Biologiya Fakültəsi

"3D Organ Printing"

01/12/2017

“3D Organ Printing”

1 dekabr 2017-ci il tarixində Biologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “3D Organ Printing” mövzusunda elmi seminar keçirilmişdir.

Məruzəçi 4-cü kurs tələbəsi Gülməmmədova Nəzrin öz çıxışında “3D Organ Printing” sahəsi, onun həyata keçirilmə mexanizmi, tətbiq sahələri və s. bu kimi maraqlı məlumatlar vermişdir. Prof. Xudavedi Qenberov, prof. Rafiq Həsəov, prof. Rövşən Xəlilov , Mikrobiologiya kafedrasının doktorantı Aygün İsrayılova və digər müəllimlərlə yanaşı TEC-in sədri Nurana Cəfərli, digər nümayəndələr və 30-a yaxın tələbənin iştirak etdiyi bu seminarda mövzu ilə bağlı bir çox suallar cavablandırılmışdır.





Bookmark and Share