TƏDBİRLƏR
Fakültənin mühüm tədbirləri
Fakültədə hər il mütamadi olaraq gənc alimlər üçün Beynəlxalq Elmi Konfrans təşkil olunur.
2019-cu ildə aprel döyüşlərinin qaziləri ilə tələbələrin görüşü təşkil olunmuşdur.
Son 10 il ərzində fakültədə təhsil alan tələbələrin xalq yazıçısı Çingiz Abdullayevlə 2 dəfə görüşü təşkil olunmuşdur.
AR Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində 2019-2020-ci tədris ilində fakültənin professor-müəllim heyəti tərəfindən tələbələr üçün seminarlar təşkil olunmuşdur.
Mütəmadi olaraq, Tələbə Elmi Cəmiyyətinin seminarları təşkil olunur.
Hər il fakültənin professor-müəllim heyəti və tələbələrin təşkilatçılığı ilə Xocalı soyqırımı, 20 Yanvar faciəsi tarixlərinə həsr olunmuş tədbirlər keçirilir.
Mütəmadi olaraq, fakültədə çalışan alimlərin elmi seminarları keçirilir.
Fakültənin professor-müəllim heyəti və tələbə kontingenti AR Təhsil Nazirliyi tərəfindən təşkil olunan konfrans və müsabiqələrdə fəal iştirak edir.
