nun yenidən bərpa olunmasından sonar Biologiya fakültəsində R.Y.Rostovtsevin rəhbərliyi altında “İnsan və heyvan fiziologiyası” kafedrası təşkil olunmuşdur.
1941-ci ildən akademik A.İ.Qarayev ADU-nun “İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri təyin olunmuşdur.1966-ci ildən 1991-ci ilə qədər “İnsan və heyvan fiziologiyası” kafedrasına akademik A.İ.Qarayevin tələbəsi professor T.D.Qayıbov rəhbərlik etmişdir. 1991-1997-ci illərdə “İnsan və heyvan fiziologiyası” kafedrasına professor H.İ.Cəfərov rəhbərlik etmişdir.
1997-ci ildən bu günə kimi “İnsan və heyvan fiziologiyası” kafedrası və kafedranın nəzdində fəaliyyət göstərən “Biostimulyator”lar problem laboratoriyasının müdiri vəzifəsində biologiya elmləri doktoru, professor Əli Həsən oğlu Əliyev çalışır

Professor-nüəllim heyəti:

dos.V.M.Mədətova
b.e.n.müəl.F.C.Zamanova
b.e.n.müəl.F.Ə.Əliyeva
b.e.n.R.Y.Babyeva

 


Elmi istiqamət: Epifiz-hipotalamus, sensor-visseral sistemlərin təşkili və tənzimlənməsi


Tədris edilən fənlər:

1.İnsan anatomiyası
2.İnsan və heyvan fiziologiyası
3.Mərkəzi sinir sistemi
4.İnsan
5.Qan dövranı
6.Həzmin fiziologiyası
7.Endokrinologiya


Son üç ildə əsas nəşrlər:

  1. Əliyev Ə.H., Cəfərov F.İ., Fərəcov Ə.N., Biologiya-İnsan (dərslik). Bakı, Çaşıoğlu, 2007, 167 səh.
  2. Əliyev Ə.H., Neymanzadə N., Mikayılov U.T., Əliyeva F.Ə. Beyinin müxtəlif funksional vəziyyətlərində lipid və karbohidrat mübadiləsinin tənzimlənməsi. NATO-nun elmi hesabatlar məcmuəsi, 2003, 183-191 səh. (ingilis dilində)
  3. Əliyev Ə.H., Məhərrəmov Ş.Ə., Əliyev F.Ə., İnsan anatomiyası (dərs vəsaiti) BDU-nun nəşri 2007, 312 səh.
  4. Əliyev Ə.H.,Əliyeva F.Ə., Mədətova V.M. İnsan və heyvan fiziologiyası (dərslik) BDU-nun nəşri, 2007, 513 səh.
Bookmark and Share