Biologiya Fakültəsi

“ Gənc alimlərin və tədqiqatçıların müasir biologiyanın nəzəri və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir

02/05/2011

Bakı Dövlət Universitetinin biologiya fakültəsində 29-30 aprel 2011-ci il tarixində “ Gənc alimlərin və tədqiqatçıların müasir biologiyanın nəzəri və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransa Rusiya, Türkiyə, İran, Polşa, Çexoslovakiya və digər ölkələrdən materiallar təqdim edilmişdir.

Konfransın plenar iclasını rektor, akademik Abel Məhərrəmov açmışdır. O, bu konfransın biologiya elminin inkişafına xüsusi töhfələr verəcəyinə əminliyini bildirmiş, əhəmiyyətini qeyd etmiş və onun işinə uğurlar arzulamışdır.

Sonra Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev «Müasir biologiyanın son nailiyyətləri» adlı məruzə ilə çıxış etmişdir.

 

Plenar iclasdan sonra Konfrans öz işini «Bitki fiziologiyası, biokimya, biofizika və molekulyar biologiya», «Onurğalılar və onurğasızlar zoologiyası», «İnsan və heyvan fiziologiyası və genetika», «Ekologiya, botanika, mikrobiologiya və torpaqşünaslıq» adlı bölmələr üzrə davam etdirmişdir. İki gün davam edən konfransda 103 məruzə dinlənilmişdir.  Konfrans materialları çap edilərək iştirakçılara paylanmışdır.

 

Bookmark and Share