Biologiya Fakültəsi

“MÜASİR BİOLOGİYADA İNNOVATİV YANAŞMALAR” MÖVZUSUNDA GƏNC ALİMLƏRİN VƏ TƏDQİQATÇILARIN BEYNƏLXALQ ELMİ KONFRANSI

28/04/2018

27-28 aprel 2018-ci il tarixində “Müasir Biologiyada İnnovativ Yanaşmalar” mövzusunda Gənc Tədqiqatçıların konfransı baş tutdu.

BDU-nun Elmi İşləri üzrə prorektoru prof.A.Kazımzadə konfrans iştirakçılarını salamlayaraq gənc tədqiqatçıların elmə marağının son illər ərzində artmasını  və bu cür konfransların keçirilməsinin xüsusi mahiyyətini qeyd etmişdir.

Sonra Biologiya fakültəsinin dekanı, Əməkdar Elm Xadimi prof. A.Ə.Quliyev son illər ərzində fakültədə aparılan elmi-tədqiqat işlərinin daha fəal getməsini və bu sahəyə rəhbərliyin xüsusi diqqətini vurğulayaraq, elmi konfransı açıq elan etmiş və iştirakçılara uğurlar arzulamışdır.

Onu da vurğulamaq lazımdır ki, konfransa Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Rusiya və s. ölkələrdən gənc tədqiqatçıların elmi nəticələri tezis şəklində təqdim olunmuşdur.

Konfrans öz işini 4 seksiya üzrə davam etdirmiş:

1.Bitki fiziologiyası, Biokimya, Biofizika və molekulyar biologiya

2. Zoologiya

3. İnsan və heyvan fiziologiyası, Genetika

4. Botanika, Mikrobiologiya

Seksiyalarda məruzələrlə çıxış edənlər arasından konfransın Təşkilat komitəsi və həmsədirləri tərəfindən ən müasir və maraqlı elmi nəticələri təqdim edən elmi tədqiqatçılar seçilmiş və onlar Biologiya fakültəsinin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə tərtif olunmuşlar.

Bookmark and Share