Biologiya Fakültəsi

Onurğasızlar zoologiyası kafedrasının müəllimi b.e.d. A.A.Manafov Rusiya Federasiyası trematodoloqların dəyirmi masasında iştirak edib

23/01/2014

BDU-nun Zoologiya kafedrasının müəllimi, AMEA-nın Zoologiya İnstitutunun “Su heyvanlarının parazitləri” laboratoriyasının müdiri, b.e.d. Asif Abbas oğlu Manafov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olmuşdur. O, 20-21 yanvar 2014-cü il tarixlərində Rusiya Federasiyası trematodoloqların dəyirmi masasında iştirak etmişdir. Müzakirə olunan əsas məsələ “Trematodların vahid metodikalar əsasında öyrənilməsi” olmuşdur. A.A. Manafov “Azərbaycanın su hövzələrində Melanopsis praemorsa mollyuskunun parazit faunası” adlı məruzəsi ilə çıxış etmiş, trematodların müasir mikromorfoloji tədqininin müasir səviyyəsi və perspektivinə dair öz mülahizələrini mütəxəssislərin nəzərinə çatdırmışdır.

Tədbirin rəsmi hissəsindən əlavə Azərbaycanda parazitoloji tədqiqatların inkişaf perspektivləri, birgə mövzuların işlənməsi və gənc tədqiqatçıların mübadiləsi barədə fikir mübadiləsi və razılaşmalar əldə olunmuşdur. Ayrı-ayrılıqda Rusiya Parazitoloqlar Cəmiyyətinin sədri K.V. Qalaktionovla, Rusiya EA Sibir şöbəsinin Heyvanların Sistematikası və Ekologiyası Institutunun direktoru V.V. Qlupovla, Sankt-Peterburq Dövlət Universitetinin “Onurğasızlar Zoologiyası” kafedrasının müdiri A.İ. Qranoviçlə, Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin “Zoologiya” kafedrasının müdiri Q.L. Atayevlə, Pskov Dövlət Universitetinin “Zoologiya və Heyvanların Ekologiyası” kafedrasının müdiri V.V. Prokofevlə birgə layihələrin hazırlanması və müntəzəm elmi əlaqələrin yaradılması haqqında danışıqlar aparılmışdır.

Bookmark and Share