_Bitkilər haqqında elm və Bioloji təhlükəsizlik_ mövzusunda 2-ci illik qurultay, Böyük Britaniya, London
15/05/201911-13 iyul 2019-cu il tarixində Böyük Britaniya, London şəhərində Bitkilər haqqında elm və Bioloji təhlükəsizlik mövzusunda 2-ci illik qurultay keçiriləcəkdir.
Bu qurultayda dünyanın müxtəlif regionlarından tanınmış alimlərin və elmi işçilərin iştirakı gözlənilir. Həmçinin bu qurultayda Bakı Dövlət Universiteti, Biologiya fakültəsi, Biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Ralfrid Əhəd oğlu Həsənov da iştirak edəcəkdir və o, xüsusi məruzə ilə çıxış edəcək alimlərin siyahısında yer tutur. Ralfrid Həsənov həmçinin bu qurultayın təşkilat komitəsinin üzvüdür.
Mənbə: https://acpb2019.com



