Biologiya Fakültəsi

BİORAD LABORATORİYASI NÜMAYƏNDƏLİYİNİN VƏ LABSERVİS ŞİRKƏTİNİN ƏMƏKDAŞLARININ İŞTİRAKI İLƏ KEÇİRİLƏN SEMİNAR

17/05/2018

17 May 2018-ci il tarixində Biologiya fakültəsində BioRad laboratoriyasının Rusiya Federasiyasındakı nümayəndəliyinin və Labservis şirkətinin əməkdaşlarının iştirakı ilə seminar təşkil olunmuşdur.

Seminar genomun redaktə olunmasının innovativ texnologiyalarına və zülalların müasir tədqiqat üsullarına həsr olunmuşdur. Anastasiya Şnıryova gen mühəndisliyinin ,xüsusilə də insanda gen terapiyası metodlarının tədbiqinə dair geniş məruzə ilə çıxış etmişdir. Evgeniy Vrjeş öz çıxışında proteomiks metodlarına aid məlumat vermiş,təkminləşmiş xromotoqrafiya avadanlığı ilə seminar iştirakçılarını tanış etmişdir. Seminarda iştirak edən fakültənin professor-müəllim heyyətinin  nümayəndələri suallar vermiş və qeyd olunmuş mövzular ətrafında diskussiya aparılmışdır.


Bookmark and Share