Biologiya Fakültəsi

prof.Quliyeva H.F.

Biologiya elmləri doktoru, professor
(+99412) 4303245, 5391091
e-mail hokumabio@yahoo.com

 

 

QISA BIOQRAFIK MƏLUMAT

3 sentyabr 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur.

TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir.
1983 - «Pambıq sovkasında (Heliothis armigera Hubn.) amin turşuları və zülalların miqdarının yaş və mövsümi dəyişkənliyi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1999 - « Kənd təsərrüfatı bitkilərinin təhlükəli zərərvericilərinin(Noctuidae,Pieridae, Aphididae) ekoloji, fizioloji, biokimyəvi xarakteristikası və Azərbaycan şəraitində onlara qarşı mübarizə sistemində yuvenoidlər dən istifadə olunmasının elmi-sxemlərinin hazırlanması» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2007 – BDU-nun professorudur.

ƏMƏK FƏALİYYƏTİ

1970 - Respublika Klinik Xəstəxanası;
1971 - MEA Genetika və Seleksiya İn-tu;
1972 - Virusologiya, Mikrobiologiya və Gigiyena ETİ;
1974 - MEA Zoologiya İn-tu,
2001-ci ildən BDU-nun Onurğasızlar zoologiyası kafedrasında çalışır.
Apardığı dərslər: «Onurğasızlar zoologiyası» (rus və azərb.bölmələri), «Entomologiya və bitkilərin mühafizəsi»(rus bölməsi), «Onurğasız heyvanların mühafizəsi», « Həşəratların fiziologiyası», «Biologiyanın tarixi və metodologiyası», «Biologiyanın müasir problemləri», «Həşəratların ekologiyası», «Böyük ixtisas təcrübəsi».
70 məqalə, 2 monoqrafiya, 3 kitab və tövsiyələr, bir patentin müəllifidir.
bir doktorluq dissertasiyasının məsləhətçisi və bir namizədlik dissertasiyasının rəhbəridir. Zərərli (Noctuidae, Pieridae, Aphididae, Arctiidae, Geometridae) və xeyirli (Bombycidae) həşərat növlərinin ekoloqo-fizioloji və biokimyəvi xüsusiyyətlərini tədqiq etmiş, onların inkişafı və say dinamikasının proqnozlaşdırılmasının fizioloji üsulunu işləyib hazırlamış, nəticələri 3 əməli-tətbiq kimi (Azərbaycan Kənd təsərrüfatı Nazirliyi, 1982-1998;
Rusiya Kənd Təsərrüfatı Akademiyası, 1997) qəbul edilmişdir.
BDU-nun Fəxri Fərmanı ilə təltif olunmuşdur.

TƏDQİQAT SAHƏSİ

Eksperimental Entomologiya (Ekoloji fiziologiya və biokimya, Həşəratların endokrinologiyası bölmələri üzrə).

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1989, Umümittifaq Entomoloji Cəmiyyətin X Qurultayı, Leninqrad;
  • 1989, Entomoloqların II Zaqafqaziya konfransı, Tiflis;
  • 1992, «Pambığın rvericilərdən mühafizəsində inteqrasiya problemləri» Beynəlxalq konfrans, Aşğabad,;
  • 1994, «Ekologiyanın müasir problemləri və onların həlli yolları» I Beynəlxalq elmi-texniki konfrans, Bakı;
  • 1997, «Ətraf mühit və ekologiya», Beynəlxalq elmi-metodik konfrans, Bakı;
  • 2000, «Fizioloqların II Qurultayı», Bakı;
  • 2001, «XX əsrin sonunda Heyvanlar aləminin öyrənilməsi və qorunması» akad.M.Ə.Musayevin 80- illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans, Bakı;
  • 2002, «Qazaxstanda zooloji tədqiqatlar» V.A.Doğelin 120-illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans, Alma-Ata;
  • 2008, Entomoloqların Beynəlxalq Konqresi ( ICE 2008), Durban.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2003, «Tut ipəkqurdunda (Bombyx mori L.) fotoperiodik uyğunlaşmaların hormonal tənzimi».
  • 2003, «Tut ipəkqurdunda fotoperiodizmin kəmiyyət təzahürünün hormonal tənzimi haqqında».
  • 2004, «Onurğasız heyvanların mühafizəsi» proqramı.
  • 2004, «Tut ipəkqurdunun (Bombyx mori L.)monovoltin cinsində kəmiyyət FPR-in tənzimlənməsində corpora allata vəzisinin rolu».
  • 2005, “Some aspekts of the Hormonal Controle of Quantitative and Qualitative Displays of Photoperiodizm in Silkworm Bombyx mori L.” Turkey.
  • 2005, «Su mühitinin tut ipəkqurdunun (Bombyx mori L.) inkişafına təsiri.
  • 2006, «Amerika ağ kəpənəyi (Hyphantria cunea Drury.) abşeron populyasiyasında yay diapauzasının fotoperiodik xüsusiyytləri"».
  • 2007, «Azərbaycanın Şimal-Şərq hissəsində sarı çəmən qarışçısının(Tephrina arenacearia Den. et Schiff. Lepidoptera, Geometridae) biologiya və fiziologiyasının bəzi xüsusiyyətləri».
  • 2008, «Onurğasızlar zoologiyası» kursunun proqramı, ixtisas Biologiya.
  • 2008, «Onurğasızlar zoologiyası» kursunun proqramı, ixtisas Biokumya

KİTABLAR

  1. «Azərbaycanda bəzi zərərli kəpənəklərin bioekoloji, fizioloji və biokimyəvi xarakteristikası» (monoqrafiya), 1992.
  2. «Həşəratların böyümə və inkişafının neyrohormonal tənzimi» (monoqrafiya), 2001.
  3. «Zooloqiə bespozvonoçnıx: kratkoe izlojenie i metodiçeskie ukazaniə», (2003).
  4. «Həşəratların ekoloji fiziologiyası», (2004).
  5. «Onurğasız heyvanların mühafizəsi», ( 2007).
Bookmark and Share