Biologiya Fakültəsi

Prof. Axundova Ellada Mirəli qızı

 

 

Bioloqiya elmləri doktoru,
Genetika və darvinizm kafedrasının professoru
İş tel. (+99412) 539 05 28

 

 

QISA BIOQRAFIK MƏLUMAT

22 oktyabr 1940-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1957-ci ildə Bakı ş.189 saylı orta məktəbi bitirmişdir.
1962-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
1966-cı ildə namizədlik dissertasiyasını,
1986-cı ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Ailəlidir. İki övladı və dörd nəvəsı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1962-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.
1966-cı ildə «Tut yarpaqlarında nuklein turşularının dinamikası» mövzusunda ADU- nun Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə edib.
1986-cı ildə Belorusiya EA-nın nəzdində olan Dissertasiya Şurasında «Poliploidiya ilə əlaqədar Morus L. cinsinin genomunun struktur-funksional xüsusiyyətləri» möv- zusunda doktorluq dissertasiyasını müdafiə edib.

ƏMƏK FƏALİYYƏTİ

1967-1987 illərdə Azərbaycan EA-nın Genetika və Seleksiya İnstitutunda baş elmi işçi,
1987-1988 illərdə «Üzüm və tut bitkisinin genetikası və seleksiyası» şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1988-ci ildən Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Genetika və darvinizm kafedrasında professor vəzifəsində çalışır.
“Genetika”, “Təkamül təlimi”, “İmmun genetikası”, “Somatik hüceyrələrin genetikası” “Təkamül genetikası” fənnləri üzrə dərslərini aparır.
114 məqalə və tezis, 1 monoqrafiya, 2 kitabın müəllifidir.
Üç elmlər namizədi yetişdirmişdir.
İlk dəfə olaraq Morus L. cinsinin poliploid sırasında (2x-22x) genomun quruluşunda baş verən dəyişiklikləri müəyyən etmiş və bunlar uyğunlaşma prosesinin mexanizmlərin- dən biri kimi qiymətləndirilmişdir. Sov.İKP Mərkəzi Komitəsinin SSRİ Nazirlər Sovetinin Mərkəzi Həmkarlar Təşkilatının Fəxri Fərmanı, Bakı Dövlət Universitetinin Fəxri Fərmanları ilə (2000, 2002) təltif edimişdir.

TƏDQİQAT SAHƏSİ

Poliploidiyanın molekulyar-genetik əsasları.

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • IV Beynəlxalq Simpozium, «Qeyri ən-ənəvi bitkilər», Moskva 2002;
  • XVIII Ulusal Biologi konqresi, ADANA, 2004;
  • Beynəlxalq seminar «Müasir genetikanın inkişafında sosial və etik aspektlər», Bakı 2006,
  • I Beynəlxalq konfrans «Genetik ehtiyatların biomüxtəlifliyi», Bakı 2006;
  • VII Beynəlxalq simpozium, «Yeni və qeyri ən-ənəvi bitkilər və onların istifadə olun- masının perspektivləri», Moskva, 2007;
  • 10 Beynəlxalq konqres «Aqronomiya və bitki seleksiyası» Kərəc (İran 2008).

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Yüksək ploidli tut bitkilərində DNT-nin struktur vəziyyəti, VII Beynəlxalq simpozi- um «Yeni və qeyri ən-ənəvi bitkilər və onların istifadə olunmasının perspektivləri», Moskva 2007, s.25-28. (rus).
  • Morus L. cinsinin poliploidləşməsi ilə əlaqədar genetik materialın eliminasiyası, Bakı Universitetinin Xəbərləri, 2007, 4, s.68-73 (rus).
  • Tut bitkisinin poliploidlərinin genetik sistemləri və onların qarşılıqlı əlaqələri, AMEA Botanika İnstitutunun Elmi əsərləri, Bakı “Elm”,2008, XXVIII c., s.281-284.
  • “İmmun genetikası”, “Somatik hüceyrələrin genetikası”,“Təkamül genetikası” ixtisas- ları üzrə maqistratura üçün proqramlar, 2008.

KİTABLAR

  1. Poliploidiya və DNT (monoqrafiya, rus), «Elm», 1983, 107 s.
  2. Ekoloji genetika. Dərs vəsaiti, «Təhsil», 2004, 2006, 263 s.
Bookmark and Share