Biologiya Fakültəsi

TƏHSİL

Kafedranın əməkdaşları tərəfindən biologiya fakultəsində Ali-peşə təhsilinin bakalavr pilləsində «Biofizika», «Molekulyar biologiya», «Membranologiya» fənnləri üzrə mühazirələr oxunur. Ali təhsilin magistratura pilləsində isə «Bioinformatika» və «Biologiyada riyazi modelləşmə» fənnləri üzrə mühazərələr oxunur. Təhsilinin magistratura pilləsində «Biofizika» və «Molekulyar biologiya» ixtisasları üzrə mütəxəssislər hazırlanır. «Biofizika» ixtisası üzrə təhsilin magistratura pilləsində kafedra əməkdaşları tərəfindən «Biofizikanın tədqiqat üsulları», «Fotobioloji proseslərin biofizikası», «Radiasiya biofizikası», «Bioloji proseslərin kinetikası», «Bioloji proseslərin termodinamikası», «Membran proseslərinin biofizikası», «Əzələ təqəllüsünün və resepsiyanın biofizikası» və «Bioenergetika» fənnləri üzrə mühazirə, laboratoriya, məşğələ və seminar dərsləri aparılır. Təhsilin magistratura pilləsində «Molekulyar biologiya» ixtisası üzrə magistrantlara Azərbaycan EA Botanika institutunun «Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları» şöbəsinin və kafedranın əməkdaşları tərəfindən «Molekulyar biologiyanın müasir problemləri», «Molekulyar biologiyanın tədqiqat üsulları», «Genetik informasiyanın ekspressiyasının tənzimlənməsi», «Molekulyar genetika və təkamül», «Makromolekulların dinamik modelləri», «Sres amillərin təsirinin molekulyar mexanizmi», «Fotosintezin molekulyar biologiyası», «Biomakromolekulların daşınmasının molekulyar mexanizmi», «Bioloji siqnalların ötürülməsinin molekulyar mexanizmi», «Gen mühəndisliyi» fənnləri üzrə mühazirə, məşğələ, seminar və laboratoriya dərsləri aparılır.

Bookmark and Share