Biologiya Fakültəsi

Prof. Əliyeva K.Ə.


Biologiya elmləri doktoru,professor
İş telefonu: (+99412) 539 05 28
e-mail:kama_fuad @ mail.ru

 

 

QISA BIOQRAFIK MƏLUMAT

1967-ci il 08 iyun tarixində Bakı şəhərində anadan olub.
1984-cü ildə Bakı şəhəri 44 saylı orta məktəbi “Qızıl medal”la bitirib.
Ailəlidir. Bir oğlu və bir qızı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1989 - Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakultəsini bitirib.
1993 - “Azərbaycanın iki bölgəsinin əhalisində beta-qlobin geninin mutasiyasının molekulyar-genetik xarakteristikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
2004 - “Azərbaycanın bəzi rayonlarının kənd əhalisinin populyasion və genetik-demoqrafik tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1989-cu ildən Azərbaycan Dövlət Universitetinin genetika və darvinizm kafedrasında baş laborant, müəllim,baş müəllim,dosent,
hal-hazırda professor vəzifəsində çalışır.
Apardığı dərslər: “Genetika”, “Tibbi genetika”, “Sitologiya”,“Somatik hüceyrələrin genetikası”.
70 məqalə, 1 monoqrafiya və 4 kitab müəllifidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi biologiya elmləri üzrə elmi-metodiki şuranın elmi katibidir.
2003-cü ildə Azərbaycan Respublikası “Təhsil Cəmiyyətinin” Təhsil sahələri üzrə nailiyyətlərinə görə təsis etdiyi mükafata və diploma layiq görülüb

TƏDQİQAT SAHƏSİ

Tibbi genetika.

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1998, Türkiyədə XIV Beynəlxalq bioloji konqres, Samsun;
  • 1999, “İnsan fiziologiyası və patologiyasının aktual məsələləri” Beynəlxalq elmi-praktiki konfrans, Bakı.;
  • 2000, “Tibbi genetiklərin Rusiya cəmiyyətinin II qurultayi”, Kursk;
  • 2000, “Ekologiya və sağlamlıq” XI Beynəlxalq simpoziumu, Aluşta.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2004, Ревматизм у детей подросткового возраста, Bakı universitetinin xəbərləri, №4.
  • 2006, Наследственность при хроническом тонзиллите, Bakı universitetinin xəbərləri, №1.səh.43-46.
  • 2006, Yeni doğulmuşlarda irsi hemoqlobinopatiyaların skrininqi, “Bilgi dərgisi”, “Kimya,biologiya,tibb”, №1-2, səh.65-67.
  • 2007, Azərbaycan Respublikasının Dəvəçi rayonunun əhalisində β-talassemiyanın patoloji geninin aşkar edilməsi və genetik heterogenliyi, “Bakı Universitetinin xəbərləri”, №1, səh.64-68.
  • 2008, Генетические исследования среди населения Ленкоранского и Масаллинского районов Азербайджанской Республики, “Bakı universiteti xəbərləri”, №3, səh.56-61.

KİTABLAR

  1. "Genetika və təkamül təlimi ensiklopedik lüğəti”, Bakı, 2000, 9,5 ç.v
  2. "Genetika” dərslik,Bakı 2002, 25 ç,v
  3. "Tibbi genetika”dərslik, Bakı, 2008, 7,3 ç.v
  4. "Fərdi inkişafın biologiyası", Bakı, 2009, 12 ç.v.
Bookmark and Share