Biologiya Fakültəsi

TƏDRİS PROQRAMI

Biologiya istiqamətində Biologiya ixtisası üzrə təhsil alan tələbələr üçün digər bioloji fənlərlə yanaşı «Biokimya», «Enzimologiya», «Biotexnologiya» və «İmmunologiya» kimi fundamental bioloji fənlər tədris olunur.
Bioloji kimya - canlı orqanizmlərin kimyəvi tərkibi, həmin maddələrin xassələri və həyat fəaliyyəti dövründə onların çevrilmələrini öyrənən elmdir.
«Biokimya» kursu fundamental bioloji fənlərin sırasına aiddir. Bu kursun əsas vəzifəsi canlı orqanizmlərin, orqanların, toxumalann və hüceyrələrin kimyəvi tərkibi, orqanizmi təşkil edən üzvi birləşmələrin kimyəvi quruluşu, xassələri, həyat fəaliyyəti zamanı çevrilmələri, canlı hüceyrədə baş verən biokimyəvi reaksiyaların tənzimlənməsi, ayn-ayrı toxumalarm tərkibi və maddələr mübadiləsindəki xüsusiyyətləri haqqında tələbələrə müasir səviyyədə hərtərəfli bilik verməkdən ibarətdir. Bu kursda canlı orqanizmi təşkil edən əsas üzvi birləşmələrin - zülallar, karbohidratlar, lipidlər, nuklein turşulan - quruluşu, xassələri, eləcə də orqanizmin həyat fəaliyyətini təmin edən biokimyəvi çevrilmələr müzakirə olunur. «Biokimya» kursunda həmçinin orqanizmin vahid bir sistem kimi fəaliyət göstərdiyini təmin edən, biokimyəvi proseslərin tənzimlənməsi mexanizmlərinə də xüsusi diqqət aynlır.
«Enzimologiya» kursu orqanizmdə baş verən biokimyəvi reaksiyaların gedişini təmin edən bioloji katalizatorlar olan fermentlərin kimyəvi təbiətinə, onların xassələrinə, müxtəlifliyinə, hüceyrədə lokalizasiyasına həsr olunmuş ümumi kursdur. Bu kursun çərçivəsidə fermentativ reaksiyalann xüsusiyyətləri, onların kinetikası, müxtəlif amillərin fermentativ fəallığa təsiri də müzakirə olunur. Fermentlərin təsnifatına və hər ferment sinfınin xüsusiyyətlərinə də diqqət ayrılır.
«Biotexnologiya» kursu 4 əsas istiqamətdən ibarətdir: l) texniki (sənaye) mikrobiologiya; 2) mühəndis enzimologiyası; 3) gen mühəndisliyi və 4) hüceyrə mühəndisliyi.
İmmunologiya biologiya və tibb elmlərinin artıq sərbəst bir şaxəsinə çevrilmiş, intensiv surətdə inkişaf etməkdə və böyük perspektivlərə malik olan müasir fənlərdən biridir. «İmmunologiya» kursunun vəzifəsi immun sisteminin təşkili, immunitetin əmələ gəlməsində iştirak edən hüceyrələr və molekullar, immunitetin əmələ gəlmə mexanizmləri, immunoloji cavabm tənzimlənməsi, immunopatologiyalar haqqında tələbələrə ən müasir məlumatların çatdırılmasından ibarətdir.
Biologiya istiqamətində Biokimya ixtisası üzrə təhsil alan tələbələr üçün fundamental bioloji fənlərlə yanaşı «Biokimyaya giriş», «Statik biokimya», «Dinamiki biokimya», «Hüceyrələrin quruluş elementlərinin biokimyası», «Enzimologiya», «Molekulyar biologiya», «Mikroorqanizmlərin biokimyası», «Hormonların biokimyası», «Vitaminologiya», «Biokimyamn müasir metodları və böyük ixtisas təcrübəsi» kimi ixtisas fənləri də tədris olunur.
«Biokimyaya giriş» fənninin əsas vəzifəsi tələbələri Biokimya elminin inkişaf tarixi, bioloji kimyanm əsas terminləri və prosesləri ilə tanış etməkdən ibarətdir. Bu kursun sayəsində «Statik biokimya», «Dinarnik biokimya», «Enzimologiya» və digər kimi sonradana tədris olunan fənlərin tələbələr tərəfındən yaxşı mənimsənilməsinə xidmət edir.
«Statik biokimya» kursu canlı orqanizmlərin tərkibinə daxil olan maddələrin keyfiyyət və kəmiyyət tərkibinin, onların kimyəvi quruluşunun müzakirəsinə həsr olunur. Bunula əlaqədər olaraq, «Statik biokimya» kursu bir neçə bölmədən ibarətdir ki, onlardan hər biri müəyyən birləşmələr sinfinə (zülallar, karbohidratlar, lipidlər, nuklein turşuları) həsr olunub. Bundan başqa, bu kursun vəzifələrindən biri də, toxumalarm tərkib xüsusiyyətlərinə diqqət yetirməkdən ibartədir.
«Dinamiki biokimya» kursu orqanizmi təşkil edən maddələrin çevrilməsi yollarmı, bununla əlaqədar enerjinin çevrilməsini, maddələrin sintezi və ya parçalanmasını, bu proseslərin tənzimlənməsini şərh edir. Bu kursun proqramında zülallann, karbohidratların, lipidlərin və nuklein turşularının anabolizmi və katabolizmi yolları, eləcə də onların qarşılıqlı əlaqəsi ətraflı verilmişdir.
«Hüceyrələrin quruluş elementlərinin biokimyası» fənninin əsas vəzifələri ali orqanizmlərin hüceyrələrinin quruluşlarının daha dəqiq öyrənilməsidir. Bu quruluşların genetik sistemləri ilə tanışlıq.
«Enzimologiya» kursunun vəzifələri Biologiya ixtisası üzrə təhsil alan tələbələr üçün tərtib olunan proqrammı ilə uyğundur, lakin fərqli cəhəti ondan ibarətdir ki, bu kursda fermentlərin kimyəvi təbiətinə, təsnifatına, fermentativ reaksiyaların tənzimlənməsinə daha geniş yer ayrılır. Tibbi enzimologiyanın enzimopatologiya, enzimodiaqnostika və enzimoterapiya kimi sahələrinə də xüsusi yer ayrılır.
«Vitaminologiya» kursu orqanizmin normal fəaliyyəti və inkişafı üçün zəruri olan müxtəlif təbiətli kiçikmolekullu bioloji fəal birləşmələr olan - vitaminlər haqqında bəhs edən kursdur. Bu kurs ərzində tələbələr vitaminlərin müxtəlifliyi, onların kimyəvi quruluşu, orqanizmdə biokimyəvi və fızioloji rolu, metabolizmi, təbiətdə yayılması və orqanizmin vitaminlərə gündəlik tələbatı ilə tanış olacaqlar.
"Molekulyar biologiya" bioloji elmlər sırasına aid olan intensiv inkişafa və böyük perspektivlərə malik olan elmlərdən biridir. «Molekulyar biologiya» kursu canlı materiyanın əsasını təşkil edən və onun sabitliyini təmin edən nüklein turşularının quruluşuna, müxtəlifliyinə, funksiyalarına, onların fəallıqlarının tənzimlənməsinə həsr olunmuş kursdur. Bu kursun nəzdində transkripsiya, translyasiya kimi vacib proseslərin və onların tənzimlənmə mexanizmlərinin müzakirəsi aparılır.
«Biokimyanın müasir metodları və böyük ixtisas təcrübəsi» kursunun vəzifələri aşağıdakılardan ibarətdir: tələbələrin laboratoriya qab-qacağı və avadanlığı ilə tanışlığı, həmin avadanlıqda iş prinsipinin mənimsənilməsi, tədqiqatlar zamanı tətbiq olunan müasir biokimyəvi üsullarla nəzəri və praktiki tanışlıq, bioloji obyektlərdə üzvi maddələrin miqdarca təyini üsullarının mənimsənilməsi.

Bookmark and Share