Biologiya Fakültəsi

TƏKAMÜL TƏLİMİ MUZEYİ

Təkamül təlimi müzeyi 1937-ci ildə “Genetika və darvinizm” kafedrası nəzdində prof. Mirəli Axundov tərəfindən yaradılıb və hal-hazırda onun adını daşıyır. Muzeyin əsas məqsədi təkamülün reallığını sübut etməkdir. Bunun üçün muzeydə bölmələr təşkil olunub. Bu bölmələrdə 2461 eksponat yerləşdirilmişdir. Muzeydə Təkamül təlimi fənnini keçən tələbələr, bütün məktəblərin yuxarı sinif şagirdləri və digər ali məktəblərin tələbələri ekskursiyaya gəlirlər. Tələbələrlə yanaşı BDU-nə gələn fəxri qonaqlar da muzey ilə tanış olurlar.
1982-ci ildən Təkamül təlimi muzeyinə biologiya elmləri namizədi Cəfərova Səidə Cəfər qızı rəhbərlik edir.

 








Səidə Cəfər qızı Cəfərova

Biologiya elmləri namizədi.
“Təkamül təlimi” muzeyinin müdiri.
Tel:(012)4390528

Qısa bioqrafik məlumat

24 sentyabr 1948-ci ildə Bakı şəhərində anadan olub.
1956-cı ildə Bakı şəhəri 190 saylı məktəbə daxil olub.1966-cı ildə həmin məktəbi bitirib. Ailəlidir, 1 övladı, 2 nəvəsi var.
1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakultəsinə daxil olub.
1971-ci ildə həmin fakultəni bitirib.


Əmək fəaliyyəti
1982-ci ildən BDU-nin “Genetika və darvinizm” kafedrası nəzdində “Təkamül təlimi” muzeyinin müdiri vəzifəsində işləyir.

Elmi dərəcə və elmi adları
1944-cü ildə “Ftor ionlarının genotoksikliyi və ftorinduksiyaedici mutagenezin korreksiyasının mümkünlüyü” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
46 elmi əsərin müəllifidir.


Seçilmiş elmi əsərləri
1. 2002 – защита генома млекопитающих от мутагенности стирола и анилина экстрактом из плодов унаби и сконструированным композиционным препаратом. Москва Ж. Цитология и генетика. №5 стр.
2. 2003- Modification by Compositional Antimutagens of the Key Stages of a Mutation Process. Turkish journal of Biology. p. 137-143.



Bookmark and Share