Biologiya Fakültəsi

ONURĞASIZLAR ZOOLOGİYASI KAFEDRASI

Kafedra müdiri: biologiya elmləri doktoru, prof. Ağamalıyev Fərzəli Qayıbqulu oğlu hidrobiologiya sahəsində tanınmış alimdir.


Onurğasızlar zoologiyası kafedrası 1945-ci ildə yaradılmışdır. Kafedraya 1979-cu ilə qədər prof. V.N. Rusanova, Ş.M. Cəfərov, 1979-cu ildən isə professor F.Q. Ağamalıyev rəhbərlik edir. Hazırda kafedrada 2 elmlər doktoru-professor, 8 elmlər namizədi (onlardan 4-ü dosentdir) fəaliyyət göstərir.
Kafedrada 2 tədris laboratoriyası fəaliyyət göstərir.
Kafedra M.V. Lomonosov adına Moskva Dövlət Universiteti və Sankt-Peterburq Universiteti ilə əlaqə saxlayır.

Professor-müəllim heyəti:

Elmi istiqamət "Azərbaycanın müxtəlif quru və su onurğasızlarının faunası, biologiyası və ekologiyası"

Tədris olunan əsas fənlər:

  • Onurğasızlar zoologiyası
  • Entomologiya
  • Biometod
  • Həşəratin ekologiyası
  • Hidrobiologiya
  • Müqayisəli anatomiya
  • Kənd təsərrüfatı entomologiyası

Son üç ildə əsas nəşrlər :

  • prof.Ağamalıyev F.Q., dos.Muradova E.Ə. - Onurğasızlar zoologiyasından metodik vəsait. Bakı, BDU-nun nəşri, 2003, 196 səh.
  • prof.Ağamalıyev F.Q.,dos.Muradova E.Ə. - Onurğasızlar zoologiyasından praktikum (dərs vəsaiti). Bakı 2003, 203 səh.
  • prof.Quliyeva H.F. - Həşəratın ekoloji fiziologiyası (dərs vəsaiti), Bakı Çaşıoğlu, 2004, 182 səh.
  • dos.Hümbətov Ə.M. Entomologiya (dərs vəsaiti) I-II hissə, Bakı, BDU-nun nəşri, 2005-2006, 330 səh.
  • Dogel Onurğasızlar zoologiyası – dərslik (rus dilindən tərcümə), Bakı 2007 640 səh. (tərcümə edənlər prof.Ağamalıyev F.Q., Qarabəyli O.Z.)
  • prof.Ağamalıyev F.Q. Süleymanova İ.Ə. Xəzər dənizinin Şimali Abşeron körfəzi və ona yaxın adaların bentik infuzor faunası haqqında yeni məlumatlar (rus dilində), Moskva, Zoologiya jurnalı, 2004, ¹1, səh.5-12
Bookmark and Share