Biologiya Fakültəsi

Biologiya fakültəsinin TEC-nin seminarı keçirildi

26/04/2012

26.04.2012 tarixində Biologiya fakültəsinin TEC-nin növbəti seminarı keçirildi. Seminarda Mikrobiologiya və virusologiya kafedrasının professoru b.e.d. Xudaverdi Qəmbərov “Qurani Kərimdə bioloji fikirlər” mövzusunda çıxış etdi. Seminar məruzəçinin yazdığı kitab əsasında qurulmuşdur. Burada Xudaverdi müəllim bir qədər kitabın yazılma tarixçəsindən, kitabı yazdığı ərəfədə qarşılaşdığı çətinliklərdən söhbət açdı. Sonra Qurani Kərimdə yazılan bəzi ayələrin elmi açıqlamalarını izah etdi. Məlum oldu ki, Qurani Kərimdə biologiya sahəsinə aid bir çox maraqlı ayələr var ki, onlar bizə məlum olan elmi biliklərlə üst-üstə düşür. Burada həm təkamülü təsdiq edən, həm embrionun ana bətnində inkişafı və bir çox digər faktların yazıldığı sadəcə heyranedicidir. Belə ki, belə elmi açılışlar alimlər tərəfində son bir neçə əsrdə əldə olmuşdu, Qurani Kərim isə bizim eranın əvvəllərində yazılmışdır. Bununla əlaqədar bir çox suallar ortaya çıxır. Necə olur ki, eramızın əvvəllərində, heç bir texnologiyanın ümumiyyətlə olmadığı bir dövürdə, insanların hüceyrənin, embrionun və bunun kimi digər faktorların mövcudluğunu belə təsəvvür edə bilmədiyi bir dövürdə elə bir Kitab peyda olur ki, burada nəinki yuxarıda adı çəkilən məhfumların, eləcə də, canlının ana bətnində necə formalaşması belə izah olunur? Bu məlumatları biz hələ indi, ən yeni texniki avadanlıqların hesabına əldə edirik.

Sonda məruzəçi iştirakçıların çoxsaylı suallarını cavablandırdı.

Bookmark and Share