Biologiya Fakültəsi

22 dekabr 2018-ci il tarixində BDU Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Təbiətin çağırışı" adlı intellektual oyun keçirilib

22/12/2018

22 dekabr 2018-ci il tarixində BDU Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Təbiətin çağırışı" adlı intellektual oyun keçirilib.


BDU Tələbə Gənclər Təşkilatı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində növbəti tədbirini keçirib. Dövlət proqramının uyğun olaraq 2.1.23. gənclərin asudə vaxtının səmərəli təşkili bəndinə əsasən intellektual oyun keçirilib.

Oyun tədbirin əsas məqsədinə uyğun hazırlanmış "Təbiətin çağırışı" adlı videoçarxın nümayişi ilə başlanıb. Oyun zamanı dünyagörüşünü əhatə edən ümumi suallar səsləndirilib. Maraqlı və gərgin dəqiqələrlə keçən yarışda 8 komanda iştirak edib. Yarışın sonunda qalib olan komandalar sertifikat və hədiyyə ilə mükafatlandırılıb. Tədbir müddətində fasilələr zamanı gitara ifaçıları iştirakçılar üçün müxtəlif ifalar səsləndirib və birgə əyləncəli vaxt keçirilib. Tədbir sonunda isə Yer üzərində həyatın yaranması mövzusunda videoçarx nümayiş olunmuşdur. Yarışmanın nəticələrinə uyğun olaraq 3-cü yeri "Aqat" komandası, 2-ci yeri "120A" komandası tutub. Yarışmanın qalibi isə "Unsurpassed biologists"  komandası olub.











Tədbirdə iştirak edən bütün komandalarımıza təşəkkür edir və qalib komandanı bir daha təbrik edirik!

#BDU #TGT #BDUTGT #biologiya #ActiveYouth #IctimaiyyetleElaqeler

Bookmark and Share