Biologiya Fakültəsi

ONURĞALILAR ZOOLOGİYASI KAFEDRASI

Kafedra müdiri – Biologiya elmləri doktoru, professor Mustafayev Qara Teyfur o. - zoologiya və ekolgiya sahəsində tanınmış alimdir, akademik H.Əliyev adına mükafat almışdır.


Bakı Dövlət Universiteti yarandığı 1919-cu ildən onun tibb fakültəsində ümumi zoologiya fənni tədris olunmağa başlanıb (lektor prof.Yelpatevski). 1934-cü ildə Zoologiya kafedrası açılıb (müdir və lektor prof. A.N. Derjavin), laboratoriya məşğələsi aparanlar K.M.Qəmbərov, A.M.Ələkbərov, Y.Ə.Əbdürrəhmanov).
1945-ci ildə «Onurğalılar zoologiyası kafedrası yaradılıb. Kafedraya dosent K.M.Qəmbərov (1945-1977), prof. A.M.Ələkbərov (1978-1985), prof. H.S.Abbasov (1985-1991), prof.Q.T.Mustafayev (1992-h/h) rəhbərlik etmişlər. 1997-ci ildən başlayaraq, kafedra «Onurğalılar zoologiyası və bioekologiya» adlanır. Hazırda kafedrada 2 nəfər elmlər doktoru-professor, 7 b.e.n., o cümlədən 3 nəfər dosent, 1 nəfər baş müəllim, 2 nəfər isə dosent əvəzi fəaliyyət göstərir.
Kafedrada 2 adlı tədris laboratoriyası fəaliyyət göstərir: Zooloji və Ekoloji laboratoriyalar

Professor-müəllim heyəti:

  1. prof. Hacıyev R.V.
  2. b.e.n.baş müəl. Əbdürrəhmanova R.Y.
  3. b.e.n.müəl. Tağıyev Ə.N.
  4. b.e.n.müəl. Hümbətova S.E.
  5. b.e.n.müəl. Məmmədov A.T.


Elmi istiqamət :Azərbaycanın quru ərazilərində yaşayan heyvanların biomüxtəlifliyinin öyrənilməsi, genofondunun qiymətləndirilməsi, faydalı növlərin çoxaldılma texnologiyasının hazırlanması və səmərəli istifadəsi


Tədris olunan əsas fənlər :

  1. Onurğalılar zoologiyası
  2. Ekologiya
  3. Onurğalı heyvanların zoologiyası
  4. Azərbaycan faunası

Son 3 ildə əsas nəşrlər :

  1. Q.T.Mustafayev, R.Ə.Əliyeva, S.R.Hacıyeva Ekologiyanın əsaslar (dərslik), Bakı, 2006, 535 səh.
  2. Q.T.Mustafayev, N.A.Sadıqova Ornitologiya (dərs vəsaiti) Bakı, 2005, 444 səh.
  3. Q.T.Mustafayev, N.A.Sadıqova Azərbaycanın quşları (monoqrafiya), Bakı, 2005, 420 səh.
  4. S.Q.Cəfərova ,Ç.A.Ağayeva, N.A.Sadıqova Onurğalılar zoologiyası labaratoriya praktikum (dərs vəsaiti)Bakı, 2005, 160 səh.
  5. Q.T.Mustafayev Azərbaycanda suyun ekologiyası və Xəzərin biomüxtəlifliyi, monoqrafiya Bakı 2007, 212 səh.
Bookmark and Share