Biologiya Fakültəsi

Təhsil

Bakalavr pilləsində Onurğalılar zoologiyası, Azərbaycan faunası (onurğalılar), onurğalı heyvanların ekologiyası və ixtiologiya fənləri tədris edilir. 2009-cu ildən isə əlavə olaraq xüsusi ixtiologiya,xüsusi ornitologiya, xüsusi teriologiya və populyasiyanın ekologiyası tədris edilməsi planlaşdırılıb.
Magistratura pilləsi 2 ixtisas üzrədir. Zoologiya ixtisası alanlara biologiyanın müasir problemləri və texnologiyası, ixtiologiya, herpetologiya, ornitologiya, teriologiya, böyük ixtisas təcrübəsi,zoocoğrafiya, müqayisəli anatomiya; Ekologiya ixtisası alanlara isə balıqların ekologiyası, amfibii və reptililərin ekologiyası, quşların ekologiyası, məməlilərin ekologiyası, insanın ekologiyası, ekoloji biofizika, tətbiqi ekologiya, qlobal ekologiya, təkamül ekologiyası və böyük ixtisas təcrübəsi tədris olunur.

Bookmark and Share